Yazırlar ki, Əfqanıstanda xalq mahnılarının ifaçısı Fevad Andarabi “Taliban” silahlıları tərəfindən öldürülüb.
Aydındır, bu vəhşilər mədəniyyətin, azad düşüncənin, tərəqqiyə xidmət edən hər nə varsa onun düşməndirlər. Əfqanıstana baxanda o da görünür ki, cahil toplum ən qəddar, hüquqdan, mütərəqqi ideyalardan tamamilə uzaq ən gerizəkalı, qaramat irticanın qarşısında təslim olmağa məhkumdur.
Ancaq biz bu ölkəyə təkcə uzaq bir diyar, keçmişin cəhalət bataqlığında qəhr olan, insanlığa düşmən kəsilmiş irticanın girovluğunda qalan bir ölkə kimi baxmamalıyıq.
Əfqanıstan həm də təhsildən, mütərəqqi ideyalardan uzaq düşmüş, Xoşqədəmlərin, Zaurların kövrəldib həyacanlandıra bildiyi, ciddi ictimai siyasi mövzuların müzakirəsinə həvəssiz, Tik Tokla lağlağı eedib gün keçirən, dövlət büdcəsindən oğurlanan pulları özünün saymayan, ömründə bir kitab oxumayan, qəsb olunan haqlarına qarşı etinasız və laqeyid qalan, düşdüyü rəzil həyatın məsuliyyətini hiss etməyən, susqunluğunu və qorxusunu haqlı çıxarmaq üçün “kim gəlsə belə olacaq” bəhanəsini yorğan kimi üstünə çəkən toplumları gözləyən bir gələcək, aqibətdir. Bu gələcəkdə geyimlərin fərqli , daha müasir olması, zora dayalı dini ideologiyanın yoxluğu bu ölkələrlə Əfqanıstanı birləşdirən gerilikçi mahiyyəti heç də aradan qaldırmayacaq.
Əgər özlərinə aid hüquq və azadlıqlarının boğulmasını insanlar özləri üçün problem saymayacaqsa, ölkədə bir dənə də olsun müstəqil qəzet, tv olmayacaqsa, xalqın seçimi olmadan hakimiyyətdəkilər özləri özlərini təyin edəcəklərsə, təhsil, səhiyyə tənəzzül edəcəksə, iqtisadiyyat korrupsiya və monopoliyaların məngənəsində yerlə sürünəcəksə, dünya bazarına çıxacaq sənaye məhsulları istehsal etmək yerinə iqtisadiyyat xammal satmaq üzərinə qurulacaqsa , texnologiya, elm adına bir real nəticə ortaya qoyulmayacaqsa, əhalinin mütləq əksəriyyəti xoşbəx olmaq üçün Avropada yaşamağı arzu edəcəksə o zaman gediləcək yer elə Əfqanıstanın yanı olacaq. Belə cəmiyyətlər bir qayda olaraq savadsızlığı və həyatdan küskünlüyü ilə öz bətnində radikal, irticaçı və din adı ilə manipulyasiya edən təhlükələri bəsləyirlər. Ona görə də cahillikdən, zorakı idarəçilikdən, ədalətsizlikdən hamilə qalmış cəmiyyətlər çox vaxt öz gələcəkləri üçün böyük təhlükələrdən xəbərsiz olurlar.
Fuad Gahramanli
Fuad Gahramanli: Əfqanıstan və biz
386 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.