KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: YENİ TEZİSLƏRƏ EHTİYAC VAR

Elhan Şahinoğlu: YENİ TEZİSLƏRƏ EHTİYAC VAR

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
329 0

Dünən bir neçə televiziya kanalının əməkdaşı mənə zəng edib Qazaxıstandakı hadisələrlə Azərbaycanda 20 yanvar hadisələri arasında paralel aparmağımı istədi. Gün ərzində eyni sual bir neçə dəfə səsləndiyinə görə anladım ki, Prezident Administrasiyasındakı qrupun hazırladığı növbəti tezisdir, nəzarət etdikləri media strukturlarına göndəriblər ki, ekspertlərin rəyləri öyrənilsin. Aydındır ki, həmin tezisin hazırlanması həmin qrupa ən üst səviyyədə verilmiş tapşırıq idi.

Əgər Azərbaycan hakimiyyəti Qazazıstandakı son olayları 20 yanvar qətliamı ilə paralel aparmağa meyllidirsə, buradan aşağıdakı nəticələr çıxır:

Birincisi, rəsmi Bakı Qazaxıstan prezidenti Tokayevin Rusiya hərbçilərini ölkəsinə dəvət etməsini yanlış addım hesab edir və bunu 20 yanvarda olduğu kimi işğal kimi dəyərləndirir.

İkincisi, rəsmi Bakı Tokayevi 20 yanvar günlərində Azərbaycana rəhbərlik edən Əbdülrəhman Vəzirova bənzədir. Vəzirov 20 yanvardan sonra Moskvaya qaçdı.

Üçüncüsü, rəsmi Bakı Rusiyanın fürsətdən istifadə edib Qazaxıstanı parçalamaq təşəbbüslərindən narahatdır. Bu təşəbbüslərin müəllifi başda Kreml sahibi olmaqla rus pravoslar kilsəsindən tutmuş Rusiya mediasına qədər uzanır.

Beləliklə, Azərbaycan hakimiyyəti Qazaxıstandakı olaylarda Rusiyanın artan fəallığından narahatdır. Rusiya 2008-c ildə Gürcüstanı parçaladı, 2014-cü ildə Ukraynanı parçaladı, Qazaxıstanı da eyni tale gözləyirmi? Bu sual Azərnbaycan hakimiyyəti ilə yanaşı Azərbaycan cəmiyyətini də ciddi narahat edir.

Bu vəziyyətdə Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının gücləndirilməsinin aktuallığı artır. Bu sıraya Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirilməsindən tutmuş iki qardaş ölkə arasında konfederasiya müzakirələrinin başlamasına qədər bəndlər yer almalıdır. Başqa alternativimiz yoxdur. SSRİ-nin xisləti ilə yaşayan Kreml sahibi qonşu dövlətləri bərabər hüquqlu tərəfdaş kimi deyil, Rusiya imperiyasının qalıqları hesab edir. Ona görə də, Azərbaycan Prezident Administrasiyasının növbəti tezisləri “Azərbaycan-Türkiyə hərbi ittifaqının genişlənməsinə ehtiyac varmı?” və “Şuşa bəyannaməsinin bəndlərinin yerinə yetirilməsi üçün hansı addımlar atılmalıdır” kimi suallar ətrafında olmalıdır.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir