KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elman Veliyev: Müharibənin son günləri..

Elman Veliyev: Müharibənin son günləri..

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
369 0

Münaqişə tərəfləri 3 dəfə bir masa arxasında görüş keçirtdilər. Bu görüşlərin üstünlüyü müvəqqəti atəşkəslərin əldə edilməsi oldu. Rusiya diplomatları müzakirələrdə istədikləri nəticəni əldə edə bilmədiklərini bəyan elədilər. Rusiyanın istədikləri Ukraynanın NATO-ya üzv olmaması, Krımı Rusiyanın bir hissəsi kimi tanımaq, DXR və LXR-nin də müstəqilliyini tanımaqdır. Rusiya Ukraynada bu şərtlərin qəbul edilməsi üçün blokada vəziyyəti yaradıb. Bəlkə də, Rusiya Kiyevi işğal edib, mövcud hakimiyyəti devirmək deyil də(fikirləşir ki, bunu etsə, beynəlxalq təzyiqlər dayanmayacaq, sanksiyalar dayanmayacaq, Rusiya imici üçün daha bir pis vəziyyət yaranacaq), hakimiyyəti məcburiyyət qarşısında qoyub şərtləri qəbul etdirmək istəyir(bu yolla isə özünü duruluğa çıxartmaq üçün bir qapını açıq qoyur).

Türkiyə tərəfi konflikt tərəflərinin xarici işlər nazirlərinin Antalya Diplomatiya Formunda iştirak edəcəyini bildirib. Bu, baş tutsa, müharibənin gedişatında önəmli dəyişikliklər edə bilər. Türkiyə həm Rusiya, həm də Ukrayna tərəfləri üçün ən alternativ vasitəçidir. Başqa dövlətlər də vasitəçi olmağı təklif etdilər, lakin ikisindən biri razı olmurdu. Türkiyə balanslı siyasət yeridərək nə Rusiyadan, nə də Ukraynadan vazkeçə bilərik dedi. Bu ona vasitəçilik haqqı qazandırmış oldu.

Ukrayna tərəfi artıq çıxılmaz vəziyyətdədir.
Bir ehtimal Zelenski bu şərtləri qəbul edə bilər. Zelenski üçün indi əsas məsələ Ukraynanın bataqlıqdan çıxmasıdır. Yəni ziyanın harasından qayıtsan, faydalıdır timsalında.
Elman Veliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir