Bulgaristan Parlamento Seçimleri’nde kıyasıya yarış

Özbekistan İzlenimlerim

Bir “alo”nun yoxluğundan min “lo”

Küresel Ekonomik Endeksinde Kafkas ve Türkistan Ülkeleri

Erməni-rus münasibətlərinin “Belaruslaşdırılması” – Azərbaycan qabağa çıxır

Azerbaycan, Ermenistan 4 Ağustos 2018
79

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun həbsi ilə bağlı səsləndirdiyi fikirlər Ermənistanda şok effekti yaratdı. Bu, Ermənistan – Rusiya münasibətlərindəki gərginliyin başlanğıcı, yaxud Kremlin yeni ssenarisi üzrə davam etdirilməsinə yönəlik atılmış ilk addımdır.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Rusiyada fəaliyyət göstərən “EADaily” portalında dərc edilmiş analitik materialda yer alıb.

Məqalədə qeyd edilir ki, Ermənistanın qeyri-legitim baş naziri Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsindən sonra ikitərəfli münasibətlərdə əvvəldən mövcud olan çat üzə çıxmağa başladı.

Sayt Ermənistan və Rusiyanı “mehriban düşmən” adlandırır, münasibətləri Belarus və Rusiya arasındakı soyuq-isti münasibətlərə oxşamağa başladığını bildirir:

“Lavrova qədər Kremldən səs çıxmadı. Lakin Lavrov gec də olsa, sərt danışdı və bundan sonra belə təəssürat yarandı ki, Ermənistan artıq Rusiyaya arxayın olmamalıdır, İrəvan gözlənilmədən Moskva tərəfindən ən sərt formada cəzalandırıla bilər. Buna görə də, İrəvan Xarici İşlər Nazirliyinin nümayəndəsi Tiqran Balayanla Lavrova yumşaq reaksiya verdi.

Balayanın zəif çıxan səsi o ehtimalı təsdiq etdi ki, Ermənistan Rusiya ilə münasibətlərin korlanmasını arzu etmir.

Lakin Rusiyanın diplomatik kanallarından Ermənistanla bağlı sızıdırılan məlumatlar heç də Paşinyan üçün ürəkaçan deyil. Əlbəttə, Rusiyadan atılacaq adekvat addımın hansı nəticələri yol açacağını nəzərə alsaq, belə bir sonluq Paşinyanın arzusu olmamalıdır”.

Məqalədə qeyd edilir ki, Nikol Paşinyan NATO-nun Brüsseldəki səfərindən sonra arxayınlaşmışdı: “Bu arxayınlıq da oradan irəli gəlirdi ki, o, NATO sammitindən sonra ABŞ və Avropa İttifaqının arxasında dayanacağını düşünürdü. Bu arxayınlıqdan irəli gələrək, Rusiyanı qıcıqlandıracaq addımlar atdı.

Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının sədri Fyodor Lukyanov hesab edir ki, bu baxımdan, Yuri Xaçaturovun həbsi Rusiya tərəfindən təhqir kimi qəbul edildi. Lukyanova görə, Paşinyan bu addımı Qərbdən ilhamlanaraq atdı. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu qərarları beynəlxalq vəziyyəti nəzərə almadan atır və bu kortəbiiliyi ona baha başa gələ bilər”.

Məqalədə qeyd edilir ki, Paşinyan Rusiya ilə müttəfiqlik münasibətlərini saxlamağın əhəmiyyətini arxa plana ataraq oynayır, güc balansının Qərbin xeyrinə dəyişməsinə imkan yaradır.

Sayt bu baxımdan, Ermənistanla müqayisədə Azərbaycanın regionda gedən proseslərdə müstəqil oyunçu kimi qabağa çıxdığını vurğulayır və qeyd edir ki, Moskvanın Bakıya təzyiq imkanları olduqca azdır. Bir neçə il əvvəl Rusiyanın Qəbələdəki RLS-nin çıxarılmasına diqqət çəkilir: “Rusiyanın cəhdlərinə baxmayaraq, Azərbaycan tərəfi RLS-i Qəbələdən çıxararaq, Rusiya qarşısındakı mövqeyini bir qədər də gücləndirdi. Ermənistanın isə Rusiya ilə bir qədər sərt tonda danışmaq imkanları olduqca məhduddur, belə desək yoxdur.

Buna görə də, Şimali Qafqazla sərhəddə yerləşən Xəzəryanı dövlət kimi, Moskva üçün Azərbaycan böyük əhəmiyyət kəsb edir. Çünki Bakının Moskvada böyük nüfuz dairəsi var. Bu da Dağlıq Qarabağ münaqişəsinin həll prosesində Ermənistanı pas vəziyyətində qoya bilər. Paşinyanın anti-Rusiya mövqedə dayandığını da nəzərə alsaq, Moskva İrəvanı küncə sıxışdırıb tamamilə çıxılmaz vəziyyətdə qoya bilər.

Beləliklə, erməni-rus münasibətlərində “Belaruslaşdırma”nın simptomları var”.

Mənsur Rəğbətoğlu

Yorumlar