KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: ABŞ Rusiyanı oyundankənar qoymaq üçün təkid edir

Fuad Gahramanlı: ABŞ Rusiyanı oyundankənar qoymaq üçün təkid edir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
231 0

Azərbaycan və Ermənistan sərhəddinə beynəlxalq müşahidəçilər gətirmə planı !

Azərbaycan hansı tərəfi seçəcək ?

Oktyabrın 4-də ABŞ dövlət katibi Blinkenin təşəbbüsü ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında üçtərəfli telefon danışığı olub. Xatırladaq ki, bundan az öncə, 20 sentyabrda Nyu-Yorkda Blinkenin vasitəçiliyi ilə iki ölkənin xarici işlər nazirləri arasında görüş baş tutmuşdu. Bu qısa müddət ərzində Blinkenin təkrar – ikinci dəfə dövriyyəyə girməyi onu göstərir ki, ABŞ-Cənubi Qafqazda sülhün əldə olunmasında və Rusiyanın sıxışdırılıb çıxarılmasında qərarlıdır. ABŞ-n bu mövqeyi Azərbaycan və Ermənistan arasındakı danışıqların perspektivinə və regionumuzda nəhayət ki, dayanıqlı sülhün əldə olunmasına inam yaradır.
Bildirilir ki, nazirlər oktyabrın 2-də Cenevrədə keçirilən görüşün yekunlarına dair dəyərləndirmələr ediblər.
Mirzoyan Ceyhun Bayramovdan Azərbaycan ordusunun 12-13 sentyabrda əldə etdiyi yüksəklikləri tərk etməsini və əlində olan hərbi əsirlərin geri qaytarılmasını istəyib. Azərbaycan tərəfi də erməni nazirin bu sözlərinə cavab olaraq sərhəddəki yerləşmələrin delimitasiya prosesi çərçivəsində həll olunacağını bildirib.
Bu danışıqlarda əsas maraqlı məqam sərhəddə yeni toqquşmaları önləmək üçün beynəlxalq monitorinq və nəzarət mexanizminin yaradılması təklifinin erməni nazir tərəfindən gündəmə gətirilməsi olub. Ehtimal ki, bu təklif ABŞ və Ermənistan arasında öncə razılaşdırılıb və indi Blinkenin vasitəçiliyi ilə olan danışıqlarda erməni nazir vasitəsilə ilə Azərbaycan tərəfə təqdim olunur. Məqsəd Rusiyanı Azərbaycan və Ermənistan arasında toqquşma, gərginlik yaratmaq imkanlarından məhrum etmək və beləliklə də regionu Rusiyanın hərbi nəzarətindən çıxarmaqdır. Əgər, Azərbaycan tərəfi də bu təklifi qəbul edərsə, o zaman Moskva oyundankənar vəziyyətə düşəcək. Bu təklif reallaşarsa, o zaman məsələ təkcə Azərbaycan və Ermənistan sərhəddi ilə məhdudlaşmayacaq və növbəti mərhələdə Qarabağdan rus ordusunu çıxarıb yerinə beynəlxalq mandatı olan sülhməramlıların gətrilməsi tələbi də gündəmə gələcək.
Azərbaycanın Rusiyanın qəti şəkildə qarşı olduğu bu təklifə nə dediyi hələ ki, məlum deyil. Ehtimal ki, Rusiyanın Qafqazdan çəkilməsində maraqlı olmayan və Qərbin regionumuzda təsir imkanlarının genişlənməsini istəməyən Azərbaycan hakimiyyəti iki ölkə sərhədlərinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifinə isti yanaşmayacaq.
ABŞ-da gözəl anlayır ki, Rusiyanı iki ölkə arasında gərginlik yaratma imkanlarından məhrum etmədən, sülh prosesi hər zaman risk altında qalacaq. Ona görə də, güman ki, Azərbaycan və Ermənistan sərhəddində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifinə münasibət ABŞ və Azərbaycan arasında da ayrıca müzakirə olunacaq. Bu məsələdə Azərbaycan rəhbərliyinin tutacağı möqe həm də xeyli dərəcədə onun geosiyasi seçimini müəyyənləşdirəcək.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir