KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. “Ermənilərin dinc sakinlərimizi qətlə yetirməsi birmənalı olaraq terror aktıdır”

“Ermənilərin dinc sakinlərimizi qətlə yetirməsi birmənalı olaraq terror aktıdır”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
494 0

Bu qanlı cinayət növbəti erməni vandallığının sübutudur. İşğalçı ölkə bu addımına görə beynəlxalq birlik tərəfindən dərhal cəzalandırılmalıdır…..

Bunu mətbuata açıqlamasında, iyulun 4-də erməni silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndi istiqamətində dinc sakinləri atəşə tutaraq 2 mülki şəxsi qətlə yetirməsindən danışarkən, siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib.

M. Məmmədov bildirib ki, Beynəlxalq hüquqi və hümanitar konvensiyaya əsasən müharibədə dinc və sivil insanlara, silahsız və qorunmasız şəxslərə, ümumiyyətlə müharibəyə heçbir aidiyyatı olmayan mülki insanlara güllə atmaq qəti qadağandır və beynəlxalq hüquq normalarına əsasən hərbi cinayət və terror sayılır. Ermənistan silahlı qüvvələrinin iyulun 4-də axşam saatlarında işğal altındakı ərazilərdən dinc sakinlərimizin yaşadığı ərazilərə və sivil yaşayış obyektlərinə iriçaplı silahlardan atəş açması, biri yaşlı, digəri azyaşlı körpə uşaq olan iki mülki, sivil vətəndaşımızın qətlə yetirilməsi hərbi təxribat və terror aktıdır. Qəfil və ani bir hücumla sırf mülki vətəndaşları və dinc sakinləri atəşə tutaraq qətlə yetirmək birmənalı olaraq, beynəlxalq hüquq normalarına və tendensiyalarına əsasən, hərbi və siyasi qaydalara, habelə müharibə qanunlarına görə hərbi cinayət və terror əməli hesab olunur. İyulun 4-də işğalçı ölkənin silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı iri silahlardan atəş açması və sakinlərimizin öldürülməsi ağır cinayət halıdır. Bununla bağlı artıq beynəlxalq hüquqi təşkilatlar və dairələr rəsmi və hüquqi ölçü götürməli, ermənistanın siyasi və hərbi rəhbərliyi həqiqi mənada cəzalandırılmalıdır.

Müharibə zamanı belə, qocalara və azyaşlılara, xüsusən körpələrə güllə atmaq beynəlxalaq hüquqla qadağandır. Hazırda bütün dünyanın gözü önündə baş vermiş bu cinayətə artıq beynəlxalq birlik sərt şəkildə reaksiya verməli və baş verən hadisəyə hüquqi qiymət verilməlidir. İşğalçı ölkənin həyata keçirtdiyi qanlı cinayətlər bütün parametrlərilə ortadadır və terrorçu ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir. Artıq baş vermiş qanlı cinayətlə bağlı Azərbaycan Prokurorluq Orqanlarında cinayət işi başlanmışdır və artıq beynəlxalq birliyin də məsələyə reaksiya verməsi zəruridir, qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən Azərbaycanın haqqlı mövqeyinə hörmətlə yanaşılmalı, ölkəmizin haqq səsinə səs verilməlidir. Bu, beynəlxalq birliyin və beynəlxalq hüquqi və insan haqqları təşkilatlarının rəsmi və hüquqi borcudur, deyə M. Məmmədov bildirib.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir