KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Elyar Kamrani: Azərbaycan-ı seçimə çəkmə siyasəti işə yarayacaq?

Elyar Kamrani: Azərbaycan-ı seçimə çəkmə siyasəti işə yarayacaq?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
477 0

On üçüncü Cumhurbaşkanlığı seçimlərinə 2 aydan az bir zaman qalıb. Rəsmi olaraq aday olmaq üçün başvurular hələ başlamasa da hər iki İslahatçı və Usulgəra(olduğu kimi oxunsun) cəbhədən aday olacaqlarını açıqlayanlar var. Son olaraq kimlərin seçim yarışına qatılacağı və ən önəmlisi də Nigəhban Şuranın(olduğu kimi oxunsun) kimlərə aday olmaq üçün izin verəcəyi bəlli olmayınca tam seçim havası oluşmur. Habelə millətin hər iki cənahdan umudu kəsib özəlliklə iqtisadi durumun bətbadlığı ən azından indilik seçim havasının soyuq geçməsinə səbəb olub. İran hakimiyyəti seçimə qatılımı rejimin məşruiyyəti kimi görsədir və millətdə həyəcan yaradaq üçün əlindən gələni edir.

İslahatçılar məsələyə neçə yanaşırlar?

Həsən Ruhani İslahatçıların böyük dəstəyilə iş başına gəldi. 8 il sürən başarısızlıq istər istəməz islahatçıların da millət içində oyunun düşməsinə səbəb oldu. Habelə bu siyasi cənahın azadlıqlarla ilgili verdiyi sözlərin uzun illərcə tutulmaması millətin gözündən düşmələrinə səbəb olub. Ancaq hər səfərində İslahatçılar milləti daha nəfərindən qoruyub yalan vədlərlə özlərinə məhkum ediblər. Bunun üçün bu səfər fərqli seçim istiratejisinin olması gərəkdiyini özləri də etiraf edirlər. Məşhur və bir anlamda da radikal İslahatçı Mustafa Tavzadə geçən günlərdə aday olacağını bildirdi. Grçmişdə illərcə həbsdə də yatan Taczadə bir seçim bildirisi paylaşaraq geniş və radikal islahat aparacağını hədəflədiyini bildirdi. Tavzadə habelə dünən gecə saatlarca Clubhouse-da danışaraq nə üçün aday olduğuyla bağlı sorulara cəvab verdi. Tavzadə saatlarca sürən danışıqlarında Sipah və Əli Xamneyi-nin gücünü azaldacağına və qanuna uymaya zorlayacağını açıqladı. Ancaq Tavzadə saatlarca sürən sözlərində Fars olmayan millətlərin haqlarıyla bağlı heç bir şey demədi. Mustafa Taczadə İnsan haqları və vətəndaşlıq haqlarıyla bağlı böyük iddialarla seçim meydanına gəlsə də İranda baş verən ən bariz huquqsuzluqla ilgili heç bir fikirə sahib olmadığını göstərdi. İran-da mədrəsə uşaqlarının yüzdə 70-dən çoxu Fars olmayan uşaqlar olduğu üçün ən təməl haq yəni Anadilində təhsil haqqından məhrumdur. Habelə İran-ın ciddi mənada Fars Faşizmiylə qarşı qarşıya olduğu və buna görə ən böyük sistematik ayrıseçkilik baş verir. Milyonlarca insan sırf Fars və Şiə olmadığı üçün sistematik zülmə məruz qalır. Ancaq 4 il cumhurbaşqanı iddiasında olan ən islahatçı aday belə tək kəlmə bu haqda danışmır.
Bir ayrı tərəfdən Təbriz millət vəkili və Məhəmməd Xatəmi-nin sabiq Sağlıq Vəziri Məsud Pezeşkiyan-ın adı islahatçıların adayı olaraq tərh olunur. Pezeşkiyan ki zaman zaman Azərbaycan millətiylə bağlı sözlər danışıb seçim zamanında hakimiyyətin Azərbaycan-ı hərəkətə geçirməsi üçün qullanılabilər. Geçmişdə Urmu Gölü etirazları və bəzən Ana diliylə ilgili etirazlarda qısıtlı olaraq sözlər diyən Pezeşkiyan-ın Güney Azərbaycanda təsir edəcəyi düşünülür. Hətta Pezeşkiyan-ın federalizmlə bağlı vədlər verəbiləcəyini də düşünənlər var. Ancaq son 30 ilə baxıldığı zaman bütün adaylar seçim ərəfəsində bənzər sözlər diyirlər. Həsən Ruhani açıq şəkildə Azərbaycanla bağlı vədlərlə meydana gəldi və Türklərdən yuxarı oy da aldı. Ancaq 8 ildə verdiyi heç bir sözünü tutmadı. İndiki durumda hakimiyyətin yenə bənzər oyunla Azərbaycanı seçim meydana çalışmasının işə yarıyıb yaramadığını 2 ay sonra görəcəyik.

Usulgəraların da Azərbaycan taktiki eynidir

Usulgəralar Ruhani-nin başarısızlığına görə seçimdə qazanmağa daha da umutludular. Habelə Xamneyinin bu cənaha yaxın olması radikalların əlini gücləndirib. Hələlik kəsin adaylar bəlli olmasa da aday olacaqlarını açıqlayanlar popolisti sözlərə başlayıblar. Xatəmulənbiya(özəl ad) silahının sabiq rəisi Səid Məhəmməd Usulgəraların adaylarından biridir. Məhəmməd-in başqalarına nəzərən çox şansı olmasa da Azərbaycanın potansiyelini bildiyi üçün indidən propaqandaya başlayıbdır. Səid Məhəmməd ki bu günə qədər Azərbaycan haqlarıyla bağlı tək bir addım atmamışdı indi millətin gözünə görünməyə çalışır. İran-da israrla Türk yerinə Azəri qullansalar da seçim günlərində anidən aydınlanıb Türk deməyə başlarlar. Səid Məhəmməd-in də bu kimi ədəbiyyatdan faydalanmağı şaşırtıcı dəyir.
Azərbaycan illərdir siyasi mənada Tehranla yolunu ayırıb. Hər iki mərkəzçi siyasi cənah Güney Azərbaycanı baykot eləsələr də Türklər siyasi olaylarda özlərinə məxsus duruşlarını qorumaya çalışırlar. Xurdad ayında olacaq seçimlərdə də görünən odur ki Azərbaycanın çoxunluğu seçimə qatılmsyacaq və aktif bir şəkildə baykot edəcək. Ancaq bu il Cumhurbaşqanlığıyla birlikdə Kənd və şəhər şuraları seçimi də keçiriləcək. Şəhər şuraları özəlliklə xırda yerlərdə hər zaman əqrəbalıq kimi münasibətlərdən təsirlənir və Tehran-dan bağımsız millətin diqqətində olur. Habelə siyasətə girmənin birinci addımı olduğu üçün rantın da qapısı sayılır. Buna görə millətdə qatılmağa rəğbət daha da çox olur. Habelə muhacirlərin yaşadığı yerlərdə milliyyətçilik duyğuları da seçimə ciddi təsir göstərir. Misal üçün Batı Azərbaycanda hər zaman Tehran çalışır bu seçimlərə Kürdləşdirmə siyasətlərini qabağa aparsın. Buna görə də bəzi Milli Fəallar Batı Azərbaycanda seçimlərə qatılıb nə olursa olsun Türk adayların seçilməsinin yararlı olduğunu düşünürlər. Bu əsasda umumiyyətlə seçimlər baykot edilsə də Batı Azərbaycanda istisna olaraq hakimiyyətin Kürdləşdirmə siyasətiylə mücadilə etmək üçün seçimlərə iştirak fikri savunulur.

https://www.mashreghnews.ir/news/1043613/%D9%81%DB%8C%D9%84%D9%85-%D8%B1%D9%87%D8%A8%D8%B1%D8%A7%D9%86%D9%82%D9%84%D8%A7%D8%A8-%D8%B1%D8%A7%DB%8C-%D8%AE%D9%88%D8%AF-%D8%B1%D8%A7-%D8%A8%D9%87-%D8%B5%D9%86%D8%AF%D9%88%D9%82-%D8%A7%D9%86%D8%AF%D8%A7%D8%AE%D8%AA%D9%86%D8%AF

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir