‘TRUMP’LI DÜNYAYA BİR BAKIŞ DENEMESİ

İran komplolarla koronayı siyasallaştırıyor

«Արցախի հարցում ստատուս քվոյի պահպանումը գրեթե անհնար է դարձել»

Rusiyanın modern “İsgəndər” raketləri Ermənistanda

Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsi kimlərin maraqlarına uyğundur?

Azerbaycan, Gündem 21 Ağustos 2020
117

1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə “Bişkek protokolu” imzalansa da, sərhəd xəttində Ermənistan tərəfi heç bir səbəb olmadan atəşkəsi kobudcasına pozur. Sonuncu dəfə 12 iyulda Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən mövqelərə artilleriya qurğuları ilə hücum etməsində maraqlı nüanslar var. Daxili siyasətdə həm iqtisadi, həm hərbi gücü fiaskoya uğrayan, xarici siyasətdə rəzil vəziyyətə düşən (Aşqabad, Valday, Münhen sammitləri buna nümunədir), nasist ideologiyasına dəstək olmuş insanlara heykəllərin qoyulması ilə ictimai qınağa tuş gələn Ermənistanı təkbaşına müharibə edəcək gücdə görmək abdurddur. Ona görə də, bu məsələdə biz Ermənistanı yox, onun havadarlarını müzakirə etməliyik.
Maraqlıdır ki, Türkiyə hər dəfə uğurlu həmlələr etdiyi dönəmdə Qafqazda anidən müharibə alovlanır. Uzun zamandır Türkiyənin Liviyadakı irəliləyişinin cavabını Rusiya, Fransa və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) harada, necə verəcəyi bizləri çox düşündürürdü. İndiyə qədər çatışmalar Qarabağ bölgəsində meydana gəlirdi. İlk dəfə fərqli bölgədən hücumun məqsədi Dağlıq Qarabağ məsələsini gündəmə gətirməmək idi. İkincisi, hücum olunan bölgə Türkiyəyə gələn enerji xəttlərinin olduğu bölgədir. Ayrıca Gürcüstan-Qars-Azərbaycan qatar yolu xətti də bu bölgədən keçir. Türkiyə üçün strateji bölgə olan Tovuza hücum əslində Türkiyəyə bir mesajdır.
Son illər Ermənistanla BƏƏ arasında artan diplomatik əlaqələr var. Dövlət başçıları səviyyəsində ziyarətlər, iqtisadi-ticarət işbirlikləri gerçəkləşməkdədir. Aprelin 27-də BƏƏ İrəvana COVİD 19 önləmə tədbirləri üçün 7 tonluq tibbi vəsaitlə dolu təyyarə göndərdi. BƏƏ, Azərbaycan və Türkiyəyə qarşı bir cəbhə olaraq, Ermənistanı inkişaf etdirmək öhdəliyini üstünə götürmüş kimi görünür. Abu Dabi rejimi, Afrika burnunda və Misirdə qazana bilmək üçün Suriyada Əsədlə anlaşmağa və Qafqazlarda müharibə törətməyə belə hazırdır. Bəlkə də Qafqazları qarışdıraraq, Türkiyəni Ermənistan-Azərbaycan müharibəsinə bağlamaq tapşırığı verilmişdir. Fransa və Rusiyanın da buradan yararlandığı görünməkdədir.
Tovuzda gərginlik yaratmaq, həm də işin içinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, daha konkret olaraq Rusiyanı müdaxilə etdirmək üçün fürsət yaratmağa cəhddir. Kollektiv Təhlükəsizlik Müqaviləsi iştirakçısı olan dövlətlər bu olacaq müharibəyə qarışa bilməzlər. Çünki, həmin müqavilədə göstərilir ki: “Əgər hər hansı üzv dövlətin sərhədləri pozularaq, təcavüzə məruz qalarsa, digər üzv dövlətlər hərbi yardım edəcəklər”. Azərbaycanın isə Ermənistan sərhədini pozmaq və təcavüz etmək niyyəti yoxdur. Deməli, hüquqi baxımdan edə bilməzlər. Digər tərəfdən isə, nə dost Belarus, nə də ki müsəlman Qırğızıstan, Qazaxıstan və Tacikistan dövlətləri Azərbaycana qarşı vuruşmazlar. Qalır bir tək Rusiya. Fransadakı erməni lobbisinin dəstəyi ilə hakimiyyətə gələn Paşinyanın məcburən 2 stulda oturması Rusiyanı Ermənistanı öz orbitindən uzaqlaşdırmamaq üçün tədbirlər görməyə vadar edir. Bu baxımdan ən uyğun variant Qarabağ rıçağından istifadə etməkdir. Həmçinin, Türkiyənin Liviyada ABŞ ilə birlikdə olduğu bəyanatını verməsi Rusiyanı narahat etmiyə bilməzdi. Həmişə olduğu kimi, Rusiya yenə də müxtəlif trayektoriyalardan istifadə edərək, Ermənistana bu dəfə 9 yük təyyarəsi ilə 400 tona yaxın hərbi texnika və sursat daşıdı.
Bu münaqişə erməni lobbisinin güclü olduğu Fransa və ABŞ-ın da maraqlarına uyğundur. Bu baxımdan Minsk qrupundan məsələnin həllini gözləmək çox mənasızdı. ATƏT artıq həll yolu təklif edə bilmədiyi üçün həllsizlikdə həll tapmağa çalışır.
Bir dövlət xaricdən aldığı hərbi dəstəklə digərinin ərazilərini işğal edib. Beynəlxalq hüququn əsas prinsiplərini pozub. BMT TŞ-nin işğalın aradan qaldırılmasıyla bağlı qətnamələrini yerinə yetirmir. Belə olan halda Azərbaycandan sona qədər sülh tələb oluna bilməz. Sülh əlbəttə ki, vacibdir. Münaqişə əlbəttə ki, zərərlidir. Amma “nəyin bahasına olursa olsun sülh”dünyada heç bir dövlətin qəbul etmədiyi bir prinsipdir. Əgər belə olsaydı heç bir ölkənin müdafiə qurumları mövcud olmazdı. Azərbaycanın hərbi, iqtisadi, diplomatik gücü deməyə əsas verir ki, bu ölkənin hansısa alçaldıcı sülhə məcbur edilməsi ehtimalı yoxdur. Hətta bu olsa belə beynəlxalq təcrübə göstərir ki, bu cür ədalətsiz “sülh”lər daha geniş miqyaslı hərbi münaqişələrin təməlini formalaşdırır.

Zuriye Garayeva kafkassam

Yorumlar