Aprelin 10-da və 24-də iki mərhələli prezident seçkiləri keçiriləcək. Prezident kreslosu uğrunda 12 namizəd yarışacaq. Bunların 6-sı ifrat sağcılardır. Əsas rəqiblər Emmanuel Makron və Marine Le Pendir. Namizədlər üstünlük əldə etmək üçün islamofobiya kartından istifadə edirlər. Le Pen islamın əleyhinə çıxışlar edərək ictimai yerlərdə hicabın qadağan edəcəyini vəd edir. Fransa islamofobiyanın əsas mərkəzlərindən sayılır və namizədlər səs çoxluğu qazanmaq üçün bu kartdan məharətlə istifadə etməyə çalışırlar. Digər bir yandan Fransada ermənilərin say çoxluğu və lobbiçilik fəaliyyətləri də namizədlərə avantaj yaradır. Anti-islam, anti-türk fikirlər səsləndirməklə özlərinə rəğbət qazanmağa səy göstərirlər. Makronun islam peyğəmbərinin karikaturasını çəkdirməsi də bu səpkidəndir.
Milli Birlik partiyasının sədri olan Le Pen anti-NATO və anti-Amerika tərəfdarıdır. Le Pen prezident seçilərsə, Fransanı NATO’dan çıxardacağını deyir. Həmçinin Le Pen Putinpərəst biridir. Lakin hal-hazırkı vəziyyətdə Le Penin bu baxışı ona çox da fayda gətirə bilməz. Fransa xalqı dünyanın mənfi lider kimi qəbul etdiyi Putini dəstəkləyən bir lideri istəməz, yəqin.
Makronun da axır zamanlar imici çox aşağı düşüb. Xüsusilə, pandemiyanın ən ağır zamanlarında. Hətta, bəzisi Makrona yumurta atmış, bəzisi də şillə vurmuşdu. Makronun hakimiyyəti dövründə bir neçə dəfə etiraz aksiyaları həyata keçirtmişdilər. Lakin bunlara baxmayaraq xarici güclərə Makron sərf edir(Rusiya istisna). Amerika ona rəqib olan Le Peni dəstəkləməyəcək, əlbəttə.
Fransa qarışıq seçki sisteminə malikdir. Yəni həm proporsional, həm də majoritar seçki sistemi burada özünü biruzə verir. Ayın 10-da namizədlər mütləq səs çoxluğunu(50+1) toplaya bilməsələr, ən çox səs toplayan iki namizəd növbəti tura, yəni ayın 24-nə keçid edəcəklər. Ehtimala görə ikinci tura Makronla, Le Pen çıxacaq. Makron düzgün təbliğat aparsa, bəlkə yenə qalıb gəldi. Ancaq Le Pen bu dəfə də maraq cəlb edən təbliğat aparır. Hələlik respondentlərin fikirlərinə əsasən Makron 1-ci yerdədir.
Elman Veliyev Kafkassam