Şimdi yükleniyor

Fuad Gahramanlı: 28 may kimlərin bayramıdır ?

Fuad gahramanlı

– Kim ölkəmizdə demokratik cümhuriyyət qurluşunun yenidən bərqərar olmasını istəyirsə
– Kim 105 il öncə Şərqdə ilk demokratik dövlət qurmuş, xalqımızın milli iradəsini yükəsəltmiş babalarımızın mənəvi mirasına dəyər verirsə
– Kim dövlətinə güvənən, hüquq və azadlıqları
qorunan vətəndaş olmaq istəyirsə
– Kim Azərbaycan xalqının öz hürr iradəsi ilə hakimiyyətini seçmək haqqını müqəddəs bilirsə,
28 may da, məhz, o insanların milli dövlətçilik bayramıdır.

Bu gün istiqlal məfkurəsinə sayğı, demokratik haqq və azadlıqlara sarılmaq , öz qurucu babalarımızın böyük və dəyərli Cümhuriyyət mirasına sevgi günüdür. Bu gün ilk dəfə olaraq Şimali Azərbaycanda milli dövlətimizin əsası qoyulub. Bu elan edilmiş Cümhuriyyət təkcə dünənimizin qürur yeri deyil, həm milli iradəmizin və varlığımızın əbədi təminatıdır.

Bizim üçün Vətən torpağının qəsbi nə deməkdirsə, Cümhuriyyət dəyərlərimizin qəsb edilməsi də o deməkdir. Ona görə də bu günkü mübarizəmizin də əsas amalı qurucu babalarımızın şərəfli tarixi mirasına sahib çixaraq onu bərqərar etmək, ölkəmizi yenidən gerçək demokratiyaya qovuşdurmaqdır.

Ölkəmizdə Cümhriyyət dəyərlərinin qalib gəldiyi gün, gerçək qurtuluş günü, azadlığa, tərəqqiyə, ədalət gedən yolun açılış günü, Rəsulzadənin ruhunun gülümsədiyi gün olacaq.
O böyük gün arzusu ilə Cümhuriyyət bayramınız mübarək.
Fuad Gahramanlı

Share this content:

Yorum gönder