Medeniyetler Savaşına Hazırlık

Trump Kudüs kararıyla İsrail’i teslim Vatikan’ı (AB) karşısına aldı!

Murtəza Həsənoğlu: Yeni İnformasiya-Kommunikasiya Texnologiyalarının Cəmiyyətin İnkişafına və İctimai Həyatına Təsiri

ОБРАЩЕНИЕ ДРУЗЕЙ К СВОИМ ОБЩЕСТВАМ

Elman Veliyev: 11 günlük İsrail-Həmas savaşında Türkiyə niyə başarısız oldu?

Gündem 2 Haziran 2021
111
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Mayın 10-unda İsrail ilə Həmas arasında müharibə başladı. Qüds məsələsi İsrail ilə Fələstin arasındakı münaqişənin əsas səbəblərindəndir. İsrailin Qüdsü öz ərazi kimi görməsi və Həmasın buna etirazı qarşıdurmalar yaradır. Amma bu dəfə bu qarşıdurma geniş vüsat aldı. İsaril Baş Naziri Benyamin Netanyahu ifrat dərəcədə təzyiqlər etdi. Mən bunun səbəbini keçiriləcək seçkilərdə Netanyahunun seçki qabağı siyasi manevr etməsi ilə əlaqələndirirəm. Siyasətdə belə siyasi sitüasiyalar gözlənilən haldı. Bəzən lider öz legitimliyini, imicini artırmaq, seçkilərdə rəğbət qazanmaq üçün müharibə üsuluna əl atmağı bir vasitə kimi bilir. Ölkədə Netanyahuya qarşı əks fikirlər geniş hal alıb. Bir neçə partiyalar yeni hökumət quracağını belə dilə gətirmişlər. Netanyahu vəziyyətin gərgin olduğunu görür. Çıxış yolu kimi bütün diqqəti müharibəyə yönəltməyə çalışır. Necə ki, Ermənistanda da belə bir vəziyyət yaranmışdı. Daxildə baş verən ixtişaşları səngitmək üçün diqqəti cəbhəyə fokuslandırmaq istəmişdilər.
11 gündən sonra münaqişə tərəfləri razılığa gəldi, amma Netanyahu diqqəti yenidən başqa yerlərə(Suriyaya, İrana) yayındıra bilər. 11 günlük müharibədə Türkiyə tərəfi diplomatik yolla problemi həll etməyə cəhd elədi. Türkiyə prezidenti Ərdoğan bir neçə dövlət liderləri ilə danışıqlar apardı, amma üstünlük əldə edə bilmədi. Türkiyə bilir ki, İsrail Qəzzanı, Qüdsü işğal etsə bir çox dayaqlarından məhrum edilə bilər. Yəni İsrailin bölgədə güc sahibinə çevrilməsi Türkiyə üçün böyük təhlükədir. Türkiyənin səylərinə baxmayaraq tərəflər arasında razılıq Misir vasitəsi ilə oldu. Onu da qeyd edim ki, Amerika vasitəçinin Misir olmasını istədi. İsrail bölgədə Amerikanın sağ qoludur və bu müharibədə də İsrailin yanında dayandı(amma buna baxmayaraq vaxt gələcək İsrail Amerka üçün problem olacaq). Amerika Türkiyənin sülh təklifinin İsrail tərəfindən qəbul edilməməsi üçün təhriklər etdi. Əgər vasitəçi Türkiyə olsayıdı, masada Türkiyə də yer alsayıdı anlaşmanın bəndlərininin bir çoxu Həmasın leyinə olardı və Türkiyə üçün böyük üstünlüklər əldə etmiş olardı. Türkiyə proseslərə müdaxilə hüququ qazanmış olardı. Amma bunu nə Amerika, nə Fransa, nə də Misir istədi. Vasitəçi kimi ən uyğunu Misiridi. Misir ilə İsrail 1978-ci ildə Amerikanın diktəsi ilə Kamp-David sazişi imzaladılar. Bununla da Misir İsrailin suverenliyini tanıyan ilk ərəb övləti oldu. İsrail isə Misirin Sina bölgəsini geri qaytardı. Misir iqtidarı ikili standartlar oynayanlardandır. Misir də Türkiyənin bölgədə güclənməsinin əleyhinədir. Livyada müharibə gedərkən Ulusal Mutabakat Hökumətinin rəhbəri Haftərə Türkiyənin dəstəklədiyi mərkəzi Tripoli hökuməti əleyhinə müqavimətdə yardım edir. Hətta Misir Prezidenti Əbdülfəttah Əl Sisi Türkiyə ilə Livya Aralıq dənizi ilə bağlı anlaşma imzalayanda buna etirazını bildirmişdi. Misir də vasitəçi olmağa can atırdı. Həm İsrailin Qəzzanı işğal etmə niyyətinə göz yuma bilməzdi ki, bu da gələcəkdə İsrailin Misir torpaqlarına da göz dikməsinə gətirib çıxaracaqdır. Digər yandan masa da vasitəçi kimi oturmaq Misirin imici üçün müsbət haldır. Bir dövlət müharibəni sülh yolu ilə həll edə bilərsə, beynəlxalq aləmdə onun imici yüksələr. Əgər tərəflər arasında konflikt yenə artarsa, artqı Misirin də müdaxilə etmə hüququ var. Çünki sülh Misirin əli ilə bağlandı. Türkiyə isə bölgədə rolunu artırmaq üçün ilk növbədə razılığa, əməkdaşlığa getməlidir.

Elman Veliyev

Yorumlar