Temmuz’da S-400’ler Geliyor

BREXIT EUROSKEPTİKLERİ YILDIRABİLİR Mİ?

Mısır Suriye İhvan hareketi ne için oluştu

Şu an Türkiye ve İran ile diyalog zor ve faydasız

Ermənistanda baş verənlər və Azərbaycan

Ermenistan, Gündem 21 Mayıs 2019
16

Fikrimcə Ermənistanda siyasi mustəvidə baş verənlərə bizim munasibətimizdə bu suala aydınlıq gətirmək lazımdır:
Bizə milli maraqlarımız baxımından Paşinyan sərf edir yoxsa Köçəryan/Sarkisyan?
Buna bir neçə baxımından cavab vermək olar:
1) Çox illik acı təcrübə göstərir ki, Qarabağ məsələsinə münasibətdə Köcəryan/Sarkisyan varyanti bizim üçün ən pis seçimdir. Əli Azərbaycanlıların qanına batmış və Rusyanin imperyal dairələri ilə sıx əlaqədə olan bu iki fiqurun Ermənistan və Qarabağda mövqelərini qoruması və gücləndirməsi maraqlarımıza uyqun deyil.

2) Digər tərəfdən Paşinyan isə son 1 ildə Qarabağ məsələsində heç də yaxşı sınaq vermədi və radikal yanaşmaları fəal istifadə etdi. (Əslində ondan qısa müddətdə Qarabağ məsələsində nisbətən yumuşaq münasibət gözləmək siyasi və praktik baxımdan çox optimist yanaşmadır. ) Ancaq Pasinyanın Ermənistanda və Qarabağda Köçəryan/Sarkisyana qarşı uğur qazanması Ermənistan siyasətində Qarabağ klanının təsirini zəifləməsinə xidmət edir. Bu arada Paşinyanın 2016 aprel məğlubiyyəti barədə parlamentdə komissiya quracaqlarini bəyan etməsi də Qarabağ klanıni zəiflətməyə xidmət edir.Çunki bu komissiya Qarabağ klanına və Köcəryana ən iddialı olduğu Qarabağ mövzusunda orduda və təhlükəsizlik xidməti strukturlarinda ciddi zərbə vurma imkanı yaradacaq. Ümumilikdə Paşinyan və komandası indiyə qədər hakimiyyətdə olanlar içərisində hələlik Ermənistanda normallasmani təmin etmə potansiyelinə malik olanlardır. Xususən bizim üçün ideal seçim deyil təbii ki, ancaq hələlik pisin yaxşısıdır. Ancaq burada da bir təhlükə var. Əğər Paşinyan Ermənistanda uğurlu islahatlar keçirsə, biz isə daxildə o proseslərlə ayaqlasan, hetda onu geridə qoyan islahatlari etməsək bu bizim maraqlarımıza zərər verəcək. Çunki demokrat və islahatçı imici qazanan Ermənistan bu dəfə Qarabaği bizə qaytarmamaq üçün Azərbaycandaki problemləri bəhanə kimi istifadə edəcək.

3) Fikrimcə Paşinyan ilə Köçəryan/Sarkisyan rəqabətində 3-cü varyant da var. Pasinyan Ermənistanda siyasi nəzarəti tam ələ alır. Köçəryan/ Sarkisyan xətti Qarabağda nəzarətlərini gücləndirərək (Məsələn Köçəryan qondarma DQT-yə prezident olması) davam edirlər. Bu vəziyyət Ermənistan ilə Qaradağdaki rejim arasinda gərginlik olmasi baxımından bizim üçün müsbət məqam sayıla bilər.Ancaq bu halda hadisələr 3 şəkildə inkişaf edə bilər:
a) Erməni dərin ağli (kilisə +diaspora) Ermənistan ilə Qarabağdaki rejiminin ən azından Azərbaycan eleydarliginda uzlasmasini təmin edə bilər.(1990-larda Petrosyan-Köcəryan dövründə buna bənzər təcrübə yaşanmışdı.)

b) Köçəryan/Sarkisyan xətti separatist rejimi Moskvanın açiq himayəsinə aldirmaq üçün Rusiyaya hərbi bazalar və RF”yə birləşmə daxil təxribat xarakterli təklifləri gundəmə gətirə bilərlər. Bu da Azərbaycan ilə Rusiya münasibətlərində yeni gərginliklər yaradacaqdır.

c) Bu cür inkişaf Ermənistanı Qarabağ isgalınin məsuliyyətindən qaçmağa və Azərbaycanı Qarabağdaki separatist sturukturla birbasa muhatab olma təhlükəsi yaradar.
Ümumiyyətlə bizə sərf edən Paşinyan ilə Köçəryan arasındakı bu gərginliyin ola bildiyincə uzun və gərginləsərək davam etməsi, ancaq sonda Paşinyanın qazanmasıdir.( Bax bu prosesə biz necə töhvə verə bilərik, bunu burada aciq yazmaq məsləhət deyil:))
Dr Nazim Cafersoy

Yorumlar