Ferhad Mehdiyev: Iran İsrail üçün nüvə təhlükəsi yaratmış
Iran İsrail üçün nüvə təhlükəsi yaratmış olsaydı onu indi edərdi – İsrailə “kirli”, yəni radioaktiv uranium ehtiva edən raket atardı. Amma atmır.
Qeyd etməliyik ki, İran – İraq müharibəsində İrakın kimyəvi silah istifadə etməsinə baxmayaraq, İran eyni şeyi etmədi.
İndi anlamaq olur ki, niyə İrana hücumdan əvvəl İsrail Livan və Suriyaya da zərbələr endirdi (bu hücumda ordan cavab zərbələri gəlməsin deyə). Müharibə biraz uzun çəkə bilər.
Hazırda ABŞ- İsrail İranda yerləşdirdiyi geniş agentura şəbəkəsi sayəsində orada yaşayan kürdləri silahlandırmağa və mollalara qarşı ayaqlandırmağa çalışır. Daha əvvəl eynisini İrak və Suriyada elədilər.
Hazırki ABŞ – İsrail tandeminin bölgədə apardığı siyasətinin başlıca 3 məqsədi var:
1. İsrail torpaqlarının genişləndirilməsi.
2. Bölgədə Suriya- İran – İrak – Turkiyə torpaqları üstündə qurulacaq kürd dövlətinin yaradılması
3. İsrailin siyasətinə qarşı çıxa biləcək dövlətlərin zəiflədilməsi.
Bu müharibə özlüyündə – nə qədər qəribə səslənsə də – dini müharibədir. Onun motivləri dinidir.
Tanakh və Torada müxtəlif yerlərdə Tanrı yahudi millətinə (İbrahimə və onun xalqına) torpaqlar vəd edir:
Tora (Tövrat:) Genesis (Yaradılış kitabı) 15, 18-21:
Həmin gün Rəbb Abramla bir əhd bağladı və dedi:
“Mən bu torpağı sənin nəslinə verirəm — Misir çayından böyük Fərat çayına qədər olan ərazini — Kenilər, Kenizzilər, Kadmonlular, Hittilər, Perizzilər, Refailər, Amorilər, Kənanlılar, Girqaşilər və Yevusilərin torpağını.”
Bəmidbar kitabı 34:1-12-də isə, Tanrı İsrail oğullarına bu torpağın sərhədlərini təyin edir. Burada qərbdə Aralıq dənizindən, cənubda Zin səhrasına və Misir vadisinə qədər, şərqdə İordan çayına qədər ərazilər göstərilir.
İsrail üçün məsələ bu qədər sadədir. Sübutu da Netyanyahunun ağlama divarında daşın arasına qoyduğu qeyddir (dini motivlərin oluşu).
İranın da yürütdüyü xarici siyasətin bir qismi dini motivlidir (şiə qruplaşmaların dəstəklənməsi), bir qismi isə deyil (Ermənistana dəstək olması).
ABŞ üçün isə bu məsələ daha çox Yaxın Şərqdə keçirdiyi “parçala – hökm/istismar et” siyasətinin tətbiqidir.
Share this content:
Yorum gönder