KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fərid Mustafayev: Moskva Bəyannaməsi geo-siyasi uğurların yeni mərhələsidir

Fərid Mustafayev: Moskva Bəyannaməsi geo-siyasi uğurların yeni mərhələsidir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
70 0

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında “müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” 9 fərqli maddədə təkrarlanan 43 maddəlik bəyanat, bərabərhüquqlu əməkdaşlığa, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, milli maraqlara, iki ölkənin müstəqilliyinə, suverenliyinə xidmət edən bir sənəddir. Rusiya və Azərbaycan arasında sıx mədəni, iqtisadi əlaqələr mövcuddur ki, Moskvada imzalanmış bu mühüm sənəd tarixi əlaqələrin daha da inkişafında öz tövhəsini verəcək. Bu bəyannamənin imzalanması tarixi bir hadisə və diplomatik bir qələbədir. İmzalanmış bəyannamə Azərbaycanın milli maraqlarına uyğun bir sənəddir. Vətən müharibəsindən sonra qələbəmizi artıq siyasi-diplomatik cəbhədə möhkəmləndirmək əsas prioritet istiqamətlərdəndir. Bu sənəd Azərbaycan-Rusiya əlaqələrini yeni mərhələyə aparır. Moskva bəyannaməsi bütün beynalxalq sənəd,norma və prisnsiplərə, ən əsasıda BMT Nizamnaməsinə uyğun hazırlanmış bir bəyənnamədir. Sənəddə qarşılıqlı olaraq sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, dövlət suverenliyinə, müstəqilliyinə, güc tətbiq etməmək öhdəlikləri , ölkələrin bir-birinin daxili işlərinə qarışmamaq, əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi, beynəlxalq-hüquqi öhdəliklər nəzərə almaqla hərbi yardım göstərilməsi,hərbi-siyasi əməkdaşlıq kimi əsas vacib məqamlar xüsusi qeyd edilmişdir. Bu imzalanmış sənədlə Prezident İlham Əliyev gərgin bir dövrdə Rusiya ətrafında baş verən geo-siaysi təhlükəli proseslərdən balansı qoruyaraq Azərbaycanı sığortalamış oldu. Həm də bu müttəfiqlik sənədi Ermənistana böyük bir zərbədir. Bundan sonra Ermənistan üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən müttəfiqlik əlaqələrindən sui-istifadə edə bilməyəcək. Bəyanatın imzalanması, ən əsas da regionda təhlükəsizlik, sabitlik və dayanıqlı inkişaf meyarlarını daha da gücləndirəcək.

AMEA Torpaqşünaslıq və Aqrokimya
İnstitutu YAP Ərazi Təşkilatı Partiyası
sədr müavini
Fərid Mustafayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.