KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elyar Kamrani: İRAN-IN GÜVƏNLİK ZƏFİYƏTİ VƏ SÜRƏKLİ ZƏDƏLƏNƏN KARİZMA

Elyar Kamrani: İRAN-IN GÜVƏNLİK ZƏFİYƏTİ VƏ SÜRƏKLİ ZƏDƏLƏNƏN KARİZMA

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
373 0


Bütün ölkələr üçün milli güvənlik həm də hakimiyyətin ölkə içi və eşiyində olan karizmasıdır. Buna görə bir ölkədə bir teror saldırısı baş verdiyi zaman zərər görən insan sayısından çox hakimiyyətin zədələnən karizması diqqətə alınır. İran İslam Cumhuriyyəti uzun illərdir ölkədəki azadlıqlarla bağlı məzdudiyyətləri güvənlik gücüylə haqlı çıxarmaya çalışır.Bu səbəbdən hər müşküldən sonra “olsun yerinə əmniyyətimiz var” cümləsi millətin içində də məşhur olubdur. Özəlliklə Ərəb baharı və Suriyə iç savaşından sonra nə zaman millət azadlıqlarla bağlı bir hərəkət etməyə qalxsa hakimiyyət ölkədəki güclü güvənlikdən danışıb özünü haqlı göstərməyə çalışıbdır. İran-ın İttilaat vəzirliyi və umumiyyətlə güvənlik güclərinə aşırı həmasət və qəhrəmanlıq yükləyib bölgənin və hətta dünyanın ən güclü güvənlik gücünə sahib olan ölkələr içində iddiası sürəkli ortaya atılır. Ancaq 40 neçə illik bu sürəcə baxılınca İran-ın güvənlik baxımından heç də başarılı bir geçmişə sahib olmadığını görürük. Sürəkli baş verən teror olaylarından tutun ölkədə baş almış gedən suçlar İran-da güvənliyin ciddi sorunları olduğunu bizə göstərir.Ancaq bu güvənlik zəfiyəti son illərdə ayrı bir üz qazanıbdır. Özəlliklə Ətom enerjisi ətrafında qabağa apardığı siyasətlər sürəkli ciddi güvənlik risklərini də bərabərində gətiribdir.Geçən həftə bunun ən bariz örnəyini yaşadıq.
İsrail qabağında acizlik ancaq bu qədər olar
İran bəlkə dünyadakı təkcə ölkədir ki açıq bir şəkildə bir başqa ölkənin yer üzündən silinməsini istəyir və makro siyasətlərini bu əsasda qabağa apardığını iddia edir. İran İslam Cumhuriyyəti İsrail-in yer üzündən silinməsini açıq bir şəkildə diyir. Bu hesabla İsrail-in Tehranla düşman olmaq üçün bir çox səbəb var. İsrail bütün gücüylə İran-ın ətom gücünə sahib olma ehtimalına qarşıdır. Buna görə İran-ı Ətom Silahına yaxınladacaq hər işə qarşıdır. Obama dönəmində imzalanan BƏRCAM anlaşmasının əsas muxaliflərinin biri İsraildi. Trump dönəmi İsrail üçün yaxcı fürsət olsa da Biden-in gəlməsi Telavivin nigərançılıqlarını artırdı. Buna görə bütün gücüylə BƏRCAM anlaşmasının yenidən imzalanmasına qarşıdır. İsrail bir ildən az bir sürədə ən az 3 önəmli əməliyyata İran-da imza atıbdır. iki səfərində İran-ın ən çox önəmsədiyi Nətənz ətom mərkəzinə saldırıb və birində də İran-ın ən çox önəmsədiyi və habelə qoruduğu düşünülən Möhsün Fəxrizadə-ni həm də Tehran-a yaxın bir yerdə öldürdü. Ondan qabaq da bir çox son dərəcə gizli sənədləri çıxarmayı başarmışdı. Habelə İsrail Suriyə-də İran və İran-a bağlı örgütləri dəfələrcə vurubdur ancaq İran hardasa asla qarşılıq verəbilməyib. İran sürəkli intiqam mesajı versə də uzunvca sürədir özəlliklə İsrail-ı qarşı çarəsiz qalıbdır.
İsrail adına millətdən intiqam alırlar
Qasım Süleymani öldüyündən sonra Əli Xamneyi Böyük İntiqam vədəsi verdi. Ancaq işin sonunda İran Iraq-da Amerikanın bir boş mərkəzini vurdu və ondan sonra da Okrayn yolcu uçağı faciəsi baş verdi. Suriyə-də illərdir İsrail istədiyi kimi İran və ona bağlı qurubları vurur və ora da da İran sözdə intiqamını İsrail-dən yox Suriyə millətindən alır. İllər öncə özəlliklə Əhmədinejad zamanında Ətom Bilim Adamlarının teroruyla bağlı bir çox İranlı gənc tutuqlandı, aylarca işkəncə edilib edam olanlar belə oldu ancaq ən son Maziyar İbrahimi adlı gəncin buraxılmasıyla necə yalan yerə televizyon etirafları alındığı bir daha ortaya çıxdı. Okrayn uçağını vurandan hesab sorulmadığı kimi o gəncləri boşu boşuna tutuqlayıb, işkəncə edib hətta eam edənlərdən də hesab sorulmamışdı.
İndi də Nətənz olayından sonra İran-a bağlı Həşdi Şabi örgütü və ona bağlı qurublar Iraq-da İsrail və Amerikanın mərkəzlərini vurduğu iddia edilir. Habelə Musel ətrafında atılan 3 raketlə Türkiyə-nin bir mərkəzi vurulub bir Türk əsgəri öldürüldü. İran-ın bölgə ölkələrdəki lobisi bu olayın ört bastır eləməsinə çalışsa da İran-ın intiqam adıyla etdiklərinin zərərinin necə böyük olduğunu artıq qonşu ölkələr də görür.
https://www.youtube.com/watch?v=-ImYQ3Ry9bE
Elyar Kamrani

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir