Çox sual səsləndirilir: Bizdə niyə o əjdahadan yoxdur. Cavablar müxtəlifdir, reallıq isə birdir: bizdə cəmiyyətdə hələ insani siyasi münasibətlər tam formalaşmayıb. İctimaiyyət və rəsmi qulluqçular dövlət və hakimiyyət anlayışını bir-birilə qatışdırıblar. Daha doğrusu, Azərbaycanda hakimiyyət dövlətləşib. Hakimiyyət özünü dövlət hesab edir və ona qarşı istənilən irad dövlətə qarşı hesab olunur. Özünü dövlət hesab edən hakimiyyət istəyir ki, müxalifət onun istədiyi kimi olsun. Maaşını alsın, çərçivəli müxalifətçiliyini etsin.
Digər bir amil dinlə bağlıdır. İstər Gürcüstan, istər Ermənistanda müstəqil xaricə bağlı olmayan kilsə təşkilatı mövcuddur. Gərgin anda din xadimi ortaya çıxır və gərginliyi aradan qaldırır. 30 ildə Azərbaycanda müstəqil müsəlman icması yaranmadı, ölkənin özünün müstəqil və nüfuzlu din xadimi olmadı. Xalq hərəkatından təsirlənərək bu addımı atmaq istəyən Hacı Sabir Həsənli var idi. İslam Universitetini də o yaratmışdı. Şeyx Allahşükür Heydər Əliyevlə münasibətlərindən istifadə edib 1998-ci ildə Hacı Sabiri Elçibəyə sayğısına görə sıxışdıra bildi. O gündən bəri amorf Qafqaz müsəlmanlarına başçılıq iddiasına qurban verildi Azərbaycanda müstəqil müsəlman dini icmasının qurulması. İrandakı ayətullahlardan və Türkiyədəki, Səudiyyə Ərəbistanındakı imamlardan asılı qütbləşmə inkişaf etdi.
Nəhayət, bu amillərin də nəticəsində Gürcüstan cəmiyyətində əksəriyyətdə özünə hörmət hissi yaranıb. Azərbaycanda özünə hörmət hissi öldürülüb. Polis siyasi lideri də, adi vətəndaşı da təhqir edə bilir. Təhqir edilmiş, döyülmüş cəmiyyətlərdə əjdaha yarana bilməz. Bunun üçün uzun yol gedilməlidir. Qısaltmaq da olar. Amma ona da imkan verməyəcəklər. Ya bir molla çıxıb dindən danışacaq, ya da patı kimi narkotik vasitələri gətirib küçələrdə satıb gəncliyi məhv edəcəklər.
Şəkildə isə Gürcüstanda və Azərbaycanda müxalifət liderinin həbsləri əks olunub. Özünüz nəticə çıxarın. Bu cür əxlaqda polislə biz nə qədər yol getməliyik?
Fikret Huseynli
- Anasayfa
- »
- Azerbaycan
- »
- Fikret Huseynli: Bizdə niyə o əjdahadan yoxdur
Fikret Huseynli: Bizdə niyə o əjdahadan yoxdur
150 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.