KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elyar Kamrani: İran, seçimlərdə Azərbaycanla bağlı məqsədinə yetişəcək?

Elyar Kamrani: İran, seçimlərdə Azərbaycanla bağlı məqsədinə yetişəcək?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
460 0

13-ci Cumhurbaşqanlığı seçimlərinə 2 aydan az bir sürə qalıb və get gedə seçim qazanı qızışır. Bir neçə nəfər aday olacaqlarını rəsmən açıqlasalar da hələlik ən çox tanınan adaylar seçimlə bağlı ciddi addım atmayıblar. Ancaq hələlik aday olacaqlarını diyən və ya aday olmaları təxmin edilən şəxslər seçim propaqandalarını başladıblar. Hər axşam neçə aday Clubhose-da seçimlə ilgili danışır və millətə təsir eləməyə çalışır ancaq hələlik seçim millətin birinci gündəminə gəlməyibdir. Opozosyon özəllikklə sosyal medyadan seçimin baykot edilməsiylə bağlı çağrılar paylaşır və İran-da seçim mekanizmasının ədalətsiz və demokratik olmadığından şikayət edir. Bütün bunlar İran-da çox önəmsənən seçimə qatılım sayısının çoxaldılması üçün olunsa da millət günlük həyatda qarşılaşdığı çətinliklərlə baş etmək dərdində. Geçən gün Mərkəz bankın 1400-ci ildə təvərrumun hardasa yüzdə 50yə yetişməsinə etiraf eləməsi əslində millətin nə qədər çarəsiz bir durumda olduğunu da göstərir. Bütün bunlar bir tərəfə hakimiyyət yuxarı bir seçim qatılımı üçün əlindən gələn propaqandayı edir və bu anlamda Azərbaycan-da hakimiyyətin əsas hədəfindədir.

Sayber ordusu hərəkətə geçdi

İran-da hardasa dünya-da məşhur olan bütün sosyal şəbəkələr yasaq olsa da insanlar bir şəkildə bu dünyaya girirlər.Dövlət televizyon və qıssaca rəsmi medyadakı aşırı basqı və sansor üzündən sosyal şəbəkələr hal hazırda ən çox izlənən şəbəkə olaraq sayılır. Bu əsasda adı rəsmən diyilməsə də İran-da hökümətə bağlı Sosyla şəbəkə trol ordusu və ya sayberi ordusu hakimiyyətin ən çox önəmsədiyi güvənlik şəbəkəsi kimi fəaliyyət göstərir. Bu ordu özəlliklə insan huquqlarıyla ilgili çalışanlara əlindən gəldiyi qədər basqı gəlir və səslərini susturmağa çalışır. Dəfələrcə muxtəlif sosyal şəbəkələri İran-da yüzlərcə saxta hesabı bağlasalar da İran bur trol hesabları yenidən yaradıb öz işinə dəvam edib. Robotlarla toplu bir şəkildə qullanılan bu saxta hesablar Sosyal şəbəkədə suni gündəm yaratmağa və ya hakimiyyətin istəmədiyi bir gündəm varsa onu caydırmaq üçün işə yarıyır. Dünyada bir çox otoriter hakimiyyətin qullandığı bu bilindik teknik əslində biraz diqqət edilincə rahatlıqla görünəbilir. Misal üçün hakimiyyətə mənsub və millət içində Ərzişi adıyla bilinən şəxslər bu robot və saxta hesablar tərəfindən təqib edilib geniş propaqandalarda işə yarıyırlar. 22 Bəhmən kimi münasibətlərdə və ya Əli Xamneyi-ni savunduqları zaman da qeyri adi yüzlərcə saxta hesabıb eyni cümlələri paylaşması bu sayberi ordunu açığa çıxardır. Bu bir anlamda da hakimiyyətin özəlliklə toplumsal olaylarla bağlı rəsmi tutumunu da ortaya qoyur. Bu sayberi ordunun ən son əsəri Azərbaycan Dayaqdı həştəgiylə suni gündəm yaradıb özəlliklə Twitter-də ki daha ciddi bir sosyal şəbəkəsi sayılır propaqanda yola salmaq oldu. Bu robot hesablar çalışdılar bu həştəg ətrafında Azərbaycan-ı dartışmasız bir şəkildə İslam Cumhuriyyətinə bağlı göstərələr və önümüzdəki seçimlərdə sandıq başına gedəcəklərini göstərələr. Bu olay özəlliklə Azərbaycan fəallarının etirazına səbəb oldu. Bir çox həqiqi insan məsələylə bağlı fikrini bildirib daha doğrusu atılan atdımı ifşa etdi. Ancaq unutmamaq lazim ki bənzər əməliyyatlarda sayberi ordunun böyüklüyünə görə bir çox yanlığı doğruymuş kimi göstərəbilərlər.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir