KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ferec Kerimli: Aliyev Azərbaycan xalqını avam yerinə qoyar

Ferec Kerimli: Aliyev Azərbaycan xalqını avam yerinə qoyar

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
238 0

Bu gün Xankəndidə erməni separatçıları mitinq keçirərək Azərbaycanın tərkibində olmaq istəmədiklərini bildiriblər. Aydın məsələdir ki, Rusiyanın təşkilatçılığı ilə təşkil edilib. İlham Əliyevin rus ordusunu heç kimlə məsləhətləşmədən, bir gecəyə ərazilərimizə gətirməsinin nəticəsinin bu olacağını ölkəni düşünən hər kəs vaxtında deyib.

Baxıram xeyli adam sosial şəbəkələrdə bu məsələni lağ-lağıya çevirib. Bu hadisə lağ ediləcək hadisə deyil. İlham Əliyev dəfələrlə Azərbaycan xalqını avam yerinə qoyaraq, xalqı təhqir edircəsinə münaqişənin bitdiyindən, Qarabağ probleminin həll olunmasından danışıb. Hələ bununla da kifayətlənməyib, bu il Milli Məclis bəyanat qəbul edib ki, Qarabağ əsarətdən azad edilib, son iki yüz ilə yaxın dövrdə olan torpaq itkilərinə son qoyulub, guya yeni dövr açılıb. Yeni dövr budur? Məncə burdan yenidən müharibə “qoxusu” gəlir.
Ferec Kerimli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir