Rus milletvekilinden Türkiye’ye tavsiye: Boğazları Amerikan gemilerine kapatınız

ABŞ-ın Türkiyəyə hücumunun ŞİFRƏLƏRİ: Qalib kim olacaq?

Fas’taki Fetöcüler PKKlılar IŞİDci Türkler ve Türk mafyası!

Armenian prime minister wants face-to-face meeting with Trump – Washington Free Beacon

Erməni lobbisi düşünüb ki, İsrailin Türkiyə ilə soyuq münasibətindən yararlanmağın zamanıdır

Ermenistan, Gündem 14 Şubat 2018
73

Israil parlamenti bu gün – 14 fevralda növbəti dəfə (5-ci dəfə səsverməyə çıxarılır) “erməni soyqırımı” haqqında qanun layihəsini 41 səs “xeyr” və 28 səs “hə” ilə rədd edib. Nə oldu da bu məsələ yenidən İsrail parlamentinin səsverməsinə çıxarıldı? Deməli, qanun layihəsini bu dəfə “Eş Atid” partiyası irəli sürüb, parlamentdə cəmi 11 deputatı var. Partiyanın lideri “erməni soyqırımı” qanun layihəsinə səsverməyə çağırarkən erməni lobbisinin müxtəlif yerlərdə istifadə etdiyi və səsləndiriyi tezisi təkrarlayıb: “Adolf Hitler yəhudilərin qətliamına qərar verərkən demişdi ki, ermənilərin soyqırmını heç kim xatırlamır”. Bu sözlərin Hitlerə məxsusluğu “erməni soyqırımının” varlığı qədər saxtadır, ortada sübut və ya yazılı sənəd yoxdur. Parlamentdə çıxış edən İsrail xarici işlər nazirinin müavini Sipi Hotoveli deputatları qanun layihəsinin əleyhinə səs verməyə çağırıb.

Erməni lobbisi düşünüb ki, İsrailin Türkiyə ilə soyuq münasibətindən yararlanmağın zamanıdır. Buna baxmayaraq, İsrail hökuməti erməni lobbisinə fürsət verməyib və bu zaman yalnız Türkiyə ilə deyil, Azərbaycanla münasibətləri də əsas götürüb. Elə qanun layihəsinin rədd edilməsini əsaslandıran israilli ekspertlər bu məqama diqqət yetirirlər ki, İsrailin Ermənistanla münasibətləri soyuq olduğu halda Azərbaycanla geniş əməkdaşlıq mövcuddur.
Elhan Şahinoğlu

Yorumlar