Ermənistan prezidenti Serj Sərkisyan niyə NATO sammitlərinə qatılır?
Ermənistan prezidenti Serj Sərkisyan niyə NATO sammitlərinə qatılır?
Serj Sərkisyanın NATO sammitlərində iştirakının sadəcə bir mənası var: Ermənistan prezidenti görüntü yaratmaq istəyir ki, NATO-nun rəqibi olan Rusiyanın vassalı deyil, müstəqil qərarlar da verə bilir. Çünki, Ermənistan üçün heç bir əhəmiyyət kəsb etməyən NATO sammitinə getməsə, bu birmənalı İrəvanın Kremldən qorxduğu anlamına gələcək.NATO bəyanatında digər dövlətlərlə yanaşı “Ermənistanın ərazi bütövlüyünə dəstək veririk” ifadəsi də vacibdir. Bu İrəvana mesajdır ki, necə ki, bütün dövlətlər Ermənistanın ərazi bütövlüyünə hörmət edir, Sən də zəhmət çək həmin ölkələrin, o cümlədən qonşun Azərbaycanın ərazi bütövlüyünə hörmət et. Ermənistan rəsmiləri qalxıb deməyəcəklər ki, “yox sənəddə Ermənistanıт ərazi bütövlüyü dəstəklənsin, Azərbaycanın ərazi bütövlüyü dəstəklənməsin”. Bunu desəydilər özlərini gülməli vəziyyətə salardılar. Sağ ol, NATO və Varşava sammiti! Bir daha Ermənistanın nə etməli lazım olduğunu onun üzünə dedin! Elhan Şahinoğlu



Yorum gönder