KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elman Veliyev: Sərhədlərin delimitasiyası başladıldı

Elman Veliyev: Sərhədlərin delimitasiyası başladıldı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
327 0

Növbəti Brüssel görüşü sadəcə bunu tezləşdirdi. Tərəflər arasında sülh Kremlin vasitəçiliyi ilə olacaq, çox güman. Ancaq ilk öncə delimitasiya və demarkasiya problemləri həll ediləcək. Sülh sənədi bir az vaxt aparacaq. Sülhün əldə edilməsi, sülhməramlıların varlığına ehtiyacın qalmadığının dəlilidir.

Növbəti görüşüdə üçüncü tərəf Moskvadır! Aİ Rusiyanın başının çox qarışdığının fərqindədir və bundan maksimum yararlanmağa çalışır. Azərbaycanla Ermənistan arasında vasitəçi olmaqla həm tərəfləri özünə yaxınlaşdırmaq, həm də bölgənin prespektivlərindən faydalanmaq istəyir. Görüşdən dərhal Rusiya xarici işlər naziri Lavrov hər iku həmkarı ilə telefon danışığı etdi. Əminəm ki, Lavrov olan-bitən haqqında məlumat aldı və hər iki tərəfin nəbzini öyrəndi.

Kremlin Paşinyana təzyiq üçün İrəvandakı aksiyalara dəstək verəcəyinə əminəm. Ancaq bu o vaxt ola bilər ki, Paşinyan Moskvanın əksinə addımlar atarsa.

Bu proseslər Azərbaycanın irəli sürdüyü şərtlər çərçivəsində davam edəcək. Ermənistan anklavların tarixi statusu ilə barışmaq məcburiyyətindədir! Həmçinin nəqliyyat və kommunikasiya məsələləri də həll edilməyə başladıldı. Azərbaycan “Ermənistan ərazisindən” Naxçıvana gedib-gələ biləcək. Yəni Zəngəzur dəhlizi proyekti fəaliyyətdədir.

Elman Veliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir