İran’da cumhurbaşkanlığına dört generalin ismi öne çıktı

Otorite Tipolojileri ve Velayeti Fakih Sistemi: İran Siyasal Sisteminin Geleceği

AB Doğu Akdeniz’de savaş çıkmasını mı destekliyor?

AZERBAYCAN`IN II. MAHMUD`U VE I. PETRO`SU ABBAS MİRZA KACAR

Fuad Gahramanli: ABŞ və Türkiyə Azərbaycandan strateji seçim tələb edir

Azerbaycan 8 Haziran 2021
74
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

ABŞ Dövlət katibinin köməkçisi Filip Rikerin üç Qafqaz respublikaslna səfəri başlayıb. Bu səfərin NATO – nun 14 iyun sammiti ərəfəsində gerçəkləşməsi, onun mühüm əhəmiyyətini göstərir. Çünki xəbər verildiyi kimi, NATO sammitində ABŞ prezidenti Baydenlə Türkiyə prezidenti Ərdoğan arasında görüş keçiriləcək. ABŞ prezidentinin köməkçisi Ceyk Sallivanın açıqlamasına görə, bu görüşdə Suriya, Liviya, Dağlıq Qarabağ və İran mövzuları ələ alınacaq.
Bu məlumatdan da göründüyü kimi Amerika Türkiyə ilə Dağlıq Qarabağ konteksində Azərbaycan və Ermənistan məsələsini də müzakirə edəcək. Bu müzakirənin əsas istiqamətinin təhlükəsizliklə bağlı olması olduqca mühüm məqamdır. Çünki həm ABŞ, həm də Türkiyə, Cənubi Qafqazda Rusiyanın dominant hərbi güc kimi çıxış etməsində və Dağlıq Qarabağ münaqişəsindən istifadə edib Azərbaycanı və və Ermənistanı nəzarətdə saxlanmasında maraqlı deyil. Demək, bu danışıqlarda əsas diqqət Rusiyanın hərbi hegemonluğunu aradan qaldırılmasına və bu istiqamətdə Azərbaycan və Ermənistanın Qərblə əməkdaşlığının gücləndirilməsinə yönəldiləcək. Bu isə Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan iqtidarının Qərb və Rusiya arasında hələ də seçim etməməsi məsələsini gündəmə gətirir.
Ərdoğanın məhz bu görüşdən dərhal sonra Bakıya səfərinin nəzərdə tutulması, onu göstərir ki, Ərdoğan İlham Əliyev dən yeni dönəmə uyğun olaraq xarici siyasətdə konkret və aydın mövqe tələb etmək üçün gəlir. Bu dəfə Türkiyənin Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının dizaynında iştirak üçün Qərbdən mandat alması, onun mövqeyini və tələbini daha da gücləndirir.
Bu baxımdan ABŞ Dövlət katibinin köməkçisi Flipp Rikerin səfərində məqsəd həm ABŞ-n region ölkələrinin siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafın sahəsində dəstəyini bildirməklə yanaşı, həm də Azərbaycan rəhbərliyinə ABŞ-n geosiyasi çağırışlarını da çatdırmaqdır. Çünki Azərbaycan iqtidarı özünü Rusiyanın vassalı kimi aparıb, Putinin imperial maraqlarına dəstək verməkdə davam edəcəksə, bu Qərblə Rusiya arasındakı geosiyasi qarşıdurmada antiqərb blokunda yer almaq deməkdir artıq.
İyunun 13 də “Böyük 7-lərin” toplantısında, 14 də NATO sammitində, daha sonra isə AB liderləri və ABŞ prezidentinin iştirak edəcəyi forumda dünya siyasətinin yeni dizaynı ilə bağlı önəmli qərarlaın veriləcəyi gözlənilir. Belə mühüm və qlobal qərarlardan sonra, Azərbaycan iqtidarının Rusiya və Qərbi arasında aydın seçim etməsi və öz geosiyasi oriyentasiyasını müəyyənləşdirməsi tələb olunur . Bunu istəyib istəməmədindən aslı olmayaraq Azərbaycan iqtidarı bu tələbə cavab vermək zorundadır. Əks təqdirdə kloptokratik rejim korrupsiya və insan haqları pozuntularına görə çox ciddi sanksiyalarla üzləşməli olacaq.
Bu baxımdan, yaxın aylarda geosiyasətin həm də ölkənin iç dinamiklərini hərəkətə gətirəcəyi gözləniləndir. Bunun qarşısında durmaq, inzibati üsullarla bu prosesə müqavimət göstərmək, təkcə demokratik qüvvələrlə deyil, həm də Qərblə perspektivsiz qarşı durmaya getmək demək olar və hakimiyyət üçün çıxılmaz böhrana səbəb olar.

Fuad Gahramanli

Yorumlar