KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Ermənistanın hazırki və keçmiş prezidentləri niyə Dağlıq Qarabağa gəlirlər?

Ermənistanın hazırki və keçmiş prezidentləri niyə Dağlıq Qarabağa gəlirlər?

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
723 0

Ermənistanın hazırki və keçmiş prezidentləri niyə ard-arda Dağlıq Qarabağa gəlirlər?
elhan
Yaxşı Serj Sərkisyanı anladıq, prezident kimi Dağlıq Qarabağdakı separatçı yoldaşlarına “ürək-dirək verməyə” gəlmişdi, “möhkəm olun, kömək gələcək” deyib getdi. Bəs eks-prezidentlər Levon Ter-Petrosyanla Robert Köçəryan Xankəndində nə mesaj verə bilərdilər? Axı hər ikisinin heç bir səlahiyyəti yoxdur. Görünür, bu səfərlərlə işğal məsələsində fərqli siyasi qüvvələrin eyni mövqedən çıxış etdiklərini erməni cəmiyyətinə aşılamaq istəyirdilər. Tutaq ki, bir-iki ay belə ötüşdürdülər, vaxt öldürdülər, bəs bir müddət sonra artan itkiləri Ermənistan cəmiyyətinə necə izah edəcəklər? Levon Ter-Petrosyan o siyasi fiqurlardan deyil ki, artan itkilərlə bağlı prezident Serj Sərkisyana ciddi dəstək versin.
Ermənistan hakimiyyətinə əlavə maliyyə lazımdır ki, ölən hərbçilərin aiələrinin sosial təminatlarını vaxtlı-vaxtına ödəsin. Belə bir vədi könüllülərə də veriblər. Yəni Ermənistan vətənfdaşları könüllü surətdə işğal altındakı torpaqlarda qulluq etməyə razılıq versələr, onlara da gələcəkdə sosial müavinətlər ayrılacaq. Ona görə də elə etməliyik ki, düşmən o qədər itki versin ki, Ermənistan büdcəsi sosial təminatı yerinə yetirməkdə aciz qalsın. Müharibə həm də puldur. Biz torpaqlarımızı işğaldan azad etmək üçün istəilən qədər pul xərcləməyə hazırıq, düşmənin isə belə bir lüksü yoxdur. Ona görə xərclərlə də işğalçının nəfəsini kəsməliyik. Dağlıq Qarabağ onsuz da Ermənistana böyük yükdür, onlar üçün bu yükü bir az daha ağırlaşdırmalıyıq!
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir