KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: ABŞ İlham Əliyevdən nə istəyir ?

Fuad Gahramanlı: ABŞ İlham Əliyevdən nə istəyir ?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
279 0

Qərb Azərbaycanı necə Rusiyadan qoparır ?

Lavrovun nə özü görünür, nə də səsi eşidilir. Ancaq səhnədə Blinkendir. İndi regionumuza aid məsələlərdə arbitr rolunda o, çıxış edir. Bu geosiyasi rəqabətdə ABŞ-n Rusiyanı əvəzləməsi, tədricən Qafqazdan sıxışdırıb çıxarması deməkdir. Rusiyanı Qafqazdan qovmaq üçün isə Azərbaycan və Ermənistan arasında sülh sazişi olmalı, Qarabağ məsələsinə nöqtə qoyulmalıdır. Ona görə də ABŞ işə məhz bu sülh danışıqlarına nəzarəti ələ almaqla başlayıb.
Əgər, bir vaxtlar Qərb və Rusiya arasında kəskin qarşıdurma olmadığı dönəmlərdə Qarabağ məsələsi ilə ATƏT Minsk qrupu məşğul olurdusa, problem bir növ 2 – ci dərəcəli məsələ kimi yola verilirdisə, artıq, Qafqazda sülh məsələsi indiki beynəlxalq gərginlik şəraitində Qərbin gündəminin əsas məsələlərindən birinə çevrilib. ABŞ Dövlət katibi, AB rəhbəri Şarl Mişel əvvəllər olmadığı bir şəkildə birbaşa bu işlə şəxsən məşğuldurlar. Bu gün Azərbaycan və Ermənistan arasındakı danışıqlar onların birbaşa nəzarəti altında aparılır. Ötən ayın 24-də iki ölkənin xarici işlər nazirlərini görüşdürən Blinken, bu ayın dördündə yenə iki ölkənin xarici işlər nazirlərinə zəng edərək sülh danışıqlarının gedişini müzakirə edib. Dünən isə Blinken yenə İlham Əliyevə və Paşiniyana zəng edərək, danışıqların konkret vaxt çərçivəsində aparılmalı olduğunu bildirib. Yəni prosesi qeyri müəyyən müddətə qədər
uzatmaq olmaz, danışıqları qısa müddətdə yekunlaşdırıb sülh müqaviləsi imzalamaq lazımdır.
Paralel olaraq AB adından Şarl Mişelin vasitəçilik etdiyi Brüssel prosesi isə işin icra mexanizmini həyata keçirməklə məşğuldur. Göründüyü kimi, Rusiyanın Qafqazdan qovulması üçün ABŞ və AB – nin birgə kordinasiya edilmiş fəaliyyəti həyata keçirilir.
Əvvəl də demişdik, bir daha təkrarlayırıq, Qərbin Qafqazda bu şəkildə sülhü bərqərar etmək səyləri, İlham Əliyevin ənənəvi manevr imkanlarını məhdudlaşdırır və ondan konkret geosiyasi seçim qərarı vermək tələb edir. Sülh məsəlində ABŞ və Avropanın təklifləri ilə razılaşmaq, əslində Rusiyadan uzaqlaşmaq, mahiyyət etibarı ilə onun regiondakı varlıq səbəbinə qarşı çıxmaq deməkdir. Bu gün AB Azərbaycanı da Avropanın siyasi sərhədləri hesab olunan Avropa Siyasi Birliyinə daxil etməklə, Azərbaycan hakimiyyətinin istəyindən asılı olmayaraq ölkəmizin ola biləcəyi geosiyasi məkanı müəyyənləşddirmiş oldu. İlham Əliyevin bundan sonra bu prosesə qarşı çıxmaq imkanları real görünmür, çünki bunun nəticəsi Qərbin Lukaşenkoya olan münasibəti ola bilər. İndi onun razılaşmaqdan başqa çarəsi yoxdur. Çünki qolları yanına düşüb qalmış Putinə uzadılacaq əl havada qalacaq.
Ona görə də, Azərbaycan və Ermənistan arasındakı sülh sazişi, həm də Azərbaycanı geosiyasi seçimini dəyişməsi, Rusiyadan asılılığın aradan qalxması və Qafqazın bütövlükdə Qərbə inteqrasiyası demək olacaq. Bu isə Azərbaycanda demokratik dəyişikliklərin qlobal tələbə çevriləcəyi günün uzaqda olmaması deməkdir. Hakimiyyətin təklif etdiyi mürtəcə siyasi partiyalar haqqında qanun layihəsini gündəmdən çıxarması, heç də boşuna deyildi, bu hazırkı geosoyasi dəyişikliklərin yaratdığı məcburi reallığın tələbidir.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir