KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. FAİQ QƏZƏNFƏROĞLU TÜRKİYƏDƏ İKİ SİMPOZİUMDA İŞTİRAK EDİB

FAİQ QƏZƏNFƏROĞLU TÜRKİYƏDƏ İKİ SİMPOZİUMDA İŞTİRAK EDİB

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
440 0

FAİQ QƏZƏNFƏROĞLU TÜRKİYƏDƏ İKİ SİMPOZİUMDA İŞTİRAK EDİB
faik
AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Qəzənfəroğlu (Ələkbərov) 05-07 may 2016-ci il tarixlərində Türkiyənin Samsun, 11-14 may 2016-cı il tarixlərində isə Kastamonuda keçirilın simpozumlarda iştirak edib. Öncə, Samcun şəhərində Canik Bələdiyəsi və 19 may Universitetinin birgə təşkil etdiyi “Hədəfə doğru insan” temalı 6-cı Uluslararası Canik Simpozumuna qatılan F.Qəzənfəroğlu burada “Türk Cümhuriyyətlərinin Sovet təhsilindən milli təhsilə keçiddə yaşanan psixoloji-fəlsəfi problemlər” mövzusunda çıxış edib. O bildirib ki, hazırda müstəqilliklərinin 25 illiyini qeyd etməyə hazırlaşan Türk Cümhuriyyətlərində milli təhsil sahəsində ciddi problemlər vardır. Onun fikrincə, Sovet məktəbi keçmiş müəllimlər və alimlərin yeni nəsillə aralarında bir uçurum vardır. Bunu aradan qaldırmaq üçün isə yalnız zamanın keçməsini gözləmək doğru deyil, eyni zamanda ciddi islahatlar həyata keçirilməlidir.

Daha sonra 11-14 mayda Kastamonuda eyni adlı univertsitetin düzənlədiyi 1. Millətlərarası Türkiyə-Azərbaycan Simpozumuna qatılan F.Qəzənfəroğlu burada da maraqlı mövzu ilə çıxış edib. Bu simpozumda əsas diqqəti Türkiyə-Azərbaycan münasibətlərində Türk Birliyi fikrinə çəkən Azərbaycan türk aydını bildirib ki, bunun üçün üç əsas məsələ gündəmdədir: 1) Türklüyün mahiyyəti; 2) İslamlığın mahiyyəti; 3) Yeniləşməyin ölçüsü. F.Qzənfəroğlu məruzəsində bildirdi ki, bu üç məsələdə bütün türklər, o cümlədən Azərbaycan və Türkiyə türkləri həssas olmalı, bununla bağlı örnəkləri başqlarından deyil, öz mahiyyətindən almalıdır. Onun sözlərinə görə, Türk dövlətlərinin adlarının hansı məna kəsb etməsindən asılı olmayaraq burada öncüllük türklüyün, daha sonra islamlığın və çağdaşlığındır. O bildirdi ki, bizim indiki anda şüarımız Türk kimi müsəlmanlıq, Türk kimi çağdaşlıq olmalıdır.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir