KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Faiq Ələkbərli: “Artıq dünyada “Türk fəlsəfəsi” anlayışını ciddi şəkildə ortaya qoymağın zamanıdır!”

Faiq Ələkbərli: “Artıq dünyada “Türk fəlsəfəsi” anlayışını ciddi şəkildə ortaya qoymağın zamanıdır!”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
362 0

Ovqat.com bildirir ki, 14-16 iyun 2017-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində Qazax Milli İncəsənət Universiteti, Beynəlxalq Tanrıçılığı Araşdırma Fondunun təşkilatçılığı ilə keçirilən “Tanrıçılıq və Avrasiya xalqlarının epik irsi: mənbələr və müasirlik” VI Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Beynəlxalq konfransda Türksoylu dövlətlərin və ölkələrin (Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Yakutiya, Başqırdıstan, Altay, Kalmıkiya, Xakasiya və b.) alimləri ilə yanaşı, digər dövlətlərin nümayəndələri də qatılıblar. Həmin beynəlxalq konfransda iştirak edən AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) bizimlə söhbətində bildirib ki, plenar iclasda “Şamanizm, yoxsa Tanrıçılıq fəlsəfəsi” adlı məruzə ilə çıxış edib. O məruzəsində qeyd edib ki, XIX-XX əsrlərdə Tanrıçılıqla bağlı dini-fəlsəfi inanclar Avropa və Rusiya elmində daha çox “şamanizm” ya da “qamlıq” kimi verilməyə çalışılıb: “Halbuki Avropa alimləri tərəfindən “şamanizm” adlandırılan, ancaq əski dönəmlərdə qamların fəlsəfi dünyagörüşünü əks etdirən biliklər Tanrıçılıqdan başqa bir şey deyildir. Başqa sözlə, “Qam” ya da “Şaman” Tanrıçılıq dinində “filosof” rolunu oynadığı üçün, bu dini Qamlıq ya da Şamanizm adlandırmaq yanlışdır. Çünki Tanrıçılığı təbliğ edən “şaman” deyil, Qam olmuşdur. Bu baxımdan indi “şamanizm” kimi qələmə verilən dini-mifoloji inanclar daha çox Qamların təbliğ etdiyi Tanrıçılıqla bağlıdır”.
Eyni zamanda Azəbaycan alimi onu da bildirib ki, hazırda qədim türklərin Tanrıçılığı təbliğ edən Qamların fəaliyyətiylə indi Şamanizm adlanan inancları biri-birindən ayırmaq çox çətindir: “Ən azı ona görə ki, Tanrıçılığı təbliğ edən Qamların dini işləriylə indiki “şamanlar”ın gördüyü işlər arasında ziddiyyətlərlə yanaşı, oxşarlıqlar da çoxdur. Məhz bundan yol alaraq hesab edirik ki, vaxtilə Qamların təbliğ etdiyi Tanrıçılıq dini-fəlsəfi təlimi ilə orta əsrlərdə Tanrıçılığın təsiri altında Sibir Elində və onun çevrəsində formalaşan Şamanizm arasındakı oxşarlıqlar və fərqlilikləri doğru anlamaq lazmdır”.
F.Ələkbərli çıxışının sonunda təklif edib ki, Türk xalqlarının alimləri Tanrıçılıq məsələsində ortaq nöqtədən çıxış etməli, Tanrıçılıq fəlsəfəsini sistemləşdirməlidir. Onun sözlərinə görə, artıq dünyada “Türk fəlsəfəsi” anlayışını ciddi şəkildə ortaya qoymağın zamanıdır. Bunun üçün də Qərb-Avropa alimlərinin dünyaya sırıdığı uydurma nəzəriyyələrdən əl çəkib Türk fəlsəfəsini, Türk tarixini, Türk mədəniyyətini yenidən yazmaq lazımdır.
Qeyd edək ki, beynəlxalq konfransda Tanrıçılıqla bağlı kitablar və məqalələr yazmış bir çox tanınmış elm adamları, o cümlədən prof. Rafael Bezertinov, Serik Rustambekov, dos. Lena Federova, prof. Talantaaalı Bakçiev, prof. Amangəldi Narımbayeva, Siqin Menghe, Daşnyam Luvsandambın, Özgür Barış Etli, Sartkojaulı Karjaubay, f.e.d. Larisa Anjiqanov, Qalina Muzayeva, f.e.d. Rozaliya Sultanqarayeva və b. məruzələr ediblər! Konfrans çərçivəsində Tanrıçılıqla bağlı bəzi praktiki ayinlər də icra olunub.
Konfransın sonunda qərara alınıb ki, növbəti elmi-praktiki tədbir iki il sonra Qırğızıstanda keçirilsin.

Ovqat.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir