KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elman Vəliyev: Ortadoğu’da neler oluyor

Elman Vəliyev: Ortadoğu’da neler oluyor

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
211 0

 

Orta Şərqdə nələr olur?

1. Çinin mediatrlığı ilə Səudiyyə Ərəbistanı və İran razılığa gəldi
2. Husilərin bundan sonra gedişatı necə olacaq?
3. İsrail xaosu İrana necə təsir edəcək?

1. Bunu unutmayın ki, XXI əsrin ən önəmli aktoru Çindir. Çin Rusiya və ABŞ boşluqlarını özü doldurur. Səudiyyə və İran Çin üçün mühüm əhəmiyyət kəsb edir. İkisi də petrol ölkəsidir. Çinin “Bir kəmər bir yol” layihəsində bu 2 dövlət önəmli parçadır. Çinin bunları razılığa gətiməkdə əsas marağı onların petroluna sahib olmaqdır. Çinin bu istiqamətdəki əsas gedişatı “borclandırma, investisiyalandırma” siyasətidir. Səudiyyənin bağlı olduğu dövlət Amerikadır. Çin bu ipi öz əlinə almağa çalışır.

Bəs Yəmən konflikti nə idi?
Səudiyyə niyə husilərə silah yardımının dayandırılmasını tələb edir?

Yəmən konfliktinin tarixi ingilis müstəmləkəçiliyinə gedir. Tarixə çox girişməyək. Səudiyyə Yəməndə sələfiliyi yaymağa başlamışdı. Yəməndə digər potensial güc husilərdir. Husilər isə imamlığı Yəməndə qorumaq, Amerikanın buradakı sütunlarını zəiflətmək üçün İranın qollarından biridir. Səudiyyə 2015-ci ildə başında dayandığı “Körfəz koalisiya”sı ilə husilərə hücum etdi. Ancaq işlər tərsinə getdi. Husilər krallığın petrol quyularını məhv elədi və bu gündə bu səpki davam edir.

Çin bu iki tərəfi bir masada əyləşdirəndə Səudiyyə İrandan husilərə dəstəyini kəsməsini istədi. Bunun qarşılığında isə Səudiyyə ərazisini İrana təhlükə düşüncəsinin aradan qaldırılmasına təminat verdi.

2. İran husilərə yardımı dayandıracağını dedi. Əgər bu, reallığa keçsə, husilərin əl-qolu məhdudlaşacaq. Bu o demək deyil, husilər məhv olacaq. Husilərin Yəməndə bir ağırlığı var. Maksimum kompromisə gedərlər.
Bəzi şeylər elə kağız üzərində qalır. Bu ikilinin razılaşması reallaşacaqmı, yoxsa elə dediyimiz kimi kağız üzərində qalacaq bu, önəmli sualdır. Düşünürəm ki, bu, Səudiyyədən asılı olacaq. İran ona uyğun gedişat edəcək. Bir şeyi daha yaxşı anladıq ki, Çin genişlənmə siyasətini davam elətdirir. Körfəzdə hələlik Amerika söz sahibidir, ancaq Çin bunu öz leyhinə çevirəcək.

3. İsrailin daxili siyasi yapısı çox da sabit deyil. Daxili partlamağa hazır bomba kimidir. Netanyahu İsrail üçün “Herzl” deyil. Netanyahuya qarşı çoxlu müxalif var. Bu müxaliflər haqlı olaraq var. Netanyahuya öz diktaturasını qurmağa çalışan biridir. O, məhkəmə sisteminin bir çox səlahiyyətlərini parlamentə təhvil verilməsini bildirmişdi. Bu isə iki orqan arasında ixtilafa səbəb olur. Amma bunu bacaracağına inanmıram. Çünki israililər əks çağrışa dərhal cavab verə bilirlər. Ölkə vətəndaş müharibəsinə hazır bir zəmin var. Bu, Netanyahunun yanlış bir qərarına baxır.

Bu xaos İran üçün bir şansdır. İranın bundan istifadə etməyəcəyi məntiqə sığmır. İsrailin başının qarışıqlığı İranın Azərbaycana qarşı təhdidini təhrikləyir. Rəsmi Bakı ehtiyatını əldən verməməlidir. Hələ də ki belə bir situasiyada!

P.s. son olaraq kiçik bir qeyd yazmaq istəyirəm. Siyasi arena yenə “güclərin toqquşma”sına şahid olacaq. Rusiya-Çin-İran, mütləq, bir komandada olacaq!

Elman Vəliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir