KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Erməni millətçilik ideologiyası

Erməni millətçilik ideologiyası

Kafkassam Editör Kafkassam Editör - - 17 dk okuma süresi
300 0

Erməni millətçilik ideologiyası yalan üzərində qurulub. Bu yalan tarix boyu erməni xalqına böyük fəlakətlər gətirib. Onlar hər dəfə uydurduqları yalanlara elə dərindən inanırlar ki, onun girovuna çevrilirlər. Böyük Ermənistanla bağlı sərhədsiz arzular, mifoloji xarakter daşıyan qədim erməni çarlığı ilə bağlı keçmişə vurğunluq, anti-türk və anti-müsəlman nifrət dalğasının körüklənməsi bu ideologiyanın əsasını təşkil edir. Alimindən tutmuş siyasətçisinə, tarixçisindən tutmuş politoloquna qədər hər kəs özünü qonşu xalqlara qarşı yönəlmiş bu ideologiyanın “müsəlləh” əsgəri hesab edir və öz “vətənlərini” özgə torpaqda axtarmaq kimi iddiaya düşürlər. Hər dəfə də bu sərsəm iddia milli fəlakətlə sonuclanır. Onlar bir yalanı uydurur, miflər icad edir, sonra da özlərini həmin yalana inandırmağa məcbur edirlər. Bu minvalla 10 minlərlə insanı real həyatdan, gerçək tarixdən, ümumbəşəri dəyərlərdən uzaq tutan milli erməni hekayəsi formalaşır.

Bu gün səhər erməni mətbuatına, saytlarına göz gəzdirirəm. Armenpress Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arsurun Ovanesyanın məlumatını yayır ki, Azərbaycanın çoxsaylı hərbi hissələri hücum məqsədi ilə “Artsax-İran sərhədləri” boyunca toplanırlar. Deməli bunlar özlərini o qədər mifoloji Artsax ideyasına inandırıblar ki, hətta Araz çayı boyunca keçən Artsax-İran sərhədindən danışırlar. Bu o deməkdir ki, ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri Azərbaycan rayonlarına təkcə separatçı rejimin iddia etdiyi “təhlükəsizlik zolağı”, “sülhə məcbur etmə” vasitəsi kimi deyil, mifoloji Artsax ideyasının bir hissəsi kimi baxır, İranla sərhəd yaratmaq iddiasına düşürlər. Bunun bir adı var: qudurğanlıq!

Son hərbi əməliyyatların gedişində ermənilərin Dağlıq Qarabağla bağlı min dəfə təkrar etdikləri “Stalin mifi” yenidən informasiya vasitələrinə yol tapmaqdadır. Eyni yalanı neçə dəfə təkrar etmək olar. Hələ ötən əsrin 80-ci illərinin sonlarında erməni alimlərinin kollektiv “zəkasının” məhsulu olan təxminən 400 səhifəlik Sovet Kommunist Partiyasının Mərkəzi Komitəsinə ünvanladıqları “tarixi arayış” bütövlükdə Dağlı Qarabağ Ermənistanın idi və 1921-ci ilin iyulunda Stalin Qafqaz Bürosunun toplantısına gəlib onu Azərbaycana verdi yalanı üzərində qurulmuşdu. Həmin dövrdə Sov.İKP MK-nın ideoloji işlər üzrə katribi Aleksandr Yakovlevin başladığı destalinizasiya islahatları fonunda bu yalan çox cəlbedici görünürdü. Onlar bu yalanı tirajlamaqla Rusiyada və xüsusiylə Qərbdə özlərinin guya Stalin siyasətinin qurbanı olduqlarına çoxlarını inandıra bilmişdilər. Halbuki, bizdən öncə Azərbaycan tarixçilərinin apardığı tədqiqatlar və bizim bütün Rusiya Arxiv sənədləri kimi ilk mənbələrə dayanan araşdırmamız (həmin araşdırma Azərbaycanda, Rusiyada və ABŞ-da nəşr edilmişdir), 1921-ci ilin iyul ayında Qafqaz Bürosu toplantılarının protokollarını ardıcıllıqla izləməyimiz ümumiyyətlə Stalinin bu məsələyə heç bir aidiyyətinin olmadığın ortaya qoydu. Üzərindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq erməni alim və siyasətçilər eyni yalan və iftiranı eyni “əzmkarlıqla” təkrar edirlər.

1920-ci ilin aprelində Azərbaycanın Rusiya bolşevik qoşunları tərəfindən işğalından dərhal sonra Daşnak Ermənistanı Qarabağın Dağlıq hissəsinə iddia ilə çıxış edəndə Qafqazda nüfuzlu hesab edilən bolşeviklərdən azərbaycanlı Nərimanov, gürcü Mdivani, erməni Mikoyan, gürcü Naneyşvili, hətta, IX Ordunun hərbi şurasının üzvləri yəhudi Vesnik, polyak Levandovski və rus Mixaylov birlikdə imzalayıb, məsələyə tərəddüdlü münasibət bəsləyən Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə göndərdikləri məktubda yazırdılar: “Müsavat hökuməti dövründə Qarabağ bütövlükdə Azərbaycanın tərkibində olmuşdur. Qarabağ və Zəngəzurun Bakı ilə qırılmaz iqtisadi və mədəni birliyi bu vilayətlərdən olan on minlərlə fəhlədən qidalanaraq, onların İrəvandan tamamilə əlaqəli olmaması 1919-cu ildə Qarabağın erməni əhalisinin kəndli qurultayında parlaq şəkildə öz təsdiqini tapdı. Müsavat rejiminin ermənilər üçün dözülməz şəraitinə və Ermənistanın agentlərinin təxribatçı əməllərinə baxmayaraq, hər halda erməni əhalisi ermənilərə sakit həyat təminatı şərti ilə Azərbaycanla tamamilə bir yerdə olmağa qəti şəkildə tərəfdar oldular.” Daha sonra onlar Moskvaya bildirirdilər ki, müsəlman kütlələri Azərbaycanın köhnə sərhədlərdə saxlanıla bilinməməsini Sovet hakimiyyətinin xəyanəti, ermənipərəstliyi və ya zəifliyi kimi yozurlar. Onlar Mərkəzi xəbərdar edirdilər ki, Qarabağ və Zəngəzur məsələsində tərəddüd etməklə, Azərbaycanı rəzil vəziyyətə qoymasınlar. (Nərimanov, Mdivani, Mikoyan, Naneyşvili, Vesnik, Levandovski və Mixaylovun RK(b)P MK-ya məktubu. 10 iyul 1920-ci il, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond 1, siyahı 44, iş 118, vərəq 25-27).

Qarabağın Dağlıq hissəsi ilə bağlı məsələ 1921-ci ilin mart ayının 16-da Moskvada Rusiya-Türkiyə müqaviləsi imzalandıqdan az sonra yenidən gündəliyə gəldi. Həmin müqavilədə 3-cü bir dövlətə güzəştə getməmək şərti ilə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması faktının təsbit edilməsi erməniləri Sovet Rusiyasından narazı salmışdı. Məhz, bu müqavilədən az sonra Moskvadan Qafqaz Bürosuna gizli təlimat gəldi ki, erməniləri sakitləşdirmək üçün Qarabağın Dağlıq hissəsinin Ermənistana verilməsi həyata keçirilsin. Əvvəlcə Qafqaz Bürosu rəhbərliyinin tövsiyəsi ilə Ermənistan bunu 1921-ci ilin may-iyun aylarında birtərəfli qaydada həll etmək istəsə də, Azərbaycan tərəfi bunun qarşısını aldı. Yalnız bundan sonra Qafqaz Bürosu məsələni növbəti plenumun müzakirəsinə çıxarıb inzibati yolla Qarabağın Dağlıq hissəsinin Ermənistana verilmə prosesinə cəhd göstərdi. Yəni dünən Qarabağın Dağlıq hissəsinin daim Azərbaycana məxsus olduğu haqqında Moskvaya məktub yazanlar Nərimanov istisna olmaqla 1921-ci ilin iyul ayının 4-də keçirilən Qafqaz Bürosunun toplantısında Moskvanın yuxarıda qeyd edilən gizli təlimatın həyata keçirmək istədilər. Həmin iclasda gündəliyin 5-ci məsələsi kimi müxtəlif kombinasiyalarda Qarabağın Dağlıq hissəsinin Ermənistana verilməsi haqqında səsvermə keçirildi.

İclasda gündəliyə daxil edilən 5-ci məsələ ilə bağlı səsvermə dörd təklif ətrafında keçirilmişdi: a) Qarabağı Azərbaycanın hüdudlarında saxlamaq (lehinə Nərimanov, Maxaradze, Nazaretyan; əleyhinə Orconikidze, Myasnikov, Kirov və Fiqatner); b) erməni və müsəlman əhalisinin iştirakı ilə bütün Qarabağda rəy sorğusu keçirmək (lehinə Nərimanov, Maxaradze); v) Qarabağın dağlıq hissəsini Ermənistanın tərkibinə daxil etmək (lehinə Orconikidze, Myasnikov, Fiqatner, Kirov); q) yalnız Dağlıq Qarabağda, yəni, ermənilər arasında rəy sorğusu keçirmək (lehinə Orconikidze, Myasnikov, Fiqatner, Kirov, Nazaretyan). (Bax: RKP MK Qafqaz Bürosu plenumunun axşam iclasının 11 saylı protokolu. 4 iyul 1921-ci il, Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivi, fond 64, siyahı 1, iş 1, vərəq114)

Eyni gün, eyni iclasda bu qərar qəbul olunandan dərhal sonra Nəriman Nərimanov gündəliyin 6-cı məsələsi kimi protokolda qeyd edilən xüsusi bəyanatla çıxış etdi. Onun son qərarın RK(b)P MK tərəfindən verilməsi haqqında təklifi iclas iştirakçılarını fakt qarşısında qoydu. O, dedi: ”Qarabağ məsələsinin Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq, onu RKP MK-nın qəti həllinə verməyi zəruri sayıram”. (Bax: RKP MK Qafqaz Bürosu plenumunun axşam iclasının 11 saylı protokolu. 4 iyul 1921-ci il, Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivi, fond 64, siyahı 1, iş 1, vərəq114).
Yalnız N. Nərimanovun qəti etirazından sonra iyulun 4-də keçirilmiş iclas belə qərara gəldi ki, “Qarabağ haqqında məsələ ciddi fikir ayrılığı doğurduğuna görə, RKP MK-nın Qafqaz Bürosu həmin məsələni RKP MK-nın qəti həllinə verməyi lazım bilir”. Göründüyü kimi, eyni iclasda 5-ci məsələ kimi “Qarabağ məsələsi”, 6-cı məsələ kimi Nərimanovun bəyanatı müzakirə edildi və Nərimanovun bəyanatı ilə bağlı qəbul edilən qərar 5-ci məsələ üzrə keçirilmiş səsverməninin nəticələrini ləğv etmiş oldu. (Bax: RKP MK Qafqaz Bürosu plenumunun axşam iclasının 11 saylı protokolu. 4 iyul 1921-ci il, Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivi, fond 64, siyahı 1, iş 1, vərəq118).

Hər halda Nərimanovun bəyanatı ilə bağlı qərar ona görə qəbul edildi ki, plenum iştirakçılarının çoxluğu ona səs verdi. Lakin 4 iyul qərarı RK(b)P MK-nın müzakirəsinə verilmədi. İlk növbədə ona görə ki, Serqo Orconikidze bir gün sonra özünün səhv mövqeyindən imtina etdi və o, 4 iyul iclasında Qarabağın Azərbaycanın tərkibində saxlanmasına səs vermiş Amayak Nazaretyanla birlikdə “Garabağ haqqında qərara yenidən baxması haqqında məsələ qaldırdı.” (RKP MK Qafqaz Bürosu plenumunun axşam iclasının 12 saylı protokolu. 5 iyul 1921-ci il, Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivi, fond 64, siyahı 1, iş 1, vərəq122). Məhz, onların təklifi ilə Qafqaz Bürosu plenumunun iyul ayının 5-də keçirilən iclasının gündəliyində ikinci məsələ kimi müzakirə edilən “Qarabağ məsələsi” haqqında belə bir qərar qəbul edildi: “a) müsəlmanlarla ermənilər arasında milli sülhün zəruriliyini, yuxarı və aşağı Qarabağın Azərbaycanla iqtisadi bağlılığın, yuxarı Qarabağın Azərbaycanla daimi əlaqələrini nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında SAXLANILSIN, inzibati mərkəzi muxtar vilayətin tərkibindəki Şuşa şəhəri olmaqla ona geniş vilayət muxtariyyəti verilsin; b) Azərbaycan MK-ya tapşırılsın ki, muxtar vilayətin sərhədlərini müəyyən edib, təsdiq üçün RKP MK-nın Qafqaz Bürosuna təqdim etsin; v) Qafqaz Bürosu MK-nın Rəyasət Heyətinə tapşırılsın ki, Dağlıq Qarabağın Fövqəladə Komissarının namizədliyi haqqında Ermənistan MK-sı və Azərbaycan MK-sı ilə danışsın; q) Dağlıq Qarabağ vilayətinin hüdudları, vilayət statusunun dərəcəsi Azərbaycan MK-sı tərəfindən müəyyən edilsin və Qafqaz Bürosu MK-nın təsdiqinə verilsin”. (Bax: RKP MK Qafqaz Bürosu plenumunun axşam iclasının 12 saylı protokolu. 5 iyul 1921-ci il, Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivi, fond 64, siyahı 1, iş 1, vərəq122).

Stalin plenumun işində iştirak etmişdimi? Bəli, iştirak etmişdi. Lakin protokolların və stenoqramların heç birində Stalinin “Qarabağ məsələsi” ilə bağlı müzakirələrdə iştirak etməsi, təklif səsləndirməsi, sual verməsi barədə heç bir qeyd yoxdur. Eyni zamanda plenum iştirakçılarının erməni nümayəndələri daxil bu məsələ ilə bağlı həmin günlərdə Tiflisdə olan Stalinin qeyri-rəsmi olaraq hansısa fikir səsləndirməsi barədə də bir məlumat yoxdur. Onda belə bir sual meydana çıxır: ümumiyyətlə həmin vaxt Nalçikdə istirahət edən Stalin Tiflisə niyə gəlmişdi? Bu sualın cavabı Qafqaz Bürosunun plenumundan iki gün sonra keçirilən Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda axtarmaq lazımdır. Moskva daha müstəqil Sovet siyasəti yeridən Gürcüstan İnqilab Komitəsinin sədri Filip Maxaredzedən narazı idi. Həmin plenumda Stalin təklif etdi ki, Gürcüstanda ağır vəziyyətin yarandığını nəzərə alaraq, Filip Maxaradzeni Gürcüstan İnqilab Komitəsinin sədri vəzifəsindən azad edib, bu fəzifəyə Budu Mdivanini təyin etmək lazımdır. Stalinin təklifi səsə qoyuldu və Moskvaya daha çox tabe olan Mdivani Gürcüstan İnqilab Komitəsinin sədri təyin edildi. ( Bax:Gürcüstan KP MK-nın plenumunun iclasının protokolu. 7 iyul 1921-ci il, Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivi, fond 64, siyahı 1, iş 1, vərəq133).

Bu təkzibedilməz tarixi sənədlərə münasibətdə 30 ildən çoxdur ermənilər hansı saxtakarlıqlarla məşğuldurlar? Deməli, erməni tarixçiləri və tarix həvəskarları Qafqaz bürosunun 5 iyul qərarı üzərində böyük mənası olan “kiçik” əməliyyat aparıblar. Onlar məharətlə Qafqaz Bürosunun məlum plenumunun Qarabağın Dağlıq hissəsinin Azərbaycanın tərkibində “SAXLANILMASI” ifadəsin Azərbaycana “verilsin” ifadəsi ilə əvəz etməklə belə bir mif yaradıblar ki, sanki Dağlıq Qarabağ Qafqaz Bürosunun 5 iyul 1921-ci il tarixli plenumuna qədər Ermənistanda olub, həmin gün Stalin onu Ermənistandan alıb Azərbaycana verib. Bax, bunların indi də davam edən bütün tarix “nəzərəriyyələri” belə saxtakarlıqlar üzərində qurulub. Bunlar tək torpaq işğalı ilə kifayətlənmir, həm də zaman-zaman tarixi “işğal” etməyə də cəhd göstəriblər. Bu gün Azərbaycan ordusu yalnız işğal edilmiş torpaqları deyil, erməni təcavüzünə məruz qalmış tarixi də işğalçılarından təmizləyir.

Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir