KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Ermənistan Türkiyə ilə barışıqda nə qədər səmimidir?

Kamal Aliyev: Ermənistan Türkiyə ilə barışıqda nə qədər səmimidir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
183 0

Ermənistan Türkiyə ilə barışıqda nə qədər səmimidir?

Ermənistanın ən nüfuzlu Teleqram kanalı “Baqramyan-26″-da maraqlı bir məlumat paylaşılıb.Əvvəlcə onu qeyd edək ki,”Baqramyan-26″Teleqram kanalının Ermənistan hökuməti adminstrasına yaxın oldugu deyilir və bu sosial şəbəkə platformasındakı paylaşımları diqqətə slmaga dəyər.
Beləliklə,”Baqramyan-26”-da paylaşılan məlumatda deyilir ki,Yerevan Ankara ilə münasibətləri yenidən qurmalılıdır.Adı çəkilən Teleqram kanalı yazır ki,Azərbaycan-Türkiyə qardaşlıgı Ermənistan üçün yeni risqlər yaradır.Üstəlik,bu gün faktiki olaraq Rusiya-Türkiyə arasında da yaxınlaşmanı nəzərə alaraq,Ermənistan bu xəttdən zərər görməmək üçün Ankara ilə münasibətləri normallaşdırmalıdır.Bundan əlavə,”Baqramyan-26″Teleqram kanalı vurgulayır ki,Yerevan Ankara ilə suveren danışıqlar aparmaqla,Ermənistan dəyişməkdə olan geopolitik maraqlar fonunda tərəflərdən birinin xeyrinə seçim edib,digərinin hədəfinə çevrilmək risqini azaldacaq.
Görünən budur ki,Paşinyan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmaqda,köhnə stereotipləri,problemləri geridə buraxmaqda daha istəklidir,həvəslidir.Digər yandan,Ermənistan və Türkiyə münasibətlərinin yoluna düşməsində ən çox maraqlı olan tərəf Qərbdir.Qərb bilir ki,Ermənistanı Kremlin və eyni zamanda,İranın təsir orbitindən çıxarmaq üçün Türkiyə olduqca vacib NATO müttəfiqidir.Lakin düşünmürəm ki,Paşinyan hökumətinin Ermənistanın Türkiyə,Rusiya və İranla münasibətlərinə baxışı yüz faiz Qərblə üst-üstə düşür.
Bu gün görünən budur ki,Ermənistan hökuməti xarici siyasət kursunda “sıfır problem”doktirinasına üstünlük verir.Ermənistan bu gün həm İrandan,həm də Rusiyadan ucuz qaz alır.Hətta ötən il Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb və bu ölkələr arasında tucarər rus rublu ilə həyata keçirilir.İrana gəldikdə isə,Tehran üçün Cənubi Qafqazda Ermənistan faktoru,bu dövlətin mövcudlugu kifayət qədər vacibdir.Hazırda Tehran və Yerevan arasından da ticarət dövriyyəsi artıb,hətta İran Ermənistana elektrik enerjisi istehsal etmək üçün satdıgı ucuz qazın miqdarını daha da artırıb.Hal-hazırda Paşinyan hökuməti üçün Türkiyə ilə siyasi-diplomatik münasibətlərin qurulması,sərhədlərin açılması həm geopolitik,h əım də geoiqtisadi üstünlüklər qazandırır.Əbəs yerə deyil ki,Ermənistan hökuməti erməni soyqrımı mövzusunu ikinci plana keçirib.Siyasi nöqteyi-nəzırdən,Yerevan Moskva-Ankara münasibətlərini görür və hesab edir ki,tərəflərdən ikisinin də eyni anda hədəfinə tuş gəlmək balaca Ermənistanın bir dpvlət kimi mövcudluguna xələl gətirir.Şübhəsiz ki,Ankara-Bakı arasındakı siyasi və hərb münasibətlərinin sıx oldugunu da Paşinyan hökuməti görür və hesablayır.Digrudur,hazırda Azərbaycan və İran arasında münasibətlər birincinin yanvar ayında Tehrandakı səfirliyinə qarşı hücumdan sonra daha da gərginləşib.Ola bilsin ki,Yerevan Azərbaycan və İran arasındakı münasibətlərin uzun müddət belə davam etməyəcəyini və normallaşacagının fərqindədir.Belə olan təqdirdə,Paşinyan hökuməti böyük qonşuları ilə münasibətlərində sabitqədəm olmaq niyyətindədir.Təbii ki,Ermənistan indiki mərhələdə Türkiyə ilə dost,müttəfiq və yaxud tərəfdaş olmaga risq etməyəcək.Əvvala,Türkiyə və türklər haqqında erməni cəmiyyətində fobiya,nifrət,qəzəb var və bu stereotiplər hələ bir neçə nəsil də davam edəcək.Amma siyasət və xüsusilə,qonşuluq münasibətləri erməniləri və türkləri müəyyən məsələlərdə müştərək mövqe nümayiş etdirməyə təşviq edə bilər…

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir