Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə son müsahibəsində “Türkiyənin Şərqi Aralıq Dənizində fəaliyyəti ilə bağlı nə deyərdiniz” sualına konkret cavab verib: “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir. Hesab edirəm ki, Türkiyə beynəlxalq hüquqa uyğun olaraq bölgədə öz haqqını, maraqlarını və mənfəətini qoruyur”.
Xatırladıram ki, Türkiyənin Aralıq dənizindəki fəaliyyətinə qarşı çıxan əsas dövlətlər bunlardır: Yunanıstan, Fransa, İsrail və Misir. Rəsmi Bakının Türkiyənin Aralıq dənizindəki siyasətini dəstəkləməsi iki ölkənin müttəfqliyi baxımından vacibdir. Ancaq bu müttəfiqlik rəsmi Bakının xarici siyasətdə illərdir elan etdiyi “balansa” göz gəzdirməyə də məcbur edəcək. Məsələn Azərbaycana hərbi dəstək verən Türkiyə ilə işağlçı Ermənistana tonlarla silah daşıyan Rusiya arasında “balansı” davam etdirmək rəsmi Bakıya necə mümkün olacaq?
Elhan Şahinoğlu