KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elnur Majidli: Rusiyanın 5-ci kolonunun Azərbaycanda spesifik qrupları var

Elnur Majidli: Rusiyanın 5-ci kolonunun Azərbaycanda spesifik qrupları var

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
260 0

Siyasətdə – həm iqtidarda, həm müxalifətdə, təhsil sahəsində, hərbi sahədə, mediada, və s. sahələrdə bu qruplaşmalar var və koordinatlı şəkildə hərəkət edirlər.

Bu qruplaşmalardakıların sayı, ölçüsü, şəxsiyyəti və mövqeyi təxmini bəllidir.

Bu qruplaşmalarda yer alan azərbaycanlıların böyük əksəriyyəti, iqtisadi, siyasi maraqlarının təmini, bir qismi isə rus kolonu yaxud rus kəşfiyyatı tərəfindən açıq şantaj və təhdidə məruz qaldığı üçün qorxudan bu qruplaşmalarda yer almaqdadırlar.

Onların içində ən təhlükəlisi, ikiüzlüsü, hiyləgəri, özünü Rusiya qarşıtı kimi göstərib, əslində rus kəşfiyyatının və 5-ci kolonun maraqlarına xidmət edənlərdir.

Onlara milli satqınlar və milli xəyanətkarlar da demək mümkündür.

Onların işi-gücü, bir çox milli, vətənpərvər insanı tələyə salmaq, zərbə altına qoymaq, milli dövlətçilik quruculuğundan uzaqlaşdırmağa nail olmaqdır.

Bu günkü konteksdə biz bunu daha da aydın görürük.

Bu baxımdan, Ukraynadakı müharibəyə görə Rusiyanı açıq tənqid edən hər adam, heç də qərbyönümlü, yaxud milli adam deyil, onların içində rus kəşfiyyatının maraqlarını təmin edən, qərbyönümlü və milli qüvvələr arasında etimad qazanmağa çalışaraq, rus kəşfiyyatına informasiya daşıyanlar var.

Diqqətli olmaq lazımdır.

Elnur MajidliKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir