KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Ermənistan siyasəti hara gedir?

Ermənistan siyasəti hara gedir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
298 0

Ermenistan müharibə ilə böyük hərbi, siyasi, iqtisadi və sosial böhrana doğru irəlləyir. Ermənistan və diasporasinın bütün imkanları səfərbər ederək bu məğlubiyyətə mane olmaq vəya bu müharibəni dayandırmaq cəhdləri uğursuzluqla nəticələnir.

Nəticədə müharibənin sonunda Ermənistan ordusu böyük bir məğlubiyyətə uğramış, büdcəsi boşalmış, cəmiyyəti dərin çox tərəfli şoka girmiş ölkə olacaq. Bu cür bir ölkəni xilas etmək bir siyasətçi üçün sürətlə uçruma doğru gedən maşının sukaninda oturmaq deməkdir.

Mövcud şərtlərdə xilasın tək yolu isə Azərbaycan ilə sülh müqaviləsi imzalamaq, bölgə kommunikasiyalarını açmaq və xaricdən kredit axtarmaq olacaq. Azərbaycanla imzalanacaq müqavilə hər varyantda Ermenistan üçün təslimiyyət sülhü olacaq.Ermənistan bunu imzalamasa blokada və iqtisadi böhran dərinləşərək davam edəcək. Ölkəni quyunun dibindən çıxarmaq üçün isə böyük cəhdlər lazım olacaq. Sülh müqaviləsi imzalamayan və savaş vəziyyətində olan ölkəyə də xarici sərmayə əsla gəlməz.

Ermənistandaki heç bir muxalif siyasətçi bu cür ağır yüklərin altına girmək istəməyəcək. Heç Rusiya da bu mərhələdə öz adamını iqtidara gətirib bu cür töhmət və ağır yükün altında qoymaq istəməz. Ona görə də müxalifət və Rusiya bu cür ağır öhdəliklərin olacağı müqavilənin Paşinyan hökumətinin imzalaması və bütün günahın onun boynununda qalması üçün çalışacaq.Yəni müxalifət hələlik Paşinyanı yıxmağa çalışmayacaq, sadəcə kənardan sərt tənqid edəcəklər. Müxalifət yıxma prosesinə müqavilə imzalanandan və öhdəliklər başlayandan sonra başlayacaq.Paşinyani yıxa bilseler bütün günahı onun üzərinə qoyub, qarşı çıxdıqları müqavilə və öhdəlikləri yerinə yetirəcəklər.Böyuk bir böhran içində olan Ermenistan cəmiyyəti isə bununla razılaşacaq, çünki müqavilədən vazkeçməsinin maliyyətinin hər mənada çox çox böyük olduğunu anlayacaqlar.

Paşinyan isə bunu fərqində olduğu üçün müharibə dövründə 3 şey edir:

1) Ermənistan cəmiyyətinə və diasporaya hər şeyi artıqlaması ilə etdiyin göstərir və bu çərçivədə ən radikal fikirləri də özü səsləndirir. Beləcə xalqın etirazın azaldır və müxalifətin tezislərini əlindən alır.

2) Ermənistan cəmiyyətini sadəcə Azərbaycana qarşı deyil, Türkiyəyə və digər aktyorlara qarşı uduzduğunu göstərməyə çalışır. Beləcə günahı öz boynundan atmağa çalışır, yeni böyük bir düşmənə uduzduğunu göstərmək istəyir.

3) Özünə qarşı siyasi və hərbi müxalifət edəcək bütün gücləri hərbi, siyasi və hətta fiziki məhvi üçün Qarabağa göndərməyə çalışır. Düşmanlarını Azərbaycan əli ilə ortadan qaldırır.

Belecə məğlubiyyətin onu siyasi və fiziki məhvinə səbəb olmasına mane olmaq istəyir.

Paşinyan Azərbaycan ilə imzalayacaq müqaviləyə Rusiya və Türkiyə başda olmaqla müxtəlif gücləri də ortaq edərək özünü siyasi olaraq da sığortalamağa və Ermənistanın ağır problemlərdən xilası üçün iqtisadi imkanlar əldə etməyə çalışacaq. Hətta Paşinyan öz cəmiyyətinə “sülhün dayanıqlı olması üçün Türkiyənin prosesdə iştirakı zərurətini” tezisin təqdim edəcək.

Paşinyan bizə lazım olan müqaviləni imzalasa Azərbaycan və Türkiyə müqavilənin tətbiqi və Qafqazın yeni geosiyasi istiqamətə yönəlməsi üçün Paşinyana dəstək verəcək. Hətta Türkiyənin sülh müqaviləsi sonrası böhrandan çıxması üçün Ermenistana 1-2 milyar dollar kredit verməsini də istisna etmirəm. Ermənistan Qafqaz daxilindəki əməkdaşlıq müqavilələrinə daxil ediləcək.
Prosesin Rusiya ayağı da unutulmayacaq təbii ki.

Görək Paşinyan öncə Böyük Yunanıstan üçün Qurtuluş savaşı boyunca Türkiyəyə qarşı işğal siyasəti aparan, sonra isə sülh müqaviləsi imzalayıb modern Yunanıstanın qurucusu olan Baş nazir Venizolos ola biləcək mi?
Dr Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir