KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elyar Kamrani: Həsən Ruhaninin Verdiyi və Əməl Etmədiyi Sözlər: Urmiyə Gölü

Elyar Kamrani: Həsən Ruhaninin Verdiyi və Əməl Etmədiyi Sözlər: Urmiyə Gölü

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
318 0

Urmiya gölünün quruma təhlükəsi son 15 ildə Azərbaycanlıları narahat edən əsas məsələlərdən biridir. Keçən illərdə Azərbaycanlılar bu məsələ ilə bağlı dəfələrlə və fərqli yollarla dövlətə muraciət ediblər. Amma dövlət bu günə qədər gölü qurtarmaq üçün doğru düzgün bir addim atmıyıbdır. Bu məsələ ilə bağlı Azərbaycanlıların əsas istəyi, dövlətin ən qısa müddətdə gölün qurumasının və daha böyük fəlakətlərin baş verməsinin qarşısını almaqdır. Fərqli dönəmlərdə yüz minlərlə insan Azərbaycanın çoxlu şəhərlərində xiyabanlara çıxaraq gölün qurumasına etiraz etmişlər. Ancaq İran höküməti bunu da bir əmniyəti məslə kimi görüb etirazçıları dövərək yüzlərlə insanı tutuqladı.

Hökümət baxmayaraq ki Urmiyə gölünü qurumaya buraxıb, həmin məsələni bir təliğ vasitəsi kimi istifadə edir. Həsən Ruhani 1392-ci ilin seçkilərində gölü qurtaracağına söz vermişdi. Ancaq 8 il geçdiktən sonra bu məsələnin hələ də qalıcı bir şəkildə həl olunmadığını görürük. Baxmayaraq ki son illərdə yağışların həcmi yaxcı olduğu üçün göl səkkiz il öncəyə görə daha yaxcı vəziyətdədir. Həsən Ruhaninin Urmiyə Gölünü canlandıracağına dair verilən vədindən bu qədər zaman geçdikdən sonra hələ də heçbir projənin icra olunmaması mənalıdır. Bu müddət ərzində əyər yağışlar yaxcı olmasaydı göl kəsinlikə quruyacaqdı. Ona görə mütəxəssislə buna inanırlar ki əyər qalıcı və elmi bir yol tapılmazsa gölün yenə su səviyəsi enəcəkdir. Yğəni gölün hələ də quruma təhlükəsi və böyük fəlakətlərlə üz üzəyik. Buna baxmayaraq Ruhani Azərbaycana gəldiyi hər dəfəsində göl haqqında dövlətin başarılı işlər gördüyünü iddia edir. Ancaq bunu hər kəs bilir ki son 8 ildə Urmiya gölünün qanuni su payının belə bu gölə axmasının qabağı alınıbdır.

Keçən illərdə hökumət, Urmiya gölünün qurtarılması üçün 28 stratejinin həyata keçiriləcəyini demişdi. 8 ildən sonra bugün baxdığımızda bu stratejilərin heçbiri icra olunmayıbdır. İcra olunan sadəcə bir projənin də müvəffəq olduğunu demək mümkün deyil. Nəhayətdə demək olar ki Urmiya gölü, hökümətin və Ruhani dövlətinin siyasi oyunlarının və seçki şüarlarının qurbanı olmuşdur.
Ruhani ətraf mühit şüarları ilə Azərbaycanlıların rəyini qazandı, hakimiyyətə gəldi və verdiyi sözlərin başənda Urmiya gölünü canlandırmaq oldu. Ancaq bu məsələyə ayrılan budcənin 8 ildən sonra hara xərcləndiyi belə bəlli deyildir.

13-ci rəis cumhur seçkilrəinə yaxınlaşdıqca genə Urmiya Gölü məsələsi danışılmaya başlayıbdır. Aparılan mubahisələrin biri Urmiya Gölünün Ehyası üzrə qurulan mərkəzin bu günə qədər gördüyü işlər və gələcəyi ilə ilgilidir. Gerçəklərə baxdığımzda bu mərkəz də başqa dövlət orqanları kimi əsas vəzifələrini yerinə gətirə bilməyib. habelə bu mərkəz vəya sitad, qurulduqdan sonra qısa müddətdə mali fisad və rantın yuvasına dönüşmüşdür. Ona görə uzman təhlilcilərin də nəzəri budur ki bu mərkəzə gələn büdcənin böyük qısmı göl üçün xərclənməyibdir.

Ətraf Mühit Təşkilatının müdirlərindən və Urmiya Gölünün ehyası üzrə mərkəzin üzvlərindən biri keçən günlərdə clubhouse-da bir danışığında gölün qurtarılması yolunda %50 qədər qabağa getdiklərini deyibdir. O açıqca vəzifələri olan bir para işləri görəbilmədiklərini etiraf edibdir. Habelə çaylardan gələn sulardan Urmu gölünə ayrılan payın verilmədiğini vurgulamışdır. O gölün su payının verilməməsi qonusunda ustan məsullarının, o cümlədən ustandarlar, fərmandarlar, məclis nümayəndələri, və ayrı siyasətçiləri günahlandırıb. Ona görə bu məsullar hər biri başqa söz deyir və hər kəs suyun nə vaxt buraxılacağı haqda öz başına qərar verir. Sonunda da gölün su payı standard bir səviyədə ona buraxılmır.

Gölün ehyası üçüsn fərqli vizarətxanalar, qurumlar və şirkətlər bir biri ilə həmahəng bir şəkildə işləməlidirlər. Ancaq başqa qonularda olduğu kimi bu məsələdə də dövlət və hökümətin, habelə dövlət qurumlarının öz arasında heçbir iş birliyi olmayıb. Üstəlik bunlar fərqli mövzularda bir birini günahlanıraraq gölün məsələsini qulaq ardı etmişlərdir. indi isə 13-cu rəis cumhur seçkilərinə qısa zaman qala həm Ruhani dövləti həm də yeni namzədlər bu məsələni danışmaya başlayıblar. Görünən oldur ki Urmiyə gölünü bu siyasətçilər əl birliyi ilə qurudacaqlar.

Elyar Kamrani Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir