KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Manşet Üstü
  4. »
  5. Fransanı kimlər qana boyadı? – “Tənha canavar”, yaxud kəşfiyyat

Fransanı kimlər qana boyadı? – “Tənha canavar”, yaxud kəşfiyyat

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
580 0

Fransanı kimlər qana boyadı? – “Tənha canavar”, yaxud kəşfiyyat – TÜRKİYƏLİ POLİTOLOQUN ŞƏRHİ

Dr. Hasan OKTAY
Dr. Hasan OKTAY

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay Admiral.Az-a müsahibəsində Fransanın Nitsa şəhərində terror hücumunun siyasi tərəflərini şərh edib.

– Fransanın müstəqillik günündə törədilən bu terrorun siyasi hədəfi nədir?

– Terror dünya gündəminin ən əhəmiyyətli mövzusuna çevrilib. Yeni dünya siyasətində artıq dövlətlər bir-biri ilə ordularla deyil, terror təşkilatları vasitəsilə döyüşürlər. ABŞ-ın sərt işğal siyasətinə qarşı terroru bir çıxış yolu görənlər, yeni bir model olaraq, terror və terror təşkilatları vasitəsilə fəaliyyətə başladılar. İraqda ötən həftə baş verən partlayış zamanı 300 adam ölsə də, dünya buna heç bir reaksiya göstərmədi. Terrorçu qruplar isə dünyanın müxtəlif yerlərində terror aktları törətməklə daha çox diqqət çəkməyə çalışırlar.

Terror bir üsul olaraq mənimsənildikdən, ictimaiyyəti qorxuya salandan sonra artıq dünyanın ən böyük şəhərlərində belə hücumları olması gözləniləndir. Qorxu yaratmaq məqsədinə xidmət edən terror psixologiyasının bir müddət sonra vərdiş halına gəlməsi, əsas qayənin unudulmasına xidmət edir. Terror bir nifrət partlayışı olaraq, daha çox ön plana çıxır.
Nitsa şəhərində baş verən terror hücumunu isə Fransanın Suriyadakı mövqeyinə cavab olaraq, törədildiyini demək mümkündür. Xüsusilə bunun əlamətdar gündə həyata keçirilməsi Fransaya açıq-aşkar müharibə elan etməkdir. Nəzərə almalıyıq ki, terror müharibədən daha böyük qorxu yaradır.

– Necə düşünürsünüz, Nitsa terrorunun arxasında hansı təşkilat dayanır?

– Terror hücumunu edən 31 yaşlı Tunis əsilli Fransa vətəndaşının indiyə qədər polisdə terrorla əlaqəsinin olmasına dair məlumat olmayıb. O, terror təşkilatının hücumlarından təsirlənən və “tənha canavar” adlandırılan terrorçu kimi çıxış edə bilər. Yəni onun öz-özünə radikallaşan və İŞİD-in “buraya gəlməyin, olduğunuz yerdə hücumlar edin” çağırışına aldanan bir terrorçu olması mümkündür. Bu terrorçu haqqında mediaya sızan ilk məlumatlardır. Amma əsas olan İŞİD adı altında bu terrorun Fransaya qarşı hansı kəşfiyyat xidməti tərəfindən təşkil olunmasıdır. Bu suala cavab vermək indiki məqamda mümkün olmasa da, görünən odur ki, başda Fransa olmaqla, bir çox Avropa dövlətləri bu cür hücumlarla daha çox üzləşəcək

– Maraqlıdır ki, son vaxtlar Avropada məhz Fransa ən çox terror hücumuna məruz qalır?

– Fransa Avropa Birliyi ölkələri içərisində neytral mövqedə olan ölkədir. Yəni o, İngiltərə-ABŞ və Almaniya-Rusiya blokunun rəqabətində hansı tərəfi dəstəkləyərsə, həmin gücün Avropa İttifaqına hakim olmasına təsir edəcək səviyyədədir. Onun üçün də yaxın gələcəkdə Fransa hər cür terror aktları ilə qarşı-qarşıya qala bilər. Həmçinin, Yaxın Şərqdə Fransanın keçmişdən günümüzə qədər atdığı addımlar nifrətə çevrildiyi üçün ilk hədəf olaraq Fransanı seçmiş ola bilərlər.

– Türkiyə bu terrordan bir neçə gün öncə Fransadakı səfirliyinə və vətəndaşlarına xəbərdarlıq etmişdi.

– Terror hadisəsinin vaxtı, zamanı, məkanı və üsulu əvvəldən bilinmədiyi üçün Türkiyə hökuməti həm səfirliyinə, həm də Fransada yaşayan vətəndaşlarına xəbərdarlıq edərək, belə bir ehtimalı dəyərləndirmiş oldu. Nəticədə Türkiyənin ehtimalı doğru çıxdı və Fransa yenidən terrorla üzbəüz qaldı.
Terrorun məqsədi, hədəfi qorxu və təlaş yaratmaqdır. Amma üsulları və hadisə zamanı istifadə edəcəkləri vasitələr hər keçən gün dəyişir. Nəticədə, insanlarda daha çox qorxu yaradır.

– Bu cür qorxulu terror hücumlarının əsasən gecə saatlarında baş verməsi də diqqət çəkir.

– Terrorun məqsədi qorxu və təlaş yaradaraq, dövlətləri qərar vermək iqtidarında olmayan vəziyyətə gətirməkdir. Həmçinin, insanları təşvişə salaraq, öz dövlətlərinə, hökumətlərinə inamsızlıq yaradırlar. “Hər an, hər zaman, müxtəlif üsullarla” törədilə biləcək terror qorxusu yayılır. Dövlətlə xalq arasında inamı sarsıdıb dövlətlərin tətbiq etdiyi siyasəti dəyişdirməyə çalışırlar. Xüsusilə terrorun hədəfi kimi ABŞ-ın İraq və Suriya siyasəti, Avropa ölkələrinin mövqeləri göstərilərək, xalqla dövlət arasında uçurum yaradır, onların öz hökumətlərinə təzyiq etmələrini təmin edirlər.
Lakin dövlətlərin terrordan bir-birinə qarşı müharibə vasitəsi kimi istifadə etdiyi də məlumdur. Yəni terror vasitəsilə dövlətlərə təzyiq edirlər. Bəzən İŞİD-in törətdiyi deyilən hansısa terror hücumunu istənilən kəşfiyyat xidməti rahat şəkildə həyata keçirə bilir. Qarşıdakı dövrdə İŞİD və digər terror təşkilatlarının adı altında kəşfiyyat xidmətlərinin terror aktlarının şahidi olacağıq.

Gülnar Babazadə
Admiral.az

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir