Rus milletvekilinden Türkiye’ye tavsiye: Boğazları Amerikan gemilerine kapatınız

ABŞ-ın Türkiyəyə hücumunun ŞİFRƏLƏRİ: Qalib kim olacaq?

Fas’taki Fetöcüler PKKlılar IŞİDci Türkler ve Türk mafyası!

Armenian prime minister wants face-to-face meeting with Trump – Washington Free Beacon

Ermənistan hakimiyyəti ilə erməni xalqı arasındakı uçurum hər keçən gün daha da dərinləşir

Ermenistan 14 Nisan 2016
493

Ermənistan hakimiyyəti ilə erməni xalqı arasındakı uçurum hər keçən gün daha da dərinləşir
Yakında Rus uçağı düşürülecek
Hasan Oktay: “Ermənistran iqtidarı ya etiraz aksiyaları keçirən xalqın səsini, ya da Rusiyanı dinləmək seçimi arasında qalıb”
Aprel uğursuzluğundan sonra Ermənistanda Rusiya əleyhinə etiraz aksiyalarına start verilib. Artıq bir neçə gündür ki, paytaxt İrəvanda davamlı mitinqlər keçirilir. Bu arada yayılan xəbərlərdə o da bildirilir ki, Rusiya Ermənistanda hakimiyyət çevrilişi planı hazırlayır. Bəs görəsən Ermənistanda hakimiyyət çevrilişi baş verəcəyi təqdirdə bu proses Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə hansı mənfi təsiri göstərəcək? Bu və ya digər suallarla Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktayla söhbətləşdik.

-Hasan bəy, artıq bir neçə gündür ki, Ermənistanda Rusiya əleyhinə etiraz aksiyaları keçirilir. Bu etirazlar İrəvanla Moskva arasındakı münasibətlərə hansı mənfi təsiri göstərəcək?

-Məlum olduğu kimi aprel ayının əvvəllərində cəbhə xəttində baş verən erməni təxribatından sonra meydana çıxan hərbi əməliyyatlarda Ermənistan ən az 90 əsgərini itirdi. Gözlənilmədiyi halda meydana çıxan bu itkilər İrəvandan böyük bir şok meydana gətirdi. Hazırda müharibə istəməyən ermənilərin bir qismi sakit şəkildə Ermənistanı tərk edir. ABŞ-dakı Nüvə Təhlükəsizliyi Sammiti ərəfəsində Birləşmiş Ştatlar prezidenti Barak Obamanın dəstəyi və istəyi ilə keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün detalları üzərində işlər getdiyi bir ərəfədə Qarabağda anidən hərbi əməliyyatların meydana çıxması istər-istəməz “bu hadisənin arxasında kim dayanır?” sualını gündəmə gətirdi. Ermənistan tərəfi bu sualın cavabını dolayı şəkildə bildirir ki, Rusyanın istəyi və dəstəyi ilə aprel ayının əvvəllərində Qarabağda hərbi əməliyyatlar baş verib. Ona görə də İrəvandan hər gün Rusiya əleyhinə olan aksiyalar keçirilir və bu artan sürətlə davam edir. Erməni xalqı Qarabağın çiyinlərində böyük bir yük olduğunu və bu yükü də Rusiyanın istəyi ilə çəkdiklərini hər keçən gün daha yüksək səslə ifadə edirlər. Bu səbəbdən Ermənistan hakimiyyəti ilə erməni xalqı arasındakı uçurum hər keçən gün daha da dərinləşir. Xalq yoxsulluq içərisində yaşayır. İndiki durumda müharibə Ermənistan xalqının psixologiyasını pozmağa qadirdir. Ermənilər müharibə sözünü eşitmək istəmirlər. Son hərbi əməliyyatlar zamanı həlak olan ermənilərin İrəvanda keçirilən anım mərasimləri zamanı da açıq şəkildə aydın oldu ki, ermənilərdə Rusiyaya və Sərkisyan hakimiyyətinə qarşı kəskin nifrət hissi var. Həlak olan erməni ailələrinin yaşayış tərzi, bərbad halda olan mənzil şəraiti barədə erməni mətbuatında şəkillər paylaşıldı. Bu mənzərə ilə üzləşən ermənilərin hakimiyyətə qarşı nifrəti daha da artdı.

-Bu arada Rusiyanın Serj Sərkisyanı devirmək planı hazrlandıgı bildirilir. Sizcə indiki durumda Rusiya Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırmağa maraqlıdırmı?

-Rusiya Ermənistanda nəzarəti əlindən buraxmaq istəməz. Bu gün Cənubi Qafqaz Rusiya üçün hər zamankından daha çox əhəmiyyət kəsb edir. Xüsusilə Qarabağ məsələsi Rusiya üçün həm bölgəyə nəzarət etmək üçün yaxşı bir fürsətdir, həm də partlamağa hazır olan əl bombasıdır. Dağlıq Qarabağda meydana gələn idarəedilməz bir qarşıdurma Rusiya ərazisinə də sıçraya bilər və bu hətta Rusiyada iqtidarın dəyişməsi ilə nəticələnə bilər. Ona görə də Rusiya Cənubi Qafqaza Ermənistan və Dağlıq Qarabağ problemi üzərindən nəzarət edir. Serj Sərkisyanın və erməni xalqının Rusiyanın davam etdirdiyi bu siyasətə artıq etiraz etməsi qaçınılmazdır. Qarabağ problemi Ermənistan xalqının cibinə girməsi lazım olan pulun yarısını ondan alır və erməni xalqı hər keçən gün yoxsullaşır. Bu gün Ermənistran iqtidarı ya etiraz aksiyaları keçirən xalqın səsini dinləmək, ya da Rusiyanı dinləmək seçimi arasında qalıb. Əgər Rusiya Levon Ter-Petrosyan və Robert Köçəryanla anlaşırsa, o zaman Serj Sərkisyanı hakimiyyətdən devirə bilərlər. Hələ 20 il əvvəl sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyan demişdi ki, Qarabağ problemini həll etməsək bu gələcəkdə başımıza bəla olacaq. Ona görə də Petrosyanın Rusiya ilə anlaşma əldə edəcəyi çətin görünür. Amma Robert Köçaryan Serj Sərkisyana qarşı Rusiya ilə razılaşaraq Ermənistanda hakimiyyət çevrilişi edə bilər.

-Ermənistanda baş verəcək hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ problemin həlli istiqamətində gedən danışıqlar prosesinə mənfi təsiri ola bilərmi?

-Dağlıq Qarabağ problemi müharibə ilə deyil, diplomatiya ilə həll edilməsi lazım olan bir mıəsələdir. Diplomatiyada kim daha ağıllı addım atarsa nəticəyə də tez yaxınlaşar. Əgər Qarabağda problemin həllini istəmirlərsə, mövcud status-kvonun davam etməsində maraqlıdırlarsa bu önümüzdəki günlərdə Ermənistanda ciddi dəyişikliklərə səbəb ola, nəticə etibarilə Köçaryan alternativi gündəmə gələ bilər. Məlumat üçün qeyd edim ki, Robert Koçaryan da Qarabağda mövcud status-kvonun qalmasının tərəfdarıdır. Serj Sarkisyan isə iqtisadi böhranın erməni xalqını hər keçən gün daha da çətinliyə soxduğunu görərək çıxış yolu axtarmaqdadır. Ümumiyyətlə, Dağlıq Qarabağ problem hər iki dövlət üçün təcili həll edilməsi lazım olan bir məsələdir.

-Sizcə Rusiya indiki durumda Dağlıq Qarabağ problemini həll etməkdə maraqlıdırmı?

-Dağlıq Qarabağ probleminin həlli variantlarından biri və bəlkə də ən əhəmiyyətli ünsürü Rusiyadır. Rusiyanın razılığı olmadan Qarabağ probleminin həllini gözləmək çətindir. Buna baxmayaraq Rusiya Qarabağ probleminin həllinə razı salına bilər. Çünki Qarabağda meydana gələ biləcək hər hansı növbəti bir qarşıdurma nəzarətdən çıxıb regional bir döyüşə çevrilər və bu döyüşün atəşini Rusiya ərazisinə keçirmək istəyənlər dövriyyəyə girər. Rusiya Qarabağ probloemi vasitəsilə Cənub Qafqazda tarazlığı əlində tutmağa çalışarkən evi yanmağa başlaya bilər. Bu risk hər zaman Rusiya üçün var. Xüsusilə Ukrayna və Suriya böhranından sonra bu ölkəyə qarşı cəbhə açmaq istəyən güclər üçün Qarabağ çox yaxşı bir bəhanə olar. Rusiya Qarabağda problemin həlli nöqtəsində yanaşma göstərərək həm Cənub Qafqazda sülhü təmin edər, həm də buradan ərazilərinə sıçrama ehtimalı olan bir qığılcımı söndürmüş olur. Hesab edirəm ki, Azərbaycan da artıq diplomatiyanı hərəkətə keçirməlidir.

Süıeyman

http://olaylar.az

Yorumlar