KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: ABŞ Ukraynada Putini məğlub etməkdə qərarlıdır

Fuad Gahramanlı: ABŞ Ukraynada Putini məğlub etməkdə qərarlıdır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
131 0

ABŞ senatı ilk dəfə 1941- ci ildə lend-lease, yəni, “Birləşmiş Statların müdafiəsinin təmin edilməsi haqqında” qanun qəbul edib.
Dünən isə ikinci dəfə “lend – lis” qanunu qəbul edildi.
Bu qanuna əsasən ABŞ prezidenti Bayden Konqresin razılığı olmadan operativ qaydada Ukraynaya silah, ağır döyüş texnikası, lazım olan bütün hərbi və humanitar yardımlar göndərmək qərarı verə biləcək.
Əgər əvvəlki günlərdə Ukraynaya iri həcmli yardımlar göstərilməsini nəzərdə tutan qanun layihəsinin Konqresdə qəbulu uzun vaxt alırdısa, indi lazım olan köməklik dərhal, vaxt itirmədən həyata keçiriləcək.
Bu məsələdə diqqəti çəkən önəmli məqam odur ki, ABŞ lend – lis qanunu qəbul etməklə Ukrayna savaşına 2 – ci dünya müharibəsi qədər önəm verdiyini göstərir. O zaman Amerika Alman faşizmi üzərində qələbə qazanmaq üçün nə etmişdisə, indi də bunu etməkdə qərarlıdır. Bu baxımdan ABŞ-n strateji neft ehtiyatlarından gündəlik 1 mln barel bazara çıxarması da ilk dəfə atılan addımdır və bu ölkənin dolayı şəkildə özünü Rusiya ilə savaşda hiss etdiyini göstərir.
Bütün bunlar onu göstərir ki, ABŞ da qarşıda gözlənilən böyük Donbas döyüşündə dolayı formada Ukrayna ilə birgə iştirak edəcək. Bu isə Ukrayna ordusunun qələbə şansını xeli artırır. ABŞ Dövlət katibi Blinkenin “heç bir halda Ukrayna məğlub olmayacaq” deməsi də, məhz ABŞ-n bu savaşda qələbə üçün Ukrayna xalqına bütün lazım olan yardım etmək qətiyyətini ifadə edir. Ona görədir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin deyib ki, Qərb Ukraynada müharibəni bitirməyə imkan vermir. Bunla da əslində, o, Qərbin müharibəni Rusiyanın tam məğlubiyyəti ilə yekunlaşdırmaq qətiyyəti qarşısında Putin rejiminin duyduğu narahatlığını büruzə verib.
Bu baxımdan gözlənilir ki, Donbas savaşında Ukraynanın qələbəsi Putin rejiminin, Rusiya imperiyasının çöküşünə yol açan tarixi bir hadisə olacaq.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir