ABŞ və Rusiya nümayəndə heyətləri arasında Cenevrədə keçirilən danışıqlar gözlənildiyi kimi də başa çatdı. ABŞ – ı danışıqlarda Dövlət Katibinin birinci müavini Vendi Şerman, Rusiyanı isə Xarici İşlər nazirinin 1- ci müavini Sergey Ryabkov təmsil edirdi. Gözlənildiyi kimi ABŞ Rusiyanın təqdim etdiyi təhlükəsizliyin təmin olunmasına dair plana rədd cavabı verərək, “heç kimə imkan vermərik ki, NATO – nun genişlənmə prosesinin qarşısını alsın” cavabını verib. Bu görüşdə həmçinin Qərbin Rusiyanın Ukraynaya təcavüzünə qarşı çox kəskin cavab veriləcəyi və bu məsələnin beynəlxalq təhlükəsizlik məsələsi kimi diqqətə alındığı qarşı tərəfin nəzərinə çatdırılıb.
Bu isə o deməkdir ki,
– Rusiyanın etirazına baxmayaraq Ukrayna və Gürcüstanın NATO ya qəbul edilməsi gündəmdədir.
– NATO – nun genişlənmə prosesini davam etdirməkdə qərarlıdır və gələcəkdə istər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiya ölkələri ilə hərbi əməkdaşlıq layihələri həyat keçiriləcək.
-Rusiyanın NATO qarşısında qoyduğu tələbin nəzərə alınmaması və Ukraynaya təcavüzdən vaz keçməsi, Putin rejiminin geosiyasi təsir imkanlarını və nüfuzunu ciddi şəkildə sarsıdacaq.
– Bundan sonra NATO əməkdaşlığa cəlb etmək istədiyi ölkələrə həm də Rusiyaya qarşı təhlükəsizlik təminatı da vermiş olacaq.
– Putin rejiminin geosiyasi avantüralar dövrü bitmək üzrədir və Rusiya bundan sonra yeni ərazilərin ilhaqı ilə deyil, ən yaxşı halda bu günə qədər işğal etdiklərini əldə saxlamaqla məşğul olacaq.
– Putinin aqrresiyyasını cilovlayan sanksiyalar xəbərdarlığı işə yardığı üçün , bu təsir alətini perspektivdə Rusiya daxili proseslərə və eyni zamanda Rusiyanın diktator vassalarını Moskvadan ayırmaq üçün də işə salmaq olar.
Fuad Gahramanli
Fuad Gahramanli: ABŞ – Rusiya danışıqlarının strateji nəticələri
178 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.