Bu nəticələr niyə Rusiyanı məyus edir?
Dünən Almaniyada keçirilən seçkilərin nəticələri Trampın ABŞ-n xarici siyasət kursunda etdiyi dəyişikliklər fonunda, Avropanın gələcəyi baxımından çox mühüm əhəmiyyət daşıyırdı. Qeyd edək ki, 630 üzvü olan Almaniyada Parlamentdə yeni hökumətin təşkili üçün 316 yeri səs olması tələb olunur. Dünənki seçkilərin nəticələrinə görə Merzin lider olduğu Xiristian Demokratlar (XD)210, Vaydelin luder olduğu Almaniya üçün Alternativ (AFD)145 , Şoltsun rəhbəri olduğu Sosial Demokrat Partiyası SPD) 118, Habekin liderlik etdiyi Yaşıllar isə 94 mandat qazanıblar.
Biz bu yazıda diqqəti seçki nəticələrinin təhlilinə və seçicilərin siyasi istək və seçimlərinin səbəblərinə deyil, yekun nəticənin Almaniyanın xarici siyasətinə və Avropanın yaxın gələcəyinə təsirinə cəlb etmək istərdik. Bu məsələ ilə bağlı sadəcə onu qeyd edək ki, faşist irsini təmsil edən ultra sağçıların ötən seçkilərlə müqayisədə öz səslərini iki dəfəyə qədər artırması və Tramp adminstrasiyasının təmsilçisi Vensin AFD lideri Vaydellə görüsərək bu partiyanı açıq şəkildə dəstəkləməsi fonunda, indiki nəticələr ABŞ-dakına bənzər durumun Almaniyada təkrarlanmaması və AB-nin varlığının qorunub saxlanılması baxımından çox önəmlidir.
Bu nəticələrə əsasən demək olar ki, qarşıdakı günlərdə XD ilə SPD -n daxil olacağı koalision hökumət qurulacaq və Merz yeni hökumətə rəhbərlik edəcək. Merzin yeni Almaniya hökumətinə başçılıq etməsi, ABŞ-n transatlantik ittifaqında liderlikdən geri çəkildiyi bir vaxtda, Avropanın daxili müvazinətini qoruyub saxlaması və təhlükəsizlik məsələləri ilə bağlı qətiyyətli qərarlar alması baxımından çox önəmlidir. Rəhbərlik etdiyi ittifaqın qələbəsindən sonra, o, dunən ilk açıqlamasını verərək bildirib ki, “mənim əsas hədəfim, Avropanın ABŞ-dan aşıldığını aradan qaldırmaqdır. Donald Trampın son həftə verdiyi bəyanatlardan sonra aydın olur ki, amerikalılara – amerikalıların bir hissəsinə, bu hökumətə – Avropanın taleyi maraqsızdır”. Bu sözləri ilə Merts hazırkı vəziyyətdə öz gələcək siyasi xəttinin hansı istiqamətdə olacağını anons edib.
Bu gün Avropanın qarşısında duran əsas problem ABŞ- n daxil olmadığı i yeni təhlükəsizlik paradiqmasına uyğunlaşmaq, qitə miqyasında ifrat sağdan gələn yuksələn çağırşaların AB-nin varlığını təhdid etməsi qarşısında mərkəzçi mövqeyi qorumaq və Rusiya təhdidinə cavab olaraq Ukraynanın əvvəlkindən də daha çox dəstəklənməsidir. Bu prosesdə AB-ni iqtisadi baxımdan ən güclü ölkəsi sayılan Almaniyanın liderlik təşəbbüsü göstərərək yeni çağrıslara həm ayrılıqda cavab verməsi, həm də ki, AB adından alınacaq qətiyyətli qərarları.dəstəkləməsi, bundan sonrakı mərhələdə Avropanın Amerikasız yola davam edə bilməsi üçün çox vacibdir.
Xüsusi ilə də ABŞ-n Avropanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz üzərinə hər hansı öhdəlik götürmək istəmədiyi indiki dönəmdə, Fransa prezidenti Makronun təşəbbüskarlığı Almaniyanın iştirakı olmadan natamam görünürdü. Bu baxımdan seçkilərdən öncə Merzin Almaniyanın hərbi sənayesininin inkişaf etdirilməsi tərəfdarı olması və təhlükəsizliklə bağlı məsələlərə xüsusi önəm verməsi, onun başcılığı ilə qurulacaq hökumətin daha qətiyyətli və cəsarətli siyasətlə Avropada lider boşluğunu dolduracağına və AB-nin Rusiya münasibətdə hazırkı siyasi kursunun daha da sərtləşəcəyinə inam yaradır.
Merz müxalifətdə olduğu zamanlarda vaxtaşırı olaraq Şolts hakimiyyətini Ukraynaya yetərli səviyyədə yardım göstəməmkdə və astagəllikdə tənqid edirdi. O, dəfələrlə bildirmişdi ki, hakimiyyətə gələcəyi təqdirdə Almaniyanın 500 km məsafəni vura bilən yüksək dəqiqlikli “Tauurus”raketlərini Ukraynaya verəcək.
Günün reallığı budur ki, ABŞ-sız Avropanın təhlükəsizliyi ilə bağlı məsələnin həlli, hazırda AB -nin Ukraynaya yardım məsələsində nə qədər qətiyyətli davaranacağından və öz daxilində birlik göstərə biləcəyindən asılı olacaq. Merzin mövqeyi isə onu göstərir ki, indiyə qədər Avropanın Ukraynaya ən çox yardım göstərmiş ölkəsi olan Almaniya, bundan sonra həm öz hərbi dəstəyin daha çox artıracaq, həm də ki, Şoltsdan fərqli olaraq, o, özü bu prosesdə Makronla birgə liderlik edəcək . Almaniya kimi güclü bir dövlətin belə mövqedən çıxış etməsi, ABŞ olmadan da Avropanın öz təhlükəsizliyini təmin edəcək qərarlar almasına, hərbi sahənin inkişafını prioritetə çevirməsinə və Ukraynanın müharibə ilə bağlı ehtiyaclarını qarşılayacaq dəstəyi göstərməsinə imkan yaradacaq.
Almaniyada Rusiyaya münasibətdə sərt xətt tərəfdarı olan bir liderin hakimiyyətə gəlişi, qarşıdakı dönəmdə Avropanın öz vizyonunu yeniləməsinə, avroatlantik təhlükəsizlik sistemi daxilində müstəqillik nümayiş etdirməsinə, mühüm strateji qərarlar verə bilməsinə və ABŞ -n iştirakı olmadan öz taleyi ilə bağlı iradə nümayiş etdirməsinə və yeni təşəbbüslər ortaya qoymasına mühüm töhfə vetəcek. Bu, təkcə Ukrayna məsələsində deyil, həm də Rusiya ilə geosiyasi rəqabətin olduğu regionlarda da daha ciddi addımlar atmasına zəmin yaradacaq. Biz qarşıdakı mərhələdə Avropanın müstəqil güc mərkəzi kimi çoxqütblü yeni dünya düzəninində geosiyasi iddialarını artıracacağını, Rusiya ilə transatlantik təhlükəsizlik blokunun maraqlarının toqquşduğu regionlarda ABŞ-n yerini tutmağa çalışacağını və xüsusi ilə də Cənubi Qafqazda daha çox fəallaşcagını gözləyə bilərik.
Fuad Gahramanlı