KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: ABŞ nədən hücum silahlarını Ukraynaya tədricən verir

Fuad Gahramanlı: ABŞ nədən hücum silahlarını Ukraynaya tədricən verir

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
300 0

Ukrayna savaşında böyük strateji məqsəd nədir

Rusiya Xarici işlər naziri Lavrov Ukraynada hərbi əməliyyatların artıq Donbasla məhdudlaşmayacağını, başqa əraziləri də əhatə edəcəyini açıqlayıb. Onun bu açıqlaması heç də rus ordusunun döyüş strategiyasının dəyişəcəyi, hərbi əməliyyatların gedişində yeniliklər olacağı anlamına gəlmir. Onsuz da Rus ordusu müharibənin ilk günündən bütün Ukraynanı işğal etməyi qarşısına məqsəd qoymuşdu, ancaq qarşılaşdığı kəskin müqavimətə görə geri çəkilərək öz əsas hücum qüvvələrini Donbas istiqamətində cəmləməyə məcbur oldu. Əgər Rusiya indikindən daha güclü olduğu və bu günkü qədər itkilər vermədiyi ilk vaxtlarda geniş miqyaslı işğal planını həyata keçirə bilmədisə, Ukrayna ordusunun indikindən daha zəif silahlandığı dönəmdə bunu bacarmadısa, bundan sonra Rusiyanın cəbhə xəttini genişləndirmək bəyanatları sadəcə qarşı tərəfə psixoloji təsir etmək üçündür.
Digər tərəfdən isə Xersondan tutmuş Xarkova qədər geniş bir cəbhə xətti boyunca onsuz da Ruslar öz döyüş əməliyyatları aparırlar və Lavrovun adını çəkdiyi şəhərlərin hamısı bu günə qədər işğal hədəfi hesab olunub. Ruslar hara mümkündürsə ora hücum etməyə çalışıblar. Ona görə də Rusiyanın bundan sonra nəsə yeni bir həmlə planının və imkanlarının olacağı inandırıcı görünmür. Əksinə zəifləmiş rus ordusu indi geniş miqyaslı hücum əməliyyatları üçün əvvəlkindən daha məhdud imkanlara sahibdir. Rusların edə biləcəyi yeganə şey Ukraynanın şəhərlərinə endirilən raket zərbələrinin sayını artırıb daha çox dinc insan öldürmək ola bilər.
Biz son günlər Qərbdən göndərilən HİMARS M-142 və M270 – lərin Rusiya ordusuna necə böyük sarsıdıcı zərbələr vurduğunun şahidi oluruq. Son bir ayda rusların 35 – dən artıq hərbi anbarı, komanda idarə etmə məntəsi vurularaq məhv edilib. Bu gün Ukrayna ordusunun əlində olan 12 HİMARS – əgər Rusiyanı çətin duruma salıb hərbi potensialını məhv edirsə, o zaman sual yaranır ki, bəs nədən ABŞ Rusiyaya əvvəlcədən deyilmiş 48 HİMARS – ın hamısını indiki vaxtda göndərmir?
Biz əvvəllər də dəfələrlə qeyd etmişik ki, ABŞ və İngiltərənin əsa hədəfi Rusiyanı Ukraynada təkcə hərbi baxımdan məğlub etmək deyil, həm də Putin rejimini, ardınca da rus imperiyasını çökdürməkdir. Bu yaxınlarda ABŞ – n Helsinki Komitəsində Rusiyanın parçalanma xəritəsinin müzakirəyə çıxarılması, əslində, bu hədəfin tədricən ictimai rəydə gündəmə gətirilməsinə xidmət edirdi.
Əgər müharibənin ilk aylarında Ukraynaya ağır hücum silahları verilsəydi, Rusiya ağır zərbə alıb məğlub duruma düşsəydi və geri çəkilməyə məcbur olsaydı, o zaman Fransa, İtaliya və Almaniyanın məlum mövqeyi indiki sanksiyaların tətbiqinə əngəl olmazdımı? Olardı. Gördük ki, ABŞ yalnız Rusiya təhdidi qarşısında yalnız Avropa ölkələrinin NATO daxilində birliyinə çətinliklə nail ola bildi. Bu təhlükə olmasaydı Finlandiya və İsveçin NATO üzvlüyünə sürətli qəbulu mümkün olardımı? Rusiya ilə indiki gərginlik davam etməsəydi bu gün Avropa Rusiya neft və qazından imtina edib alternativlər axtarardımı? Təbii ki, yox. Artıq bu proses uğurla yekunlaşmaq üzrədir və ABŞ ilin sonuna qədər Avropanın Rusiya qazı və neftindən imtinası qərarı verəcəyini gözləməkdədir. Bu mərhələnin yekunlaşması ərəfəsində Ukrayna ordusuna təkcə HİMARS – lar deyil, 4-cü nəsil NATO ölkələri təyyarələri və HHM sistemləri veriləcəyinin şahidi olacağıq. Bu isə Rusiyanın Ukraynada hərbi məğlubiyyətə uğratmağın artıq vaxtının çatması deməkdir. Artıq ABŞ bu məqsədlə Ukrayna pilotlarına təlim keçmək üçün 100 milyon vəsait ayırıb. Məlumatlara görə-15 (ABŞ), A-10 Thunderbolt (ABŞ), “EurofighterTyphoon” (Britaniya),
Rafale” (Fransa) və “Gripen” (İsveç) təyyarələrinin verilməsi ilə bağlı hazırlıq işlərinə başlayıb.
Gözlənilir ki, sentyabra qədər Ukrayna ordusunun NATO standartlarına qismən keçidi təmin olunaraq, yeni hücum silahları və təlim görmüş rezerv qüvvələr hesabına payız aylarında bütün cəbhə boyu əks hücum əməliyyatları başlanacaq. O vaxta qədər mövqe döyüşləri və HİMARS-larla daha çox tükəndirilmiş rus ordusunun nəinki hücum, hətta effektli müdafiə imkanları belə qalmayacaq.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir