KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Fuad Gahramanlı: ABŞ Gürcüstana sanksiya qoydu, bu nəyi göstərir ?

Fuad Gahramanlı: ABŞ Gürcüstana sanksiya qoydu, bu nəyi göstərir ?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
164 0

Bəs, bu, Azərbaycana təsir edəcəkmi və ya Qərb nəyə ümid edir ?

ABŞ-n Gürcüstana sanksiya tətbiqi Qərbin Cənubi Qafqaz uğrunda geosiyasi rəqabətdə qətiyyətli davranmaq niyyətində olduğunu göstərir. ABŞ Dövlət Departamentinin sözçüsü Mettyu Miller bildirib ki, hakim “Gürcü arzusu” rəhbərliyinə qarşı viza qadağası tətbiqini nəzərdə tutan bu sanksiyalar gələcəkdə daha da genişləndirilə bilər. Bu arada Avropa Birliyi də Moldova və Ukrayna ilə üzvlüyə qəbulla bağlı müzakirələrə başlamaq barədə tövsiyə edici qərar qəbul edib və Gürcüstan bu prosesdən kənar saxlanılıb. Hətta gürcülər üçün Avropaya vizasız gediş gəlişin ləğv oluna biləcəyi də gündəmdədir. Gürcüstan üçün vizasız gediş-gəlişin əhəmiyyətini qiymətləndirmək üçün ötən il bu ölkədən Avropaya gedənlərin sayının 600 min nəfər olduğunu xatırlatmaq yetər. Bu müddətdə Rusiyaya isə on dəfə az 60 min nəfər gedib.

Bəs, Qərbin Gürcüstanla bağlı getdikcə sərtləşən bu mövqeyi Azərbaycan üçün hansısa təsirlər yaradırmı? Gürcüstana qarşı münasibətin bu şəkildə sərtləşməsi onu göstərir ki, Qərb postsovet məkanında qapalı qapılar arxasında aparılan dilə tutma, inandırma diplomatiyasının Rusiyadan qaynaqlanan fərqli bir siyasi mədəniyyət qarşısında aciz qaldığını, bir işə yaramadığını gec də olsa anlamağa başlayıb. Etiraf etmək lazımdır ki, bu məsələdə Putininin Qərb siyasi elitasını “marifləndirməkdə “rolu əvəzsizdir. Qərblilər Ukrayna müharibəsinin gedişində anlamağa başladılar ki, onların təmkinli davranışını qarşı tərəf özü üçün bir fürsət bilərək daha aqressiv və zorakı davranmağa çalışır. Bu gün Qərbdə görürlər ki, Rusiyanın dostları da özlərini eyni qaydada aparırlar və onlar arxasında qətiyyətli iradə və güc dayanmayan sözlərə məhəl qoymurlar. Bu baxımdan Gürcüstana tətbiq edilən sanksiya Azərbaycanla da münasibətlərdə presedent yaradır. Gürcüstanın AB ilə xüsusi münasibətləri olmasına baxmayaraq, əgər “xarici agentlər” haqqında qanunun qəbuluna görə bu ölkəyə qarşı belə sərt davranılırsa, o zaman Avropaya inteqrasiya etmək niyyətində olmadığını bəyan edən və demokratik azadlıqları açıq aşkar boğan Azərbaycan rəhbərliyinə qarşı da anoloji təzyiq üçün də yol açılmıış olur.

Aydındır ki, bu gün Avropa Birliyinin Moldova və Ukrayna ilə üzvlük müzakirəsinə başlamaq qərarı daha çox siyasi məzmun daşıyır. Çünki bu ölkələrin heç biri iqtisadi və hüquqi baxımdan hələ ki, Avropa standartlarına cavab verəcək səviyyədə deyillər. Demək ki, bu qərarın arxasında geosiyasi niyyətlər dayanır və əsas məqsəd də Avropa Birliyinin sərhədlərini Şərqə doğru genişləndirmək, Rusiyanı yaxın xaric adlandırdığı postsovet məkanındakı təsir zonasından məhrum etməkdir. Ona görə də əgər Azərbaycan hakimiyyəti anti Qərb ritorikasını davam etdirəcəksə və işğalçı Rusiyanın müttəfiqi kimi davranacaqsa qarşı tərəfin sanksiya mexanizminə əl atması tamamilə real görünür.

Bəs nəyə görə Qərb Gürcüstana münasibətdə göstədiyi bu qətiyyəti Azərbaycanla bağlı nümayiş etdirməyə hələ ki, tələsmir. Ancaq bunla belə Qərbin Azərbaycanla bağlı mövqeyində əvvəlki dövrlə müqayisədə ciddi fərq olduğunu və ən yüksək səviyyədə sanksiya xəbərdarlıqlarının edildiyini də inkar etmək, görməmək mümkün deyil. Görünür Qərbdə hesab edirlər ki, Azərbaycanın publik verdiyi bəyanatlara baxmayaraq, hələ də diplomatiya imkanları tam tükənməyib. Eyni zamanda bu məsələdə Azərbaycanın hakim elitasının Qərbdə olan böyük sərvətlərinə görə münasibətləri sanksiyaların tətbiqinə qədər pisləşidirməyəcəyi ilə bağlı gözləntilər də.müəyyən rol oynayır.

Bu gün Qərbdə Türkiyənin Azərbaycana təsir göstərəcəyi ilə bağlı ümidlər də var. Düzdür indi kənardan baxanda Azərbaycanın öz xarici siyasətini Türkiyə ilə deyil, daha çox Rusiya ilə koordinasiya etdiyi aydın görünür. Ancaq güman olunur ki, bu gün Cənubi Qafqazda siyasi qütbləsmənin getdikcə kəskinləşməsi Azərbaycan hakimiyyətini bir mərhələdən sonra Türkiyə və Rusiya arasında seçim etmək məcburiyyəti qarşısında qoyacaq.
Putinin son mətbuat konfransında jurnalistlərə istehza ilə “gedin Ərdoğana bildirin ki, Qərbdən alacağı kreditlər hesabına Rusiya ilə əlaqələri zəiflətməsi Türkiyəyə zərər verər” deməsi iki ölkə arasında strateji ziddiyyətlərin dərinləşməkdə olduğunu və Moskvanın Ankaranın Qərblə bigə hərəkətindən doğan narahatlığını göstərir. Bu halda Azərbaycan rəhbərliyinin Rusiya ilə müttəfiqliyi həm də Türkiyənin regional maraqları ilə ziddiyyət təşkil etdiyi üçün geosiyasi seçim təkcə Qərb Rusiya arasında deyil, həm də Rusiya və Türkiyə arasında olmağa doğru gedir. Əgər bu mərhələdə də Azərbaycan Moskva ilə eyni cinahda qalmaqda davam edərsə və Türkiyənin də təsiri bir işə yaramazssa, o zaman son çarə kimi sanksiyalara əl atıla bilər.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir