KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanli: ATƏT Minsk Qrupundan Azərbaycana diplomatik zərbə

Fuad Gahramanli: ATƏT Minsk Qrupundan Azərbaycana diplomatik zərbə

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
74 0

Dünən ATƏT Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya xarici işlər nazirləri adından birgə bəyanat yayılıb. Bu bəyanat Azərbaycanın Minsk qrupu çərçivəsində danışıqlardan imtina etmə siyasətinə vurulmuş diplomatik zərbə kimi qiymətləndirilə bilər. Əvvəla, Rusiya da bu bəyanata qoşulmaqla Azərbaycanı beynəlxalq səviyyədə təklənmiş duruma salıb. Rusiyanın bu bəyanata qoşulma səbəbi, digər iki həmsədr ölkə tərəfindən Moskvanın arbitrliyi ilə imzalanmış 9 noyabr 3 tərəfli Bəyanatının müdafiə edilərək, onun öhdəliklərinin yerinə yetirilməyə çağrılmasıdır. Bu da Moskvayanın maraqlarına tam uyğundur. Çünki bu bəyanatın ATƏT Minsk qrupu həmsədrləri tərəfindən müdafiə olunması, Qarabağdakı Rus sülhməramlılarının legitimlik əldə etməsinə və beynəlxalq mandat qazanmasına yol açır.
Digər tərəfdən isə, sənəddə münaqişə tərəflərini sülh və atəşkəsi təmin etməyə, sərhəddə zor işlətməkdən çəkinməyə, beynəlxalq hüquqa əməl etməyə və s. çağırmaq, Qarabağda vəziyyətin monitorinq olunması üçün ATƏT sədrinin nümayəndəsinin fəaliyyətinə şərait yaratmalarını istəmək, humanitar təşkilatların münaqişədən zərər görmüş ərazilərə gəlişini tələb emək, o deməkdir ki, müəlliflər Azərbaycan və Ermənistan arasında münaqişəni bitmiş saymırlar.
Bu bəyanatda başqa mühüm məqam isə ATƏT Minsk Qrupu həmsədrləri birinci əldən məlumat almaq və gələcək danışıqların gündəliyini müəyyənləşdirmək üçün ən qısa zamanda regiona gəlmək istəmələridir. Demək ki, ATƏT Qarabağ məsələsini bitmiş saymadığını üçün bölgədəki vəziyyəti birbaşa öyrənməyi və buna uyğun olaraq da yenidən sülh danışıqlarının gündəliyini hazırlamağı planlayır.
İndi hakimiyyətdən kimsə durub daxili auditoriya üçün desə ki, yox biz bunu qəbul etmirik, bu artıq yalan danışmaq olacaq. Çünki həmsədrlərin bəyanatının giriş hissəsində açıq yazılıb ki, ATƏT Minsk Qrupu həmsədrlərinin himayəsi ilə sentyabrda Nyu-Yorkda, noyabrda isə Parisdə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında görüş keçirilib və bu təmaslar davam etməlidir. Demək ki, Azərbaycan artıq ATƏT Minsk Qrupu çərçivəsində danışıqlara çoxdan başlayıb. Bu da ” Qarabağ münaqişəsi bitib, ona görə də ATƏT Minsk qrupu çərçivəsində danışıqları qəbul etmirik” blefini təkzib edir.
Biz deyəndə ki, iqtidarın “Qarabağ münaqişəsi bitib, biz artıq ATƏT Minsk Qrupunu tanımırıq” deyib ötən bir il ərzində fəaliyyətsiz qalması yanlışdır , bu özünü diplomatik bataqlığa salmaq deməkdir, hakimiyyəti özünü eşitməzliyə vururdu. Bu müddətdə ən azı Minsk Qrupunun konfransının çağırılmasına təşəbbüs edib, Fransanın həmsədrliyini Türkiyə və ya Britaniya ilə əvəz etməyə çalışmaq olardı. Ancaq heç nə etmədilər. Səriştəsizlik və Rusiyanın himayəsinə sığınmaq ölkənin xarici siyasətini iflic edib.

Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.