Dünya insani gelişmişlik endeksi 2018 yaımlandı

İdlib ve Münbiç Mutabakatları ve Türkiye’nin Suriye’de Görünmeyen Kazanımları

Эксперт объяснил, как Израилю удалось подставить Ил-20 под удар ПВО Сирии

Rus milletvekili: Uçağımızın düşürülmesinin arkasında ABD olabilir

ermənilər “Bakı Sovet” metrosunu qəsdən İçərişəhərin yanında salmışdılar

Azerbaycan 19 Eylül 2017
160

Bakı Dövlət Universitetində təhsil aldığımız illərdə müəllimlərimiz açıq dərsi keçirmək üçün bizi İçərişəhərə aparardılar. İçərişəhəri çox sevirdim. Gəzməkdən doymaq bilmirdim. Burada qədim, orta əsrlər və müasir dövrə aid tarixi abidələr vardı. Hələ orada olan balkonlar! İlahi necə də füsunkar idilər. “Brilliant əl” filmində çəkilən yerə xüsusilə yanaşardıq. İndi həmin binnın da fasadını dəyişiblər. Müəllimimiz danışardı ki, o zaman ermənilər “Bakı Sovet” metrosunu qəsdən İçərişəhərin yanında salmışdılar ki, qatar gəlib-getdikcə İçərişəhər binaları silkələnsin və bir müddət sonra uçsun. Ermənilərə nifrətim artardı. Amma bü günə baxanda o zamana şükür… Müstəqil olduq… Artıq Bakıda erməni yox idi. Amma İçərişəhər dağıdılırdı. Harın məmurların gözü bura düşmüşdü. Çünki Xəzərin sahili idi bura… Şəhərin ən gözəl yeridi bura… İçərişəhərə qarışqa kimi daraşdı bu harın məmurlar… Burada otellər, restoranlar, kafelər artmağa başladı. Dağılırdı İçərişəhər…. Divarları belə sökülürdü. O divarlar ki, SSRİ zamanı toxunulmamışdı. İçərişəhəri Fransa və Macarıstan səfirliyi xilas etdi. YUNEESKO-ya müraciət etdilər ki, bura dünya əhəmiyyətli abidədir. Bu vandalizmin qabağını almaq lazımdır. Nəhayət, İçərişəhəri YUNESKO-nun mədəniyyət abidələri sıyahısına saldılar. Orada tikinti aparmaq qadağan olundu. Amma buna əməl edirlərmi? Bu günlərdə yolum yenə İçərişəhərə düşdü. Ucaldılmış divarın arxasında yenə də iş gedir. Nə tikirlər, bilmirəm, amma sökülən yerin əvəzinə yeni tikili ucaldılır. Yenə də zorlanır İçərişəhərim! Orada vurulan hər bir çəkic Azərbaycanın bağrını dəlir. Tarixi abidə millətin qeyrətidir, namusudur! Onu qorumaq və gələcək nəsillərə çatdırmaq hamının müqəddəs vəzifəsidir. Bizdə nə qədər insan bunu anlayır? Şəxsi marağı Vətən marağından üstün tutan bu insanları neynirdin, ilahi! Bu insanlar qanmır ki, onların tikdikləri təzə tikililər tualet kağızı kimi tez sıradan çıxacaqdır. Bu insanlar qanmır ki, həmin abidəni məhv etməklə millətin tarixini məhv edir. Bu nə vandalizmdir! Bəs erməni vandalizmi ilə bizim vandalizmimiz arasında nə fərq var? Bina tikməyə yermi qəhətdir? Bir millət olaraq biz nə qədər ucuzlaşmışıq! İnanın ki, Sovetlər dönəmində desəydilər ki, bu cür vəziyyət yaranacaq, müstəqillik uğrunda savaşda bəlkə də iştirak etməzdim!
Dilaver Azimli

Yorumlar