Ankara Berlin yakınlaşması Alman istihbaratını nasıl vurdu?

Liberman Ermənistana niyə getmədi?

Moskova İsrail’e nasıl karşılık verecek

Министерство Нефти Ирана бросил вызов Американским санкциям

Ermənistanda çevriliş baş verir?

Ermenistan 17 Temmuz 2016
949

Ermənistanda çevriliş baş verir?
putinsarkisyanXəbər verdiyimiz kimi, bu səhər Ermənistanın paytaxtında bir qrup silahlı şəxs polis idarəsinə hücum edib. Silahlı şəxslər mövcud hakimiyyətin istefasını, “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay Moderator.az-a açıqlamasında Ermənistanda baş verən basqına münasibət bildirib.

Dr. Hasan OKTAY

Dr. Hasan OKTAY


H.Oktay ilk öncə Ermənitanda baş verən basqının pərdəarxası məqamlarından danışıb:
“20 İyunda müxalifət lideri Jirayr Sefilyan qeyri-qanuni işləri görmək, mafiya cəhdlər göstərmək və silah alveri etməklə günahlandırılaraq həbs olunmuşdu. Bu həbsə qarşı çıxan özlərinə “Azadlıq Döyüşçüləri Birliyi” adını vermiş bir qrup silahlı şəxs bu gün səhər saat 5 radələrində İrəvandakı Yerebuni polis bölməsinə silahlı basqın edərək tutub. Mətbuatda bir nəfərin öldürüldüyü, bir nəfərin isə yaralandığı xəbəri paylaşılır. Sefilyanın dərhal sərbəst buraxılması, prezident Serj Sərkisyanın dərhal istefası və müvəqqəti hökumət qurulmasını tələb edən basqınçılar bu istəklərinin yerinə yetirilməyib, məntəqəyə qarşı hər hansı bir əməliyyat keçirilsə, götürdükləri girovları öldürəcəklərini bildiriblər. Ermənistan tərəfindən mətbuata sadə bir məntəqə basqını və əsir dəyişikliyi kimi yansıdılmağa çalışılan bu hadisənin arxasında yatan gerçəklər zamanla ortaya çıxacaq.
Xalq dövlət çevrilişi cəhdindən qorxur, amma Ermənistan Milli Təhlükəsizlik Orqanı bunu rədd edərək polis bölməsinin ətrafını bürüyüb, başda jurnalistlər olmaqla binanın ətrafına heç kim buraxılmır. Ermənistan gözlənilməz şəkildə səhəri bu xəbərlə açarkən, dezinformasiyanın qarşısını almaq məqsədilə sosial medianın sürəti azaldılıb.
Jirar Sefilyan adlı şəxs daha öncə Qarabağ müharibəsində döyüşmüş Qarabağ klanına mənsub və “qurucu məclis” adlı bir təşkilatın də lideridir. Yeni Ermənistan hərəkatı da bu basqına dəstək verdiyini açıqlayıb. Aksiya davam etdiyi müddətdə Ermənistan müxalifətini təşkil edən kiçik qrupların bu aksiyaya dəstək olacaqları gözlənilir. Qarabağ məsələsinin Ermənistan xalqı üzərindəki yükünün nə qədər ağır olduğunu anlamaq baxımından bu basqın əhəmiyyətlidir. Rusiya xarici işlər naziri Sergey Lavrovun ən son Bakıda apardığı danışıqlar nəticəsində Qarabağda bəzi irəliləyişlərin ola biləcəyi yönündə siqnallar veriləndə Ermənistanda bir narahatlıq baş verəcəyi gözlənilirdi. Ermənistanda Qarabağ müharibəsi üzərindən dolanışıq qapısı olan Qarabağ klanı ilə Ermənistan xalqı arasında hər keçən gün gərginlik artırdı. Xalq Qarabağın maddi mənəvi yükünü çəkərkən Qarabağ klanı isə Qarabağ üzərindən dolanışığını təmin edirdi. Türkiyə Rusiya barışığından sonra Qarabağda ədalətli bir sülhün bərqərar olması ehtimalı yüksələrkən bu barışıqdan narahat olanlar Ermənistan daxilində bir hərəkat başlayacaqlarını tez-tez vurğulamışdıq.
Yerebuni polis bölməsinə edilən bu basqın sadə bir əsir dəyişikliyi basqını kimi göstərilsə də altında yatan həqiqətlər olduqca dərindir. İndi bu aksiya uğurlu bir şəkildə yatırılsa, Ermənistan prezidentinin əli çox güclənəcək və Qarabağ ilə bağlı cəsarətli addımlar ata bilər”.

KAFKASSAM-ın sədri Ermənistanda 1990-cı ildə törədilmiş parlament basqını da yada salıb:
“Bildiyimiz kimi, 27 Oktyabr 1999-ci ildə Nairi Unanyanın rəhbərlik etdiyi silahlı qrup tərəfindən Ermənistan Milli Məclisinə də hücum edilmişdi. Baş Nazir Vazgen Sarkisyan ilə parlament sədri Karen Demirçiyan olmaqla 8 nəfər öldürülmüşdü. Həmin parlament basqınında baş nazir Vazgen Sarkisyan, parlament sədri Karen Demirçiyan, parlament sədrinin müavini Yuri Bakşiyan, Ruben Miroyan, nazir Leonard Petrosyan, deputatlar Mixail Kotanyan, Armenak Armenakyan öldürülmüşdü. Deputat Henrik Abramyan da hadisə zamanı ürək tutmasından ölmüşdü.
Unanyan təcavüz üçün mətbuat vəsiqəsiylə parlamentə asanlıqla girməyi bacarmışdı. Basqınçılar sonra 50-ə qədər parlament üzvünü girov saxlayaraq həyatlarına zəmanəti ədalətli mühakimə və televiziyadan canlı yayımda xalqa müraciət etmək istəmişdilər. Hücum Robert Köçəryanın basqıncılara yazılı təminat sənədi verdikdən sonra girovların azad edilməsi ilə nəticələnmişdi. Qrupun başçısı Unanyan həmin basqının məqsədinin xalqı yoxsulluqdan və korrupsiyaya bulaşmış hökumətdən xilas etmək olduğunu demişdi. Basqın edənlər ömürlük həbs cəzasına məhkum edildilər. Bu basqından sonra Köçəryanın ikinci dəfə prezident seçilmək şansı artdı. Ermənistan müxalifəti isə bu təcavüzdən Koçaryanı günahkar tutaraq, hücumun Koçaryan tərəfindən təşkil olunduğunu iddia edirdi. Çünki Köçəryanın ən güclü rəqibləri olan Karen Demirçiyan və Vazgen Sarkisyanın məclis hücumunda öldürülməsindən sonra qarşısında prezident seçkilərini qazanacaq güclü bir namizəd qalmamışdı.
İndi bu polis bölməsinə basqının pərdəarxasından bir xalq hərəkatı, bir zərbə çıxıb çıxmayacağını gözləyəcəyik. Sarkisyan prosesləri yaxşı oxuduğundan Qarabağ klanının öndə gedəni Jirar Sefilyanı 20 İyunda yanındakı 6 nəfərlə birlikdə həbs etdirmişdi. Bu polis bölməsinə basqın aktından sonra da çoxlu sayda həbslər olacaq. Görünür, Ermənistanda ya çevriliş olacaq, ya da çevrilişin kandarından qayıtmış olacaq. Ermənistan ya regionun fiquru, ya da qaydaya düşərək regionun önəmli dövləti ola bilər”.

Rumiyyə
http://www.moderator.az/news/144780.html

Yorumlar