KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Avropada və bizdəki seçkilər

Fuad Gahramanlı: Avropada və bizdəki seçkilər

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
107 0

Nə əvvəldir, seçim hüququ, yoxsa, ideologiya ?

Hazırda dünya gündəmində Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri müzakirə olunur. Bu seçkilərin nəticələri şərh olunarkən mərkəz sağ, sol, ultra radikal sağ , liberal, mühafizəkar və. s kimi ifadələr çox işlədilir. Bu yazıda niyyətimiz heç də Avropa Parlamentinə seçkilərin nəticələrini təhlil etmək deyil. Əsas vurğulamaq istədiyimiz məqam budur ki, siyasi qüvvələri tanıdan, onların ideoloji baxışlarını əks etdirən bu cür ifadələr Azərbaycan vətəndaşlarına çox yad , mücərrəd görünür.

Çünki bizim ölkədə seçki institutu deyilən bir şey yoxdur, siyasi partiyalar ideoloji təmayüllərinə görə özlərinə seçici kütləsi yığa bilmirlər, cəmiyyətdəki sosial qruplar öz maraqlarını siyasi partiyalar vasitəsi ilə ifadə etmək imkanlarından məhrumdurlar, hakimiyyət toplumdakı siyasi, ideoloji baxışlar əsasında formalaşmır. Hər hansı ideoloji baxışa deyil, sırf şəxsiyyətə pərəstiş kultuna söykənən indiki rejim ideoloji fərqlilikləri qəbul etmir, öz hüdudlarından kənar siyasi fəaliyyəti düşmənçilik kimi qəbul edir. Bu səbəbdən də indi Azərbaycanda heç bir ideoloji təmayül real siyasi məzmun kəsb etmir, bu mövzu olsa-olsa nəzəri müzakirələrə həvəsi olan bəzi şəxslərin feysbukda polemikalarına yaraya bilər. Bu qədər.

Bir nəfərin iradə və hökmünə dayanan, hakimiyyət və korrupsiya maraqları əsasında mövcud olan, hər cür fərqli fikri, ideoloji baxışı arzuolunmaz sayan, şəxsi sədaqət prinsipini əsas tutan , milli maraq anlayışını əhəmiyyətsiz sayan, ölkənin durumu ilə bağlı məsuliyyəti nəzərə almayan bir zehniyyətin və siyasətin iqtidar olduğu şəraitdə siyasət ideoloji təsnifata uyğun firmalaşa bilmir. Kimsə bunun əksini idda edə bilər, ancaq onun stəkanda firtınaya bənzəyən bu cəhdi ictimai şüura xitab etməyən fərdi və ya məhdud qrup xobbisi olmaqdan o tərəfə keçməz

Ona görə də bizim kimi ölkələrdə siyasət iki qütbə, iki antoqonist mövqeyə görə təsnif edilir. Bu baxımdan bizim kimi ölkələrdə siyasi bölünmə, ayrılmalar daha çox əzənlər və əzilənlər şəklində, istismar edən, saxtalaşdıran, korrupsiyalaşmış zorakı hakimiyyətlə ona qarşı cəmiyyətin sosial-siyasi haqları uğrunda mübarizə aparan, dirənən və təslim olmayan müxalifət arasında, yəni iki əks mövqe forması ifadə olunur.

Göründüyü kimi burada sağ, sol, mərkəz, liberal, mühafizəzkar, millətçi kimi yanaşmaların heç bir əhəmiyyəti yoxdur. Çox sadə ifadə etsək, əgər bir hakimiyyətin korporativ maraqlarından başqa heç bir ideoloji xüsusiyyəti, milli hədəfi yoxdursa və cəmiyyət də seçki yolu ilə fərqli ideoloji təmayüllər arasından seçim etmək ixtiyarından, hüququndan məhrumdursa, o zaman ideoloji müzakirələrin də elə bir əhəmiyyəti qalmır.

Bu halda istismara məruz qalan, siyasi hüquqları əlindən alınan cəmiyyət üçün yeganə siyasi real fəaliyyət platforması ayrı-ayrı ideoloji düşüncələrin, baxışların təfəürratına,fərqinə varmadan, hər kəs üçün ümumi sayılacaq azad seçki, sərbəst toplaşmaq, ədalətli məhkəmə, media və söz azadlığı, siyasi repressiyalara son qoyulması kimi universal tələblər uğrunda mübarizə aparmaqdır. Əgər bu sadaladığımız hüquqlar təmin edilməyəcəksə, kimin hansı ideologiya və siyasi düşüncəyə sahib olmasının da heç bir real əhəmiyyəti olmayacaq və rejimin öz zorbalığı ilə bu cür müzakirələrə yer qoymayacaq.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir