KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Ermənistanın monoetnikliyi

Ermənistanın monoetnikliyi

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
401 0


YUNESKO-da səsvermə nəticəsinə əsasən “monoetnik dövlət” elə anlayışdır ki, burada mədəni sərhədlər siyasi sərhədlərlə toqquşur. Belə ölkələrdə yalnız bir millətin nümayəndəsi olur, digər milli nümayəndələrin sayı ya olmur ya da nəzərə çarpmıyacaq dərəcədə az olur. Monoetniklik özlüyündə mədəni pluralizm və ya multikulturakizmlə ciddi toqquşur. Monoetniklik dözümlüyün əksidirsə deməli dünyada baş verən müxtəlif bəşər bəlası sayılan münaqişələrin əsasında da monoetniklik durur. Dünya ölkələri surətlə silahlanır. Hər il trilyonlarla dollar silahlanmaya xərclənir, halbuki dünyada 3 milyard insan günə 2 dollar vəsaitlə dolanır, 166 münaqişə ocağı var.
Ermənistan monoetnik ölkədir və digər monoetnik ölkələrdən fərqli olaraq bu xüsusiyyəti ermənilər süni olaraq yaradıblar. Dənizdən dənizə böyük Ermənistan yaratmaq xülyası ilə yaşayan ermənilər ağılasığmaz vəhşiliklərə əl atıblar. Azərbaycanın 19-cu əsrin sonunda Türkmənçay müqaviləsinin nəticəsi olaraq Osmanlı ərazisindən və İran şahlığından Azəbaycan torpaqlarına demoqrafik vəziyyəti dəyişmək üçün məqsədyönlü şəkildə ermənilər köçürüldü,vaxt keçdikcə Rusiya imperiyasının məqsədlərinin aləti olan ermənilər dəfələrlə azərbaycanlıların soyqırımını həyata keçirərək Azərbaycanın tarixi torpaqlarında monoetnik dövlət yaratdılar. Ermənilərin məqsədyönlü monoetnik dövlət yaratmaqlarında əsas səbəb tarixi saxtalaşdırmaq və Azərbaycanlılara məxsus nə varsa məhf edib İrəvanı və Dağlıq Qarabağı erməni torpağı kimi təqdim edib beynəlxalq normaları pozaraq özününkiləşdirməkdir.
Hal-hazırda dünyada monoetniklik neonasizm kimi tanınmağa başlamışdır. Neonasizmin əsas xüsusiyyətləri qəsbkarlıq təcavüzkar irqçilik olub, beynəlxalq hüququ normalarına prinsiplərinə ziddir. Nəticədə bəşəriyyət dağıdıcı müharibələr təcavüzkarlıq etnik təmizləmələrdən əziyyət çəkir. Ermənistanın monoetnik dövlət siyasətinin nəticəsi olaraq Ermənistanda hal-hazırda bir nəfər belə azərbaycanlı qalmayıb. Monoetnik layihənin növbəti nəticəsi İrəvandan minlərlə insan öz ata baba yurdundan məcburi deportasiya olmuş, iqlim uyqunsuzluğu nəticəsində həlak olmuşlar. Beləliklə, beynəlxalq təşkilatlar dünyada monoetnikləşməyə gedən dövlətləri tənzimləməli bəşəriyyətin böyük bəlalardan –soyqırım , münaqişələr, müharibələrin qarşısını almaq üçün daha sərt bəyanatlar hazırlamalı və riayət olunması üçün ciddi addımlar atmalıdır.
Azərbaycanda multikulturalizmin, İslam həmrəyliyinin inkişafı, ümumilikdə Azərbaycanın dünyada həmrəyliyin inkişafına dəstəyi ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə bir töhfəsidir. Azərbaycanda 10 milyona yaxın əhali var. Bunun 96 faizi müsəlman, 4 faizə qədəri isə qeyri-müsəlman əhalidir. Bütün dinlərin nümayəndələri Azərbaycanda sülh və tolerant şəraitdə yaşayır.
Ölkəmizdə məscidlərlə yanaşı, sinaqoqlar, həm katolik, həm də pravoslav kilsələri fəaliyyət göstərir. Azərbaycan bütün dinlərin sülh və tolerant şəraitdə birgə yaşaması üçün lazımi dəstək göstərir, hətta maliyyə dəstəyi verir. Bütün bunlar Dayanıqlı İnkişaf qarşıdurmanı Məqsədlərinin həyata keçirilməsi üçün vacib amillərdir. Eyni zamanda, dayanıqlı inkişafa nail olmaq üçün sabitlik olmalıdır, münaqişələr aradan qaldırılmalıdır. Məsələn, bizim regionda Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Dünyada dinlərarası aradan qalırmaq üçün təşviqatı artırmaq lazımdır, ayrı-ayrı xalqların mədəniyyətinə hörmətlə yanaşmaq vacibdir: “Bu baxımdan Azərbaycan böyük uğurlara nail olub. Dayanıqlı İnkişaf Məqsədləri üçün dünya dövlətlərinin hərtərəfli əməkdaşlığına ehtiyac var”.

Kübra Rəhimli,
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir