KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ermənilər coğrafiyadan dəcəlliklə istifadə edirlər

Ermənilər coğrafiyadan dəcəlliklə istifadə edirlər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
412 0

Azərbaycanın hələlik işğal altında olan Qubadlı rayonu ərazisindən Ordubad rayon ərazisinə raket atılıb. Xoşbəxtlikdən zərər çəkən və təlafat yoxdur. Amma bu raket atışı da ermənilərin yanlış siyasi hesabatıyla yanlış hədəfə və yanlış tətiyə basması deməkdir. Bəlkə də erməni ordusunda təxribatçılar var, bu da mümkündür. Əgər həmin istiqamətə ikinci raket atışı da qeydə alınsa, bu o demək olacaq ki, söhbət təxribatdan yox, Ermənistanın coğrafiya barədə siyasi anlayışlarının redaktə edilməsi üçün praktik təlimlərə ehtiyacından gedir.
Bu dəfəki hərbi kampaniyanın lap əvvəlindən Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru yolunun bərpa edilməsi (məhz, bərpa edilməsi) variantlardan biri kimi ehtiyatda saxlanılıb. Bu, Meğri dəhlizi adlandırılan 42 kilometrlik ərazidən Azərbaycanın tarixi ərazilərinin qaytarılması üçün yaranan tarixi zərurət və bunun üçün ermənilərin özlərinin verdiyi fürsət deməkdir. Sovet hakimiyyəti dağılandan indiyə qədər ermənilər siyasi coğrafiya üzərində anlaşılmaz eksperimentlər aparmaqla özlərini də, bütün regionu gicələk ediblər. Regionda daimi hərbi təxribatlar, davamlı inkişafın önünün kəsilməsi, permanent savaşlar,.. bütün bunlar hamısı onların siyasi coğrafiya ilə kobud davranışlarının və qeyri təbii eksperimentlərinin nəticəsidir.
Əlbəttə, hərbi məğlubiyyətlər seriyası isterika doğurur : özünü bölgənin nadinc və şıltaq çocuğu kimi pasportlaşdıran ermənilər də nəhayət, böyüməlidirlər və bunun üçün onları ərköyün edən faktorları aradan qaldırmaq gərəkdir. Bu faktorlardan biri də Meğri dəhlizidir. Bu dəhlizin gerçək sahibinə qaytarılması erməniləri bir qədər daha yetkinləşdirər və bölgənin yetkin siyasi düşüncəli toplumuna çevirə bilər.
Fakt budur ki, onlar əllərinə keçən coğrafiyadan ən qeyri- konstruktiv şəkildə istifadə edirlər. Tarix belə nadincliyi heç kimə bağışlamır. Ordubadın vurulması da belə nadinc davranışlardan biridir.
Ganimet Zahidov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir