KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Ermənistan Rusiyanın əyalətidir

Ermənistan Rusiyanın əyalətidir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
502 0

Beynəlxalq qurumlar tərəfindən rəsmi olaraq tanınan Azərabycan –Ermənistan , Dağlıq Qarabağ adlı münaqişə mövcud şəraitdə köklü həllinin tapılamsından çox uzaqdır.Bu problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu əslində heç bir hüquqi səlahiyyətlətə malik deyildir.Bu qurum yalnız münaqişənin həlli variantını işləyib hazırlayaraq tərəflərə təqdim etmək missiyasını həyata keçirir.Azərbaycan tərəfi bu danışıqlarda mümkün olan və bəzən də maraqlarımıza zidd olan güzəştləri qəbul edərək münaqişənin sülh yolu ilə bitməsi üçün çox çalışmışdır.lakin görünən odur ki, Ermənistan tərəfi axasındakı qüvvələrin dəstəyi ilə işğal olunmuş torpaqların azad olunması istiqamətində heç bir güzəşt və ya yumşalma mövqeyini sərgiləmək niyyətində deyil.Sarkisyan dəfələrlə açıq mətnlə işğal olunmuş torpaqlardan çəkilməyəcəklıərini deyərək bu problemin yalnız Dağlıq Qarabağa müstəqillik verilməsindən başqa yolu olmadığını bildirib.O hətta daha da irəli gedərək indiyə qədər bufer zona adlandırdığı Dağlıq Qarabağ ətrafı rayonlarımızın belə qaytarılmayacağını dilə gətirib.
Müanqişənin həlli artıq dalan dirəndiyi üçün başqa yolların işlənib hazırlanmasına böyük ehtiyac var.İlk növbədə ATƏT-in formatının dəyişdirilməsi məsələsinə baxılmalıdır.Burada Minsk qrupunun tərkibinin dəyişdirilməsi və mandatının səlahiyyətlərinə yenidən baxılması tələb olunan reallıqdır.Minsk qrupunu tərkibinin genişləndirilərək Türkiyə , Almaniya və Pakistanın qoşulması münqişənin həllidə böyük təkan verə bilər.Hazırki həmsədrlərdən Fransanın erməni simpatizianlığı və Rusiyanın birbaşa bu münqişənin səbəbkarı olması səbəbindən danışıqların bu formatda aparılması heç bir nəticə verməyəcək.Əslində bu münqişənin adı Azərbaycan–Rusiya,Dağlıq Qarabağ münaqişəsidir.Ermənistan tərəfinin bu qədər sərbəst və həyasız davranmasının səbəbi də elə budur.Bu yaxınlarda tanınmış erməni politioloqu İqor Muradyanın Ermənistanın bir dövlət olaraq mövcud olmadığı bəyanatı dediklərimin sübutudur.Muradyan verdiyi müsahibələrdə Ermənistanın Rusiyanın bir əyaləti olduğunu vurğulamışdı.Ona görə də biz tərəf olaraq danışıqları Rusiya ilə davam etdirməliyik.Əgər Rusiya işğal etdiyi torpaqlarımızı qaytarmaq niyyətində olarsa regionda yeni situasiyanın yaranacağının şahidi olarıq.Hazırda regionda işğal səbəbi üzündən böyük iqtisadi lahiyələr gerçəkləşə bilmir. Vasıf Efendi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir