KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Faiq Qəzənfəroğlu: “Azərbaycanın iki yerə parçalanması Türklüyün və Azərbaycanın İranda geriləməsinin başlanğıcı oldu”

Faiq Qəzənfəroğlu: “Azərbaycanın iki yerə parçalanması Türklüyün və Azərbaycanın İranda geriləməsinin başlanğıcı oldu”

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
466 0

Faiq Qəzənfəroğlu: “Azərbaycanın iki yerə parçalanması Türklüyün və Azərbaycanın İranda geriləməsinin başlanğıcı oldu”

faik
“İki əsrə yaxındır ki, Azərbaycan iki yerə parçalanıb. Belə ki, Qacarlar 1826-1828-ci illərdə çar Rusiyasına qarşı apardığı müharibədə məğlub olaraq 1828-ci il fevralın 10-da Şimali Azərbaycanı Türkmənçay müqaviləsiylə ruslara verməyə məcbur olub. Qacarların vəlihədi Abbas Mirzənin başçılığıyla Rusiyaya qarşı aparılan müharibənin məglubiyyətlə bitməsi yalnız Azərbaycanın deyil, sonralar Qacarların da taleyində mühüm rol oynayıb”. Bu sözləri AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, doç,.dr. Faiq Qəzənfəroğlu 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsi nəticəsində Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğal olunmasıyla bağlı bildirib. Onun sözlərinə görə, təxminən iki əsr bundan öncə Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı sonrakı proseslərə də ciddi təsir göstərib: “Şimali Azərbaycan Qacarların tərkibində qalsaydı, nə 1925-ci ildə farsdilli Pəhləvilər asanlıqla hakimiyyətə gəlməz, nə də 1979-cu ildə sözdə İran İslam Respublikası yaranmazdı. Bizcə, bu anlamda 1828-ci ilin Türkmənçay müqaviləsi 100 il sonra Türk Qacarların devrilib yerinə Fars-Pəhləvilərin hakimiyyətə gələməsinin siqnalı idi. Çünki Azərbaycan, o cümlədən Şimali Azərbaycan indi İran adlanan ölkədə Türklüyün yaşamasının əsas dayağı idi. Azərbaycanın iki yerə parçalanması Türklüyün və Azərbaycanın İranda geriləməsinin başlanğıcı oldu. Deməli, yanız Azərbaycanın bütövləşməsiylə bölgədə yeni status meydana çıxa bilər”.

Faiq Qəzənfəroğlunun fikrincə, bu anlamda artıq 10 fevral Türkmənçay müqaviləsini tarixin yaddaşından silib, yeni bir tarix, bütövlük tarixi yazmaq lazımdır: “İndi bizim bir yolumuz var: Azərbaycanı bütövləşdirmıklə Türk-Turan ruhunu geri qaytarmaq! Çünki Azərbaycan bütövləşmədən Türk-Turan birliyi də söz olaraq qalacaqdır. Ona görə də, bizlərin-Azərbaycan Türklərinin boyununa ilk növbədə, Azərbaycanın bütövlüyü tarixini yazmaq düşür. Azərbaycan parçalanmış vəziyyətdə qaldıqca nə içimizdə, nə də çölümüzdə istənilən sabitlik də olmayacaqdır. Bu baxımdan Azərbaycanın bütövləməsiylə həm bölgədə, həm də dünyada bir çox dəngələrin dəyişməsinə şübhə etmirik”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir