Dünya insani gelişmişlik endeksi 2018 yaımlandı

İdlib ve Münbiç Mutabakatları ve Türkiye’nin Suriye’de Görünmeyen Kazanımları

Эксперт объяснил, как Израилю удалось подставить Ил-20 под удар ПВО Сирии

Rus milletvekili: Uçağımızın düşürülmesinin arkasında ABD olabilir

Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanla yaxınlaşmasa heç bir iqtisadi yüksəliş görməyəcək

Ermenistan, Gündem 10 Mayıs 2018
60


Sarkisyanın hakimiyyətdən xalq tərəfindən uzaqlaşdırılması onun 3 –cü dəfə dəfə qeyri qanuni yolla hakimiyyətə gəlməsilə əlaqədar olsa da,əsas amillərdən bir də erməni xalqının kasıb yaşamasıdır.Kasıb olmanın bir səbəbi rüşvər və korrupsiyaya uğramış regionçu tayfa hakimiyətidirsə, digər tərəfdən Ermənistanın əsas tranzit yollardan kənar qalmasıdır. İndiyə qədər Rusiyadan başqa heç bir tanınmış şirkət və ya dövlət Erməniatna əsaslı yatırım etməyib.Rusiya isə yalnız öz maraqları çərçivəsində Ermənistanın strateji obyektlərinə sahiblənib.Bu gün Ermənistana həqiqətən də bu yatırımı etməyə qadir olan kifayət qədər qurumlar və imkanlı şəxslər var.Mövcud vəziyyət isə bunun gerçəkləşməsinin qarşısını alır. Nə qədər ki, Ermənistan Dağlıq Qarabağın işğalına son qoymaq üçün konstruktiv danışıqlara başlamayacaq və bu istiqamətdə əməli addımlar atılmayacaq ,bu ölkə böyük iqtisadi layihələrdən və beynəlxalq tranzit yollarından kənarda qalacaq.
Mayın 8-də kütlənin təzyiqi və qərbin dəstəyi ilə Ermənistanın baş naziri seçilmiş Nikol Paşinyanın qarşısında çox ağıq vəzifə dayanır.Mitinqlərdə verdiyi sözünə əməl etmək üçün ilk növbədə idarəçilikdə 180 dərəcəlik dəyişikliklər etməyə məcburdur.İndiyə qədər korrupsiya və rüşvət sitemi ilə idarə olunan dövləti normal idarəçilik sisteminə çevirmək üçün korrupsiyaya bulaşmamış, yeni gənc kadrlar lazım olacaq.Qarabağ əsilli keçmiş prezidentlər Koçaryan və Sarkisyanın yaratdığı tayfa hakimiyyəti və bu hakimiyyətin dəstəyi ilə xalqdan oğurlanmış milyardlar hesabına zənginləşən oliqarxlar zərəsizləşdirməlidir. Deyək ki, Paşinyan qərbin dəstəyi ilə bunu edəcək. Hakimiyuyət zirvəsinə gedilən yolda Paşinyanın xalqa verdiyi vədləri indiki bəyanatları ilə uzlaşdırdıqda bir çox uyğunsuzluq ortaya çıxır.Müxalifətdə olduğu zamanlarda Ermənistanın Avrasiya ittifaqından şıxmasının zəruruilindən və qərbə inteqrasiyanı sürətlənirməkdən danışan Paşinyan indi başqa hava çalır.Əslində bu bəyanat Rusiyaya səfəri öncəsi siyasi manevrdir.Eləcə də Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını istəyən Paşinyan artıq bir qədər hədə və hətta bir az da yekəxanalıq üslubundan danışmağa başlayıb.Hesab edirəm ki, bütün bunlar çox tezliklə öz axarına düşəcək.Hələ də canı Rusiyanın əlində olan Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanla yaxınlaşmasa heç bir iqtisadi yüksəliş görməyəcək.Erməni diasporası,Qərb və Ruisya isə Ermənistanın qara qaşına və gözünə görə ona havayı pullar verməyəcək.Bunun üçün mütləq mənada regionda müharibə təhlükəsi aradan qaldırılmalıdır.Uzun müdddətli sülhün yaranmasının bir yolu var.O da işğalın sona çatmasıdır.
Vasif Efendi

Yorumlar