KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Araik nədən U dönüşü etdi ?

Fuad Gahramanlı: Araik nədən U dönüşü etdi ?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
258 0

Separatçı rejim niyə tərəddüd edir?

Qarabağda separatçı rejimin rəhbəri Araik Arutyunyan gözlənilməyən açıqlama verib. İndiyə qədər hər zaman müstəqillik uğrunda savaşahcaqlarını bikdirən və Azərbaycanın ərazi bütövlüyünü kəskin şəkildə rədd edən Araikin bu mövqeyi Qarabağ erməniləri arasında gələcəklə bağlı fikir ayrılıqlarının yarandığını göstərir.

Araik deyib ki, :“Bu isə o deməkdir ki, yaxın gələcəkdə bizdə öhdəsindən gəlməli olacağımız müxtəlif hadisələr baş verəcək. Bizim seçimimiz var: ya seçdiyimiz mübarizə yolunu davam etdirmək, ya da əgər cəmiyyətdə Azərbaycanın təkliflərini qəbul etmək kimi əhval-ruhiyyələr varsa, bu adamların öz vətəndaş hüquqları çərçivəsində bunu etmək və demək imkanları var ki, “biz düzgün yol seçməmişik”. Onların imkanları var ki, belə mövqeləri formalaşdırıb ölkədə (Qarabağda – red) yeni hökumət təşkil etsinlər. Lakin biz mübarizə yolu seçdiyimizdən bizim qərarımıza hörmətlə yanaşsınlar və buna daxili siyasi rəng verməsinlər”.

Araikin bu sözləri həm də separatçı rejimin daxilində yaranmış inamsızlığı əks etdirir. Görünür Rusiya və Ermənistan arasında yaranmış gərginlik, artıq Qarabağda yaşayan ermənilərə də sirayət edib.
Görünür Paşinyanın regionda hərbi gərginliyi artırmağa çaışan Moskvadan uzaqlaşaraq Qərbin sülh təşəbbüslərinə dəstək verməsi, Qarabağ erməniləri arasında hərbi yolla nəticəyə nail olmaqla bağlı inamı zəiflədib.

Bu günlərdə Azərbaycana səfər edən ABŞ Departamentinin Cənubi Qafqaz üzrə nümayəndəsi Luis Bononun “biz Azərbaycanın təhlükəsizlik qayğalarını anlayırıq” deməsi də separatçı rejimin mövqeyinə təsir etməkdədir. Bu yanaşma Qərbin Qarabağda ermənilərin hərbi yolla öz iddialarını gerçəkləçdirmək istəklərinə dəstək verilməyəcəyini göstərir.

İndi əsas məsələ Rusiyanın bu vəziyyətdən narahat olaraq yenidən münaqişə yaratmaq və Qarabağdda öz təsir imkanlarının artırılmasına imkan verməkdir. Bu baxımdan indiki halda Azərbaycanla Ermənistan arasında kordinasyalı fəaliyyət Rusiyanın yenidın sülhü pozmaq cəhdlərinin qarşısını ala bilər.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir